İki sahil" qəzetinin xüsusi buraxılışı
nəşr edilib
Buraxılış
Xoşbəxt Yusifzadənin 80 illiyinə həsr edilib
"İki sahil"
qəzetinin neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin
80 illik yubileyi ilə bağlı xüsusi
buraxılışı nəşr edilib. Redaksiyadan
"OLAYLAR"İA-ya verilən məlumatda bildirilib ki, 40 səhifəlik
xüsusi buraxılış akademik Xoşbəxt Yusifzadənin
"Hələ ki, yaşayır, çalışır,
düşünür, sözümü deyirəm və hərdən
bu barədə fikirləşəndə yadıma
dünyagörmüş kişilərin sözü
düşür:
-Biz əlimizdən gələni,
bacardığımızı etdik. Qoy bizdən sonra gələnlər
onlara etibar edilən işləri bizdən də yaxşı
görsünlər" fikri ilə başlayır. İkinci səhifədə
ümummilli lider Heydər Əliyevin "Şahdəniz"
yatağında əldə edilmiş nəticələrin təqdimat
mərasimindəki nitqində Xoşbəxt Yusifzadə barədə
söylədiyi fikirlər əksini tapıb. Sonrakı səhifələrdə
Xoşbəxt Yusifzadənin neft sənayesində keçdiyi
böyük həyat yolu, sevimli neftçi peşəsi, həmkarları,
doğmaları, dostları haqqında fikirləri yer alıb.
Ayrı-ayrı illərdə rastlaşdığı təsadüflərin
Xoşbəxt Yusifzadəyə qazandırdığı
uğurlar xüsusi buraxılışda diqqətə
çatdırılır. Müstəqil Azərbaycanın ali
mükafatları-"İstiqlal", "Şərəf"
və "Şöhrət" ordenləri ilə təltif
olunması, 80 illik yubileyinin keçirilməsi haqqında
prezident İlham Əliyevin sərəncamı da xüsusi
buraxılışın səhifələrində önəmli
yer tutur.
Şərq.-
2010.- 15 yanvar.- S. 4.