Azərbaycan
əfsanələr paytaxtı
Turizm İli çərçivəsində
Şabran şəhərinə gələn turistlərin
sayı əvvəlki illərlə müqayisədə 2 dəfə
artacaq
Qədim
Şabran şəhəri 2011-ci ildə Azərbaycanın əfsanələr
paytaxtıdır. Turizm ili çərçivəsində
150-yə qədər tarixi tapıntılarla zəngin olan
Şabran şəhərində bərpa işləri
aparılacaq. Bu da rayona gələn turistlərin
sayının əvvəlki illərlə müqayisədə
2 dəfə artacağına zəmanət verəcələr.
Azərbaycanın
qədim Şabran şəhəri Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi
(Xalq yaradıcılığı paytaxtları)
proqramına əsasən, 2011-ci ilin Əfsanələr
paytaxtı elan edilib. Şabran Tarix və Mədəniyyət
Qoruğunun direktoru Məmmədmusa Məmmədov da faktı
təsdiqləyir. Bildirir ki, uzun illərdir açıq havada
qalan bu qədim şəhər nümunələri təbii
hadisələrdən erroziyaya uğrayır. Əgər vaxtında burada bərpa işləri
görülməsə, aşkar edilən bu əraziləri də
itirə
bilərik, Amma direktor son illər burada İcra Hakimiyyətinin
dəstəyi ilə bir sıra abadlıq işlərinin
görüldüyünü də deyir.
Qədim
Şabranın yerləşdiyi Şahnəzərli kəndinin
tarix müəllimi Əsədulla
Hüseynov burada tapılan müxtəlif məmulat və əşyaların
çoxşaxəli və tekrarolunmaz olduğunu bildirir. Onun
sözlərinə görə, burada ən qədim
dövrdə xüsusi tərkibə malik olan şüşə istehsalı ilə məşğul
olublar; "Şabran şəhərində də özünə
məxsus şüşə istehsalı ilə də məşğul
olublar. Tərkibində silisium birləşməsini zənginləyir
və yüksək oda davamlığı, odda bişirilməsi,
şüşənin
şəffaflığını və çin
şüşəsinə bərabər bir formada düzəldilirdi".
Müxtəlif
illərdə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu
əməkdaşlarının qədim Şabran
qoruğunda apardığı arxeoloji qazıntılar zamanı aşkar edilmiş müxtəlif
eksponatlar indi rayon Tarix və Diyarşünaslıq Muzeyinin qiymətli eksponatları sırasındadı. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə
çəkilən su və kanalizasiya xətlərinin
nümunələri, qədim su əşyaları
da diqqəti cəlb edir. Nəzərə alsaq ki ,53 000-dən artıq əhalisi olan Şabran rayonuna kanalizasiya xətti hələ
bu il çəkiləcək, onda qədim Şabranın su təsərrüfatı əşyaları doğrudan
da olduqca qiymətlidir.
Şabran
Tarix və Diyarşunaslıq Muzeyinin baş
fond mühafizi Vəfa Hüseynova deyir ki, bu muzeydə həm
də qədim Şabran şəhərindən
tapılmış çirkab suların
axıdılmasında, şəhərə 14 km-dən
çəkilən su xəttində istifadə
edilən su tüngüləri nümayiş etdirilir.
Onun sözlərinə görə, bütün bu nümunələrə
görə, qədim Şabran şəhərindən
tapılan eksponatlar onu göstərir ki, Şabran şəhəri
qədim tarixə malikdir.
Ümumilikdə,
Şabran rayonunda 150 tarixi abidə var ki, onlardan ən möhtəşəmi
qədim Şabran və Çıraqqala abidələridir.
Şabran
rayon Mədəniyyət və Turizm Şöbəsinin
müdiri Əhməd Səmədov bütün bunları nəzərə alaraq
bildirir ki, Turizm ili olan 2011- ci ildə rayona gələn turistlərin
sayı əvvəlki
illərlə müqayisədə 2 dəfə artacaq. Qədim
Şabranın yenidən bərpa edilməsinə gəlincə
isə Ə.Səmədov açıqladı ki, bu nazirliyin
2011-ci ildə rayonda Əfsanələr paytaxtı titulu ilə
bağlı keçirəcəyi çeşidli tədbirlər
planına salınıb.
Şərq.-2011.-7 aprel.- S.13.