Üzeyir Hacıbəylinin bir dəqiqəlik ifası

 

Fonosənəd Azərbaycan Dövlət Səs Yazıları Arxivində saxlanılır

 

Artıq 42 ildir ki, səs irsimizin saxlanc yeri olan Azərbaycan Dövlət Səs Yazıları Arxivi MDB məkanında Rusiyadan sonra bu istiqamətdə fəaliyyət göstərən ikinci belə müəssisədir.

Dövlət Səs Yazıları Arxivindən bu məkanda ölkənin ictimai mədəni həyatının bütün sahələrini əhatə edən tanınmış  şəxsiyyətlər, həmçinin görkəmli sənət adamları, xanəndələrlə bağlı qiymətli materiallar qorunub saxlanıldığı bildirilib. Hazırda arxivdə 70 min fonosənəd, 4 mindən artıq videoyazı mühafizə edilir. Şərqdə ilk operanın banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin bir dəqiqəlik ifası arxivdə saxlanılan ən nadir fonosənədlərdəndir.

Hazırda arxivin tamamilə rəqəmsal sistemə keçməsi üçün aparılır. Eyni zamanda arxivdə qədim səs yazılarının bərpası da həyata keçirilir.

Məlumdur ki, 1900-1914-cü illərdə Azərbaycanın klassik muğam ustalarının yüzlərlə əsəri dünyanın müxtəlif səsyazma studiyalarında yazılıb. Bu qiymətli mənəvi sərvətimizi bir yerə toplamaq, bərpa işləri aparmaq böyük zəhmət tələb edir. Bunun üçün ABŞ-dan gətirilən xüsusi məhlullardan istifadə olunur.

Dövlət Səs Yazıları Arxivi öz fəaliyyətində beynəlxalq əməkdaşlığa da mühüm əhəmiyyət verir. İndiyədək 50-dək Azərbaycan aşıq dastanı rəqəmsal səs yazısında Böyük Britaniyanın Kral Kitabxanasının elmi-tədqiqat mərkəzinə göndərilib. Gələcəkdə muğam folklor nümunələrimizin ABŞ-ın Konqres Kitabxanasına da göndərilməsi nəzərdə tutulur.

 

 

Şərq.- 2010.- 2 oktyabr.- S. 12.