Müdriklik yaşı

 

  (Aslan Aslanovun 60 illik yubileyinə)

 

  Hər şeydən öncə qeyd edim ki, heç bir titulunu sadalamadan, sözün həqiqi mənasında, gözəl insan, xeyirxah rəhbər, görkəmli ziyalı kimi nüfuz qazanmış Aslan Aslanov haqqında qələmə aldığım bu yazı bir neçə günlük ya bir neçə saatlıq düşüncəmin məhsulu deyil. Aslan müəllimi xalqımızın yetişdirmiş olduğu jurnalistlər nəslinin görkəmli nümayəndəsi kimi hələ tələbə olduğum illərdən tanıyıram.

   O zamanlar adını televiziya ekranlarından, mətbuat səhifələrindən tez-tez eşitdiyim Aslan Aslanovu həmişə yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda, əqidəliliyi, prinsipiallığı, əməksevərliyi əzmkarlığı ilə sayılıb-seçilən bir insan kimi təsəvvür etmişəm. Sonralar tale elə gətirib ki, jurnalist fəaliyyətimlə əlaqədar Aslan müəllimi daha yaxından tanımış ondakı yüksək insani dəyərlərin canlı şahidi olmuşam. Xəyali təsəvvürlərim reallıqla üst-üstə düşdüyündən, bu mənim üçün olduqca sevindirici qürurverici olub.

   Özümü həmişə şansı gətirən insanlardan hesab etmişəm. Çünki hər zaman yaxşı müdir, yaxşı rəhbərlə işləmiş, dedi-qodudan, söz-söhbətdən uzaq kollektivdə çalışmış, üstəlik yaxşı insanlarla təmasda olmuşam. Eynən Aslan müəllim kimi.

   Aslan müəllim Azərbaycan xalqının zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçmiş 60 illik ömrünü şərəflə yaşamış ziyalılarımızdandır. O, görkəmli ictimai xadim kimi Azərbaycan cəmiyyətinin ölkə ictimaiyyətinin böyük etimadını qazanıb. Yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri xeyir-duası sayəsində yüzlərlə insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutub. Aslan müəllim 1997-ci ildə AzərTAc-ın baş direktorunun birinci müavini, 2002-ci ilin oktyabrında isə baş direktoru təyin olunub. O, 1993-cü ildən 2002-ci ilədək ulu öndər Heydər Əliyevin xarici ölkələrə səfərlərinin bir çoxunda AzərTAc-ın xüsusi müxbiri kimi iştirak edib. Belə mənalı, maraqlı ömür yaşamaq hər insanın taleyinə, qismətinə yazılmır. Aslan müəllimin ömür yolu mən deyərdim ki, indiki gələcək nəsillər üçün əsl örnəkdir.

   O, hər şeydən öncə gözəl bir vətəndaşdır. Məhz bu amil onun həm görkəmli bir ziyalı, ictimai xadim kimi tanınmasına imkan verib. Bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb bu dəyərləri qorumaq istəyi həmişə ədalətli cəmiyyət arasında olmağından irəli gəlib. Aslan müəllimin vətəndaşlıq mövqeyindən danışarkən, onu da xatırlatmaq yerinə düşər ki, o həm dövlətçilik ənənələrinin qorunmasında fəal rol oynayan müasirlərimizdəndir.

   Azərbaycan mətbuatının problemlərinə həsr olunmuş onlarla məqalənin, reportajların, "Heydər Əliyev AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb şərəfli yol" kitablarının müəllifi bir çox əsərlərin redaktorudur. Hər zaman obyektivlik prinsipinə əsaslanan Aslan müəllim yüksək peşəkarlıq səviyyəsi, səmərəli məhsuldar fəaliyyəti, əldə etdiyi nailiyyətləri ilə ölkə rəhbərliyinin kollektivin diqqət mərkəzində dayanaraq hörmət rəğbətini qazanıb. Əməksevərlik, insanpərvərlik qayğıkeşlik kimi nəcib insani keyfiyyətlərə malik olan Aslan müəllim rəhbərlik etdiyi AzərTAc əməkdaşlarına hər zaman qayğı ilə yanaşır, onların problemləri ilə yaxından maraqlanır. 2000-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 2005-ci ildə "Tərəqqi" medalına, 2010-cu ildə "Vətənə xidmətə görə" ordeninə layiq görülməsi, Həsən bəy Zərdabi adına "Qızıl qələm" mükafatları da məhz bu xidmətlərin bariz nümunəsidir.

   Bu gün Aslan müəllimin 60 yaşı tamam olur. 60 müdriklik yaşıdır. Ancaq mən deyərdim ki, müdriklik Aslan müəllimin yaşında deyil, xarakterindədir, mənəviyyatındadır mənə elə gəlir ki, xaraktercə, mənəviyyatca müdrik olan insanların haqqında ömrünün istənilən yaş mərhələsində qürurla, alnıaçıq, üzüağ danışmaq olar. Ömrünün 60-cı baharını yaşayan Aslan Aslanov az çox, 9 ildir ki, AzərTAc-ın baş direktorudur. Təkcə bu müddətdə deyil, bütün ömrü boyu deyərdim ki, o, şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla bacarıqla çıxıb. Mən kiminsə ondan narazı qaldığını heç ağlıma belə gətirə bilmirəm. İstər kollektivinin, istərsə cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanların onun haqqında həmişə yüksək fikirdə olduğunun dəfələrlə şahidi olmuşam. Aslan müəllimin həyat kredosunda qeyd etdiyimiz kimi, ilk növbədə, onun təmənnasız keyfiyyətləri dayanır. O harada olursa-olsun, vətənimizi təmsil təbliğ edir. Belə olmasaydı, uzun müddət çalışdığı sahədə bu qədər hörmət nüfuz sahibi olmazdı. Təsadüfi demirlər ki, vətənpərvərlik ən dərin hörmətə layiq gözəl bir keyfiyyətdir. Vətənpərvərlik özünə hörmətdən, özünü sevməkdən başlayır, daha sonra milləti sevirsən, xalqı sevirsən nəhayət, dünyanı sevə biləcək vətəndaşlıq haqqı qazanırsan.

   2010-cu ilin mart ayı idi. Aslan müəllim Bakı Dövlət Universitetinin Æurnalistika fakültəsinin 4-cü kurs tələbələrinə AzərTAc haqqında mühazirə oxumaq üçün dəvət edilmişdi. 90 dəqiqəlik mühazirədən hazırladığım reportajı belə başlamışdım.

   ...12 mart 2010-cu il... Æurnalistika fakültəsinin 307 saylı auditoriyası ağzına kimi dolu idi. Daxilən çılğın olan fakültə tələbələri bu dəfə çox sakit idilər. Mülayim səsi, xoş aurası ilə tələbələrə mühazirə oxuyan Aslan müəllimə elə diqqətlə qulaq asırdılar ki... Bəli tələbələr, bu auditoriya tarixi bir günə, heç vaxt unutmayacaqları anlara şahidlik edir, ustaddan dərs almağın sevincini yaşayırdılar...

   Bəli, bu sevinc sonradan AzərTAc-la bağlı seminar-məşğələnin əsas mövzusu olacaq, yaddaşlarda şirin xatirələrə dönəcək Aslan müəllim haqqında mənim kimi düşünən insanların sayını artıracaqdı...

   Yubileyiniz mübarək, ustad!

  

 

    Pərvanə İbrahimova

 

    Şərq.- 2011.- 19 avqust.- S. 10.