Azərbaycanın Bülbülü
Onu hamı Bülbül olaraq tanıyır. Bülbül Azərbaycan
professional vokal məktəbinin
banisidir.
Musiqi folkloru tədqiqatçısı,
SSRİ xalq artisti, Stalin
mükafatı laureatı,
İtaliyanın Qaribaldi
Ordeni laureatı, bütün həyatı boyunca Bülbül adıyla tanınan Murtuza Məşədi Rza oğlu Məmmədov
22 iyun 1897-ci ildə Şuşa yaxınlığındakı
Xanbağı kəndində
dünyaya göz açıb.
Oynadığı əsas
partiyalar:
Koroğlu - Üzeyir Hacıbəyov,
"Koroğlu";
Əsgər - Üzeyir Hacıbəyov,
"Arşın mal alan";
Qərib - R.M. Qlier, "Şahsənəm";
Əlyar - M. Maqomayev, "Nərgiz"
Nizami - Ə. Bədəlbəyli, "Nizami";
Fərhad - Niyazi, "Xosrov və Şirin";
Aslan - Q.Qarayev və C.Hacıyev, "Vətən"
İfa etdiyi əsas romanslar:
"Sənsiz"
- Üzeyir Hacıbəyov;
"Sevgili canan" - Üzeyir Hacıbəyov;
"Ölkəm"
- A. Zeynallı.
İfa etdiyi xalq mahnıları:
"Süsən
sünbül"; "Yaxanı
düymələ"; "Qara gözlər";
"Çal-oyna" və
s.
Mən Bülbül haqqında yazdığım bu bioqrafiyanı sənətkarın
öz sözləri ilə bitirmək istəyirəm: "Mən
arzuma çatdım. Azərbaycanda Konservatoriya bitirmiş öz yaradıcı və ifaçı kadrlarımız,
aktyorlar, aktrisalar, dirijorlar, orkestrdə çalan musiqiçilər
yetişmişdir. İndi
bizim konservatoriyada pedaqoqların əksəriyyəti
azərbaycanlılardır".
İlk musiqi təhsili...
Bülbül
ilk musiqi təhsilini,
1907-ci ildə, demək
olar ki,
İlk dəfə yaşayış
yerini 12 yaşında
dəyişən gənc
xanəndə Bülbül
1909-cu ildə, 12 yaşında
ikən Gəncəyə
köçür. Burada
gənc xanəndənin
görünməmiş şöhrəti
başlayır.
1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar
keçirilən yay binasında çıxışa
dəvət edirlər.
Tez-tez Tiflisə gələn Bülbül konsert və tamaşalara, gürcü operalarına gedir, Tiflisdə qastrolda olan italyan müğənnilərinin
ifasında operalara qulaq asır və fikirləşir ki, görəsən, o da bir vaxt
belə oxuya biləcəkmi? O, italyanlar
kimi oxumaq, İtaliyanı görmək,
orada təhsil almaq istəyirdi. Amma bütün bunlar hələ arzu olaraq qalır,
təhsil almaq arzuları Bülbülü
rahat buraxmırdı.
Abbas Səhhətlə tanışlığı...
1912-ci ildə gənc Bülbül tanınmış şair
Abbas Səhhətlə
Teatr səhnəsində
ilk çıxışı...
Bülbülün
teatr səhnəsində
ilk çıxışı M.C. Əmirovun 1916-cı ildə
Gəncədə tamaşaya
qoyulmuş "Seyfəlmülk"
operası ilə bağlıdır.
Opera səhnəsində
fəaliyyəti...
1920-ci ildə
Bülbülü Bakıya
- Opera Teatrına Üzeyir
Hacıbəyovun muğam
operası olan "Əsli və Kərəm"də baş
rolu ifa etmək üçün dəvət edirlər. Üzeyir Hacıbəyovun
xalq dastanı "Əsli və Kərəm" əsasında
yazdığı eyniadlı
muğam operasının
qəhrəmanını böyük
həvəslə qəbul
edir. Kərəm rolunu hər xanəndə bacarmırmış.
Çünki muğam
ifaçılığının incəliklərini bilməklə
yanaşı, xanəndənin
2,5 oktava diapazonlu səsinin olması vacibmiş. Bülbülün
bu sarıdan heç bir narahatçılığı yox idi. Və
o, çox asanlıqla
opera səhnəsində öz
ilk rolunu oynayır. Kərəm Bülbülün
həyatında dəyişikliyə
səbəb olur. Kərəm rolunu ifa etmək üçün Bakıya
gələn Bülbül
paytaxta köçmək
fikrinə düşür.
Bülbülün bu qərara gəlməsinə
başqa bir səbəb də varmış. O, ilk dəfə
olaraq, rus operasını görür.
Özünün mənsub
olduğu xanəndəlik
məktəbi ilə klassik opera sənəti arasındakı fərqi görən Bülbül bu sənətlə yaxından maraqlanmağa başlayır.
1920-ci ildə Xalq
Maarif Komissarlığında
N.Nikolayevin şəxsi
musiqi məktəbi əsasında xalq konservatoriyası təşkil
etmək məqsədilə
komissiya işləyirdi.
Bülbül İncəsənət
İşçiləri Həmkarlar
İttifaqından bu komissiyaya üzv seçilmişdi. Bülbül
həmişəlik Bakıya
köçür və
1921-ci ildə təşkilində
özünün də
iştirak etdiyi Azərbaycan Konservatoriyasına
daxil olur.
Tarixi sənədlərdən aydın
olur ki, Bülbülün bu qərarı birmənalı
qarşılanmır. Klassik
opera sənətini öyrənməyə
maraq göstərdiyini
görən müasirləri
onu muğamdan üz döndərdiyinə
görə qınayırlar.
Bəziləri isə,
onun səsini və ya heyranedici
tembrini itirəcəyindən
ehtiyatlanırlar. Ancaq
Bülbül öz seçiminə görə
qətiyyən tərəddüd
keçirmir. Əksinə,
klassik opera sənətini
daha böyük maraqla öyrənir.
O, 1920-ci ildən
bəri Birləşmiş
Dövlət Teatrı
Opera truppasının solisti
olmuşdur. 1924-cü ildən
həmin teatr Azərbaycan Opera və Balet Teatrı adını daşımağa
başladı.
Arzusunda olduğu İtaliya səfəri...
Bülbül
ilk dəfə İtaliyaya
konservatoriyada təhsil
aldığı zaman
- 1924-cü ildə gedib.
İtaliya musiqi mədəniyyəti ilə
ilk tanışlığı qısa müddətli səfər günlərinə
təsadüf edib.
1927-ci ildə konservatoriyanı
bitirən Bülbülün
istəyi gerçəkləşir.
Konservatoriyanın layiqli
məzununun biliklərinin
mükəmməlləşdirilməsinə
şərait yaratmaq üçün o, 4 illik müddətlə İtaliyaya
göndərilir. Bülbül
1927-ci ildən 1931-ci ilə
qədər İtaliyanın
Milan şəhərində yaşayır.
İtaliya səfəri barədə
Bülbül öz xatirələrində yazır:
"Mən uzun müddət inadla təhsil aldım. Maestro Qrani ilə məşğələlər mənə böyük fayda verirdi. O, öz tələblərini
çox dəqiq izah eləməyi bacarırdı, mən isə bu tələbləri
cidd-cəhdlə yerinə
yetirir, vokal ədəbiyyatının öyrənilməsinə
xeyli vaxt sərf edir, vokal sənətinə və oxu metodologiyasına
dair müfəssəl
əsərlərlə tanış
olurdum. Mən kitabxanalarda xeyli vaxt keçirərək, müxtəlif oxu məktəblərini öyrənirdim.
Dünyanın bütün
məşhur müğənnilərinin
iştirakı ilə
keçirilən tamaşaları,
Vaqnerin "Nibelunqların
üzüyü" trilogiyasının
"La-skala" teatrındakı
bir tamaşasını
belə buraxmırdım.
1928-ci ildə İtaliyanı
tərk etməyə məcbur olmuş məşhur dirijor A.Toskaninin iştirak etdiyi tamaşalardan birini də ötürmürdüm. Mən
Toskaninin İtaliyadakı
axırıncı çıxışını
da gördüm - tamaşadan əvvəl faşist himnini ifa etməkdən qəti surətdə boyun qaçırdığına
görə məşhur
dirijor tamaşadan sonra İtaliyanı tərk etmişdir".
"Azərbaycanlı
bülbül" adlı
məqalə...
Bülbülün
vətənə dönmək
ərəfəsində 1931-ci ildə İtaliyanın
"Arte-Nostra" jurnalında "Azərbaycanlı bülbül"
adlı məqalə işıq üzü görür: "...Bülbül
müsəlman aləmindən
İtaliyaya təhsil almaq üçün gələn ilk vokalçıdır
və özünəməxsus
Şərq oxusundan Avropa müğənni məktəbinə keçmişdir.
Maestro Rafaelo Qraninin Bülbülün italyan oxu məktəbini və italyan tədrisinin metodikasını
mükəmməl surətdə
mənimsədiyini etiraf
etdikdən sonra o, Avropada topladığı
bilikləri öz xalqına vermək, iki məktəbin sintezini həyata keçirmək üçün
vətəninə tələsir.
Bu sintezə ən gözəl sübut elə Bülbülün özüdür".
Bakıya qayıdan Bülbülün fəaliyyəti...
Bakıya qayıdan Bülbül Azərbaycan Dövlət Konservatoriyasında
dərs deməyə başlamışdı. 1931-ci il
dekabrın sonunda Xalq Maarif Komissarlığındakı
müşavirədə Bülbül
yeni opera, romans və mahnılar yaratmaq məsələsi haqqında çıxış
etdi. O dedi: "Zamanın özü Azərbaycanda yeni formalı operaların yaranmasını təkidlə
tələb edir. Gərək Üzeyir Hacıbəyov və Müslüm Maqomayev klassik müasir Azərbaycan operaları yazmağa başlasınlar.
Onların "Leyli və Məcnun" və "Şah İsmayıl" muğam
operaları Azərbaycan
milli opera sənətində
ilk addımlardır".
Şərq.- 2011.- 1 aprel.-
S.11.