"20 Yanvar - qanlı sanlı tariximiz"

 

Yeni kitab sərgisinin açılısı olub

 

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 20-ci- ildönümünə həsr olunan 20 Yanvar qanlı şanlı tariximiz" adlı kitab sərgisinin açılışı Milli Kitabxananın əməkdaşları tərəfindən tərtib edilən "Şəhidlər biblioqrafiya" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq 20 Yanvar müsibətindən söhbət açdı, o ağrılı günü bir daha yada salıb bu faciənin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğuladı. Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin aparat rəhbəri Firudin Ourbanov 20 Yanvar faciəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurguladı gələcək nəsillərə Azərbaycan xalqının tarixini erməni daşnakları tərəfindən xalqımızın başına gələn müsibətlərin olduğu kimi çatdırılmasını daha vacib hesab etdiyini bildirib. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova öz nitqində xalqımızın tarixində qanlı səhifə olan 20 Yanvar faciəsindən danışaraq o ağrılı günlərin Azərbaycan xalqının hafizəsindən heç vaxt silinməyəcəyini qeyd edib. Sonra söz Qarabağın Azərbaycan icmasının rəhbəri Bayram Səfərova verilib. O, erməni vəhşilikləri, onların törətdikləri pis əməllərdən ürək ağrısı ilə danışıb. Tədbirdə söz həmçinin Milli Məclisin üzvləri Həvva Məmmədova Aqil Abbasa verilib. Onlar da öz çıxışlarından əsrlər boyu ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri müsibətləri, 10 000 minlərlə dinc əhalinin faciə qurbanlarına çevrilməsini böyük təəssüf hissi ilə qeyd ediblər. Tədbir iştirakçıları "20 Yanvar qanlı şanlı tariximiz" adlı kitab sərgi ilə tanış olublar. Sərgidə 20 Yanvar faciəsinə həsr olunan 200-dən artıq kitab, jurnal qəzet materialları nümayiş etdirilib. Qeyd edək ki, "Şəhidlər biblioqrafiya" adlı kitab ilk dəfə nəşr olunduğundan hələ ki 200 nüsxəsi çapdan çıxıb. Yaxın gələcəkdə isə kitabın daha 800 nüsxəsinin nəşr olunması planlaşdırılır.

 

 

Şərq.- 2010.- 20 yanvar.- S. 14.