9
yaşlı Fariz Bədəlovun
ölümündən 40 gün
keçir
Şəhid balamızın xatirəsinə
anım mərasimi keçirilib
Erməni gülləsinin qurbanı
olan 9 yaşlı Farizin ölümündən
40 gün keçir. Bununla əlaqədar
Qaçqın və Məcburi Köçkün
Gənclər Təşkilatı,
"Qadın və uşaqların problemlərinin
araşdırılması" İctimai Birliyi, Xocalı Soyqırımını
Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid balamızın xatirəsinə
anım mərasimi keçirilib.
Mərasimdə çıxış
edən Qaçqın
və Məcburi Köçkün Gənclər
Təşkilatının sədri
Vüqar Qədirov 9 yaşlı uşağın
qətlini insanlığa
sığmayan hərəkət
adlandırıb.
Təşkilat sədri qeyd
edib ki, Ermənistan dövləti
azərbaycanlılara qarşı
məqsədli şəkildə
soyqırım siyasəti
həyata keçirir və 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi də bu silsilədəndir.
Ermənistanı terrorçu, təcavüzkar
dövlət adlandıran
V.Qədirov F.Bədəlovun
təhsil aldığı
Ağdamın Aşağı
Qərvənd kənd
orta məktəbinə
onun adının verilməsini təklif edib.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Sədaqət Qəhrəmanova,
Milli Məclisin deputatı Fuad Muradov, "Qadın və uşaqların problemlərinin araşdırılması"
İctimai Birliyinin sədri Kəmalə Qliyeva, Təkamül və İnteqrasiya Beynəlxalq ictimai Birliyinin sədri Arzu Qədirova, Xocalı Soyqırımını
Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Milli QHT Forumunun prezidenti Rauf Zeyni Fariz Bədəlovun ölümünün müharibə qanunlarına,
insanlığa sığmayan
bəşəri bir cinayət olduğunu vurğulayıblar. Mərasimdə Farizin anası Şirinnar Bədəlova da iştirak edib. Ş.Bədəlova dünya analarına
müraciət edərək
bu faciəyə biganə qalmamağa, erməni vəhşiliyinə
göz yummamağa çağırıb.
Tədbirin sonunda dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara
müraciət qəbul
olunub.
Məlahət
Şərq.-2011.- 15 aprel.- S. 7.