Bir sevda ağladı içində
onun...
Nüsrət Kəsəmənli poeziyası bir ömür boyu ağır bir hicran
yükünü çiyinlərində daşımağa məhkum nakam aşiqliklə hər
misrası sevgi qoxuyan şairliyin vəhdətindən
yaranmışdır. Yaradıcılığa
başladığı ilk kövrək addımlarından, əlinə
qələm aldığı ilk gundən
yaradıcılığı kimi yarımçıq
qalan ömrünün sonuna qədər o elə sevgidən
yazdı nakam bir sevgidən. Sevgi şairi bu iki söz Nüsrət Kəsəmənlini
xarakterizə etməyə kifayətdir..
N.Kəsəmənli poeziyasına böyük,
çarəsiz bir kədər, pessimizm, bədbinlik hakimdir. Bu
bəlkə də hələ gənclik illərində ilk məhəbbətdən
aldığı yaradan, fələyin
ona vurduğu amansız zərbədən doğmuşdur.
Aydındır ki, insan yaşamadığı hissləri bu qədər
çılpaqlığı, bu qədər
emosionallığı, bu qədər səmimiliyi ilə
canlandıra, misraların dilinə
çevirə bilməzdi. Bəlkə də elə bir gəncin
nakam sevgisindən doğan kədər
sonradan bir şairin yaradıcılığını səciyyələndirəcək kədərə
toxum oldu. Nüsrət Kəsəmənli poeziyası nakam bir
aşiqin iniltisidir. Qarşılıqsız sevgilər,
ümidsiz gözləyişlər,
həsrətli baxışlar, cavabsız məktublar-budur N.Kəsəmənli
yaradıcılığının canı-cövhəri. Amma
Kəsəmənli kədərində eyni zamanda bir məğrurluq
var, hətta onu nə qədər ideallaşdırmış
olsa belə sevgilisi qarşısında da əyilməyən,
sınmayan bir qürur var:
Yollartək döşənib ayaqlarıma
Sənə yalvarımmı?:
Bu mümkün deyil.
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil...
Budur aşiq öz sevgisi yolunda min bir istiraba sinə gərir,
əzab-əziyyətə qatlaşır, çünki onu
bütün qəlbiylə sevir. Ancaq sevgi nə qədər
böyük olsa da burada qürurun
sınmasına, alçalmasına
yer yoxdur.
Qəlbim öz səhvinə çoxmu yanacaq,
Niyə bəs qədrini bilmədim onda
Axır qiymətini tapdım mən, ancaq
Səni itirmişdim onu
tapanda ...
Bu məqamda yenə də şairin lirik məni
sonrakı peşmançılıqdan doğan kədəriylə
ah-fəğan edir, fəryad qoparır. İlahinin ona bəxş
etdiyi sevgini vaxtında dəyərləndirməyən, onun qədrini
bilməyən aşiqin dilində yanğılı iniltiyə
çevrilən bu peşmançılıq dolu misralar
artıq illərin -
dolanbaclarında azıb qalmış sevgidən gələn
son soraqdır. Keçmişdə| qalmış, itirilmiş
sevgini geri qaytarmaq isə insan iradəsi xaricindədir.
Aşiq nə qədər baş gözünə
döysə də, şikayətlənsə də vüsal
karvanı onu çoxdan tərk edib, o artıq nakam sevgi
yükü daşımağa məhkum biridir.
Gedişin gətirdi qəmi,
qüssəni
Qəlbim sevə bilməz daha kimsəni.
Hər gecə röyamda
görürəm səni
Yuxumu apara bilməyəcəksən.
Getdiyin yollara həsrətlə
baxdım,
Dəniztək kükrəyib, çay kimi axdım.
Mənimlə qalacaq bu qara baxtım,
Bəxtimi apara bilməyəcəksən.
Beləcə N.Kəsəmənlinin
hicran nəğməsini
andıran şeir aləmini seyr
edərkən maraqlı
bir nüansla qarşılaşırıq. Bir an öncə sevgisi
hicrana dönən aşiq fəryad qoparırdısa da o yenə də nikbindir. Çünki sevgilisini hər
gecə ona gətirən yuxuları, onun gedişindən sonra qaralan taleyi,
tənhalıq acısından
içindən qopan ahlar, hətta yarının həsrətindən
bir gün ölərsə belə ruhu özü ilə olacaq. Nə qədər qəribə səslənsə də budur şairin yeganə təsəllisi.
Nüsrət Kəsəmənlinin
dağdan axan şəlalə kimi coşub-çağlayan poeziyası
bəşəriyyəti sevməyə,
sevgiyə tapınmağa
səsləyən bir
şüardır. Bu poeziya
son ucu əzab, istirab, hicran, göz yaşı olsa belə insan yalnız və yalnız sevməyə, sevdiyini səcdəgaha çevirməyə,
sevgiyə etiqada səsləyir. Şairçün sevgi yollarında nə qədər müsibətlər olsa da bu yoldan
dönüş yoxdur.
Sevmək hər kəsə müyəssər
deyil. Sevmək və sevdiyi
tərəfindən sevilmək
tək-tək insanlara
nəsib olan İlahi xoşbəxtlikdir.
N.Kəsəmənlinin sevdiyi tərəfindən
nə dərəcədə
sevildiyi haqda bir fikir söyləyə
bilməsək də əminliklə deyə bilərik ki, şairin qəlbində böyük, əzəmətli,
amma eyni zamanda bəşəri bir sevgi kök
salmışdır. Şair
sevgilisinin yolunda bütün mərhumiyyətlərə
dözməyə hazırdır,
belə ki, hətta bu ölüm
olsa belə :
Bu sevgidən sən
qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçun
bir gün dara çəksələr
Mən gedərəm ikimizin
yerinə...
Bu sevginin sonu əgər ölümsə
Mən ölərəm ikimizin yerinə.
Bəzən şair öz sevgisinin qarşılığını
görmədiyini, bu sevgi üçün çay kimi göz yaşları axıtdığını, daim
kədərə, ələmə
mübtəla olduğunu,
ondan başqasına könül vermədiyini,
nə qədər ülviyyətlə sevsə
də sonda bu sevginin nifrətə,
kədərə, aha çevrildiyini
bir ürək yanğısı, bir qəlb fəryadı ilə belə qeyd edir:
Səndən başqasını sevə
bilmədim,
Heyif o sevgiyə, o məhəbbətə.
O sevgi nifrətə
çevrildi necə,
Heyif o sevgiyə, o məhəbbətə.
Nüsrət Kəsəmənlinin
poeziyamıza gəlişi
bir inqilabdır. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatını
çox zənginləşdirib,
bir çox gənc yazıçılar
onun əsərlərindən
bəhrələniblər. Demək olar ki, bütün
sevən insanlar onun yaradıcılığı
ilə bu və ya digər
dərəcədə tanışdırlar.
Bunlara baxmayaraq N.Kəsəmənli
yaradıcılığına bir pessimizm hakimdir.
O əsasən nakam eşqi tərənnüm
edir:
Gördüm vəfasızı, danışmadım
mən,
Bu bir fürsət
idi, görüşmədim
mən,
Onsuz yaşamağa alışmadım
mən,
Səbr ver, Allahım,
səbr ver mənə.
Nüsrət Kəsəmənli poeziyasının qüdrəti
ondadır ki, nə qədər bəşəriyyət yaşayır,
nə qədər sevmək var, nə qədər sevilmək var, nə qədər nakam məhəbbət var o qədər də ona istinad
olunacaqdır. Çünki nakam
sevgi lirikasını Nüsrətdən gözəl
ifadə edən demək olar ki, çox az şair
tapılar. Nüsrət Kəsəmənli yaradıcılığı NAKAM SEVGİ HEYKƏSİDİR.
KÖNÜL HEYDƏROVA
Ədəbi tənqidçi, Füzuli
rayon 49 saylı
orta məktəbin müəllimi
Şərq.- 2010.- 25 sentyabr.- S.12.