Ölməz Üzeyir

  

   Dünya miqyaslı bəstəkarımız, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətininmilli operanın banisi, akademik ən nəhayət, Azərbaycan Dövlət Himninin bəstəkarı Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşa qəzasının Ağcabədi mahalında kənd mirzəsi ailəsində doğulub.

   

    Uşaqlıq illəriilk musiqi təhsili...

  

   Onun uşaqlıq illəri istedadlar məskəni, musiqiçilər diyarı, Şərqin konservatoriyası adlanan, Azərbaycanın ən gözəl guşələrindən biri olan qədim Şuşa şəhərində keçib. O, ilk təhsilini mədrəsədə alıb, fars ərəb dillərini mükəmməl öyrənib. Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra ikisinifli Rus-Azərbaycan məktəbində sevimli müəllimi Mirzə Mehdi Həsənzadənin köməkliyi ilə Şərqin və Qərbin tanınmış yazıçı və şairlərinin əsərləri ilə yaxından tanış olub. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Üzeyir Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərib.

   Üzeyir bəy özü yazırdı: "Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən muğam və təsnif oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər".

   Üzeyir bəyin ilk musiqi müəllimi Azərbaycan xalq musiqisinin bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub.  

   Üzeyir bəy ilk qələm sınağını da Şuşada keçib. Hələ 13 yaşında o, "Kitabi-məzhəkə" adlı nağıl və hekayələr kitabı yazır, illüstrasiyaları da özü çəkirdi. "Kitabi-məzhəkə" dostları arasında əldən-ələ gəzir.

   Üzeyir bəy 13 yaşında olarkən, 1897-1898-ci illərdə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi və Cabbar Qaryağdıoğlunun ifasında Şuşada həvəskar aktyorlar tərəfindən tamaşaya qoyulmuş "Məcnun Leylinin məzarı üstündə" səhnəsində xorda iştirak etmişdir.

  

    Qori müəllimlər seminariyasında təhsil...

  

   1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Orada ümumtəhsil dərslərlə yanaşı, musiqi dərsləri keçirilirdi. Üzeyir bəy seminariyada üç musiqi alətində - skripkada, violonçeldə bariton adlanan nəfəsli alətdə çalmağı öyrənib. Üzeyir bəyin seminariya dostu, əməkdar müəllim Ağəli Qasımov o illəri xatırlayaraq yazırdı: "Belə bir əhvalat hələ də yadımdadır: Mən Kaman (skripka) çalırdım. Pekker (musiqi müəllimi) isə səhvlərimi düzəldirdi. O əsəbiləşib qışqırırdı. Lakin Pekkerin bütün səyləri əbəs idi. Mən düz çala bilmirdim ki, bilmirdim. Nəticədə Pekker özündən çıxdı, özünü saxlaya bilməyib yanında duran Üzeyir Hacıbəyovu göstərib dedi: "Üç ildir çalırsan, yenə düz çala bilmirsən. Hacıbəyov isə cəmi bir ildir oxuyur, buna baxmayaraq üç çalğı alətində çalmağı bacarır". Bu da təbii ki, Ü.Hacıbəyovun fitri istedadından və zəhmətkeşliyindən irəli gəlirdi.

  

    Rəngarəng yaradıcılıq...

  

   1904-cü ildə Qori Müəllimlər Seminariyasını müvəffəqiyyətlə bitirən Ü.Hacıbəyovu Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edirlər. Bir il orada işlədikdən sonra 1905-ci ildə Üzeyir bəy Bakıya gəlir. O, əvvəlcə BibiHeybət rayonuna müəllim təyin olunur, 1908-1911-ci illərdə isə "Səadət" məktəbində dərs deyir. Bu məktəblərdə Üzeyir Hacıbəyov ana dilini, hesabı, tarixi, rus dilini, musiqini tədris edirdi. Bir müəllim kimi Ü.Hacıbəyov Bakıda Orucov qardaşlarının mətbəəsində "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi əsgəri sözlərin türki-rusi rusi-türki lüğəti"ni (1907), Azərbaycan dilində "Hesab məsələləri" (1908) dərsliyini çap edir.  

   Üzeyir bəy bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan", "Dərədən-təpədən" s. başlıqlar altında, "Filankəs", "Bir kəs","U", "Ü", "Üzeyir", "Bisavad", "Avara", "Çi" s. 64 adda gizli imzalarla, təxəllüslərlə dövrünün ictimai-siyasi həyatına, maarifçilik mədəniyyət məsələlərinə dair çoxlu məqalə, kəskin felyetonlar, satirik miniatürlər yazır. Qoqolun "Şinel" povestini Azərbaycan dilinə tərcümə edib. Ümumiyyətlə, alimlərimiz Üzeyir bəyin iki mindən çox publisistik yazılarını aşkar edib üzə çıxarıb. Üzeyir Hacıbəyov yaradıcılığına publisist kimi başlasa da, ona dünya şöhrəti gətirən musiqi əsərləri olub. 

   1908-ci il yanvarın 12-si (yeni üsulla 25-i) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün Şərqdə opera sənətinin əsasını qoyub. Üzeyir bəy operanın librettosunu XVI əsrin böyük dühası Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazıb. 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas Xurşidbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun Leyla" (1915) milli operalarını yazıb. Bu operaların librettolarını Ü.Hacıbəyov xalq dastanları rəvayətləri, eləcə də Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb. Üzeyir Hacıbəyovun dramaturgiya sahəsindəki fəaliyyəti Azərbaycan ədəbiyyatında mühüm əhəmiyyət kəsb edir. O, həmçinin bütün Şərqdə operetta janrının da yaradıcısıdır. 1909-cu ildə, "Ər və arvad", 1910-cu ildə "O olmasın, bu olsun" operettasını yazıb. "O olmasın, bu olsun" operettası Zaqafqaziyada, Dağıstanda, Orta Asiyada - Türkmənistanda, Türkiyədə, İranda, Yəməndə, Bolqarıstanda və s. oynanılıb. 1913-cü ildə yazdığı "Arşın mal alan" operettası ingilis, fransız, alman, çin, ərəb, fars, polyak, rus, ukrayna, belarus, gürcü s. ümumiyyətlə, dünya xalqlarının 67 dilinə tərcümə edilib, 100-dən çox şəhərlərdə, o cümlədən ABŞ-ın 13 ştatında, Polşanın 16 şəhərində, Çinin 3 şəhərində, Türkiyədə, İranda, Yunanıstanda, Parisdə, Londonda, Berlində, Sofiyada, Moskvada başqa yerlərdə tamaşaya qoyulub, dörd dəfə ekranlaşdırılıb. "Arşın mal alan" operettasına 1917, 1945 və 1966-cı illərdə Bakıda, 30-cu illərdə isə ABŞ-da film çəkilib.

  

    Yarımçıq qalan 2-ci ali təhsil...

  

   Üzeyir bəy 1912-ci ildə ali təhsil almaq üçün əvvəlcə Moskvaya getmiş, filarmonik cəmiyyətin musiqi kurslarında (solfecio üzrə N.M.Laduxindən, harmoniya üzrə N.N.Sokolovskidən) dərs alıb. 1913-cü ildə isə Sankt-Peterburq Konservatoriyasında oxuyub. (Konservatoriyada harmoniya üzrə müəllimi N.A.Rimski-Korsakovun tələbəsi V.P.Kalafati idi. Fortepiano orqan üzrə dərsləri görkəmli müəllimlər V.V.Şerbakov Y.Y.Qandşin aparırdı). Üzeyir bəyin həyatında yaradıcılığında Sankt-Peterburq dövrü mühüm rol oynayıb. "Arşın mal alan" operasını məhz orada yazıb.  

   I Dünya müharibəsinin başlanması üzündən Ü.Hacıbəyov Sankt-Peterburqda təhsilini tamamlamamış 1914-cü ildə Bakıya qayıdıb.

  

    İran səfəri...

  

   1918-ci il Azərbaycan xalqı üçün çox ağır başlayır. Ermənilər indiki kimi yenə sakit oturmurdular. Elə həmin ilin mart ayında ermənilər Azərbaycan xalqına qarşı soyqırıma başladılar. Bakının küçələrində qan su yerinə axırdı. Belə bir dövrdə, qanlı mart hadisələri zamanı Azərbaycana rəhbərlik edən böyük ictimai dövlət xadimi, doktor Nəriman Nərimanov Üzeyir Hacıbəyovu yanına çağırır, ona "Hacıbəyov qardaşlarının teatr truppası" ilə İrana qastrola getməyi məsləhət görür. Üzeyir bəy etiraz edir, xalqı ilə bahəm qalmaq istədiyini bildirir. Lakin N.Nərimanov təkidlə Ü.Hacıbəyovu qastrola getməyə məcbur edir ona deyir ki, biz səni qorumalıyıq. Sən millətimizin gələcəyi üçün lazımsan. Bu söhbətdən sonra Üzeyir Hacıbəyov İrana getməyə məcbur olur. 1918-ci ilin mart ayında teatr ilə qastrola getmiş Üzeyir bəy 1918-ci ilin 23 oktyabrında Bakıya qayıdır, elə həmin il, oktyabr ayının 29-da "Azərbaycan" qəzetində ilk məqaləsi dərc olunur.

 

    İşlədiyi yerlər...

     

   Üzeyir Hacıbəyov 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının hakimiyyəti dövründə "Azərbaycan" qəzetində fəaliyyət göstərib. Hər gün, bəzən günaşırı qəzetdə məqalələrlə çıxış edib. Qəzetin ilk redaktoru Üzeyir bəyin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli idi. 1919-cu ilin yanvarından 1920-ci ilin 27 aprelinə qədər Ü.Hacıbəyov "Azərbaycan" qəzetinin müdiri olub.

   1921-ci ildə Bakıda ilk musiqi məktəbini (Azərbaycan Dövlət Türk Musiqi məktəbi) yaradır, sonradan bu məktəb musiqi texnikumuna çevrilir (texnikumun ilk direktoru Ü.Hacıbəyov olub). 1926-cı ildə texnikum Azərbaycan Dövlət Konservatoriyası ilə birləşib. 1926-cı ildən ADK-da fəaliyyət göstərən Üzeyir Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriyanın nəzdində Azərbaycan xor kollektivi yaradıb. Lakin bu xor dağılmış, 1936-cı ildə Üzeyir bəyin təşəbbüsü ilə Azərbaycan Dövlət Filarmoniyasında yenidən Dövlət xoru təşkil olunub. Ü.Hacıbəyov fasilələrlə, ömrünün axırına kimi Azərbaycan Dövlət Konservatoriyasına (1928-1929; 1939-1948) rəhbərlik edib.

  

   (davamı var)

  

 

   Şərq.- 2011.- 23 aprel.- S. 11.