Hafiz Nəsiroğlunun
fərdi sərgisi açılıb
Rəssamlar İttifaqında Əzim Əzimzadənin
130 illik yubileyi ilə əlaqədar karikaturaçı rəssam
Hafiz Nəsiroğlunun fərdi
sərgisinin açılışı
oldu.
Sayca üçüncü
fərdi sərgisini keçirən rəssam
100-dən artıq əsərini
nümayiş etdirir. Eyni zamanda 30 iilik
sənət yubileyini qeyd edən rəssam karikaturalarından
ibarət kataloqu da təqdim etdi.
Sərgidə karikaturaçılarla
yanaşı, sənətçilər
və rəsmilər də iştirak edirdi. Bu il altmış
illiyini qeyd edən Hafiz Nəsiroğlunu
təbrik üçün
gələnlər maraqlı
karikaturalar arasında
öz dostluq şarjları ilə də rastlaşdılar.
Dostluq şarjını görən
xalq artisti Yaşar Nuri rəssamın əsərlərindən
məmnun qaldığını
dedi. "Bu gün
gülməli olmayan yumorlardan bezənləri Hafizin karikaturaları düşündürür. 60 illiyini təbrik
edirəm. Arzu edirəm
ki, Hafizin əsərləri hər zaman güldürsün, düşündürsün".
İlk karikaturası 1991-ci ildə
Hafiz Nəsiroğlu tərəfindən
"Kirpi" jurnalına
yerləşdirilən Bəhram
Bağırzadə də
təbrikə qatılaraq
yeniliklərdən xəbər
verdi: "Hafiz müəllimi təbrik edirəm. O gün olsun, 70-80-90 illiklərində görüşək."
Şərq.- 2010.- 1 oktyabr.- S. 14.