Nəsir müəllim jurnalistika peşəsinin fədaisi idi

 Ustad rediktorun 100 illik yubileyi ilə əlaqədar konfrans keçirildi

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli jurnalist, ustad redaktor pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi "Kütləvi informasiya vasitələrində obyektivlik operativlik, forma məzmun vəhdəti prinsiplərinin təmin edilməsinin "Bakı" - "Baku" təcrübəsi" mövzusunda elmi konfrans keçirilib.

   Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov Nəsir İmanquliyevin yaradıcılığını fəaliyyətini yüksək qiymətləndirib. Onu gözəl insan, müəllim ata kimi xarakterizə edən Tahirov bildirib ki, Nəsir İmanquliyev Azərbaycanın mətbuat tarixində öz adını qoya bilib. 

   Bu gün Nəsir İmanquliyev məktəbinin yetirmələrinin olduğunu deyən Kərim Tahirovun sözlərinə görə, hazırda rəhbərlik etdiyi kitabxanada onun haqqında elektron məlumat bazası yaradılır. 

   "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə deyib ki, Nəsir İmanquliyev 30 ildən artıq müddətdə "Bakı" "Baku" qəzetlərinin baş redaktoru kimi çalışıb.

   Mədəniyyət turizm nazirinin müavini Vaqif Əliyev Nəsir İmanquliyevin jurnalistika sahəsində böyük uğurlara nail olduğunu söyləyib. O, Nəsir İmanquliyevin böyük jurnalistika məktəbi yaratdığını da bildirib. Yazıçılar Birliyinin sədri Anar da öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. "Nəsir müəllim mənim atamla cəbhə dostu idi. Onlar "Ordu" qəzetində birgə çalışıblar", - Anar deyib. Nəsir müəllimi gözəl insan sayan yazıçı onu əsl ziyalı da adlandırıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Nəsir İmanquliyevin Azərbaycanın milli jurnalistikasında xüsusi rolu olub.

   "O, Azərbaycanda alternativi olmayan qəzet çıxarıb. "Bakı" "Baku" qəzetləri axşam qəzetləri idi, satışa da axşam çıxarılırdı. Amma axşam saat 6-dan sonra həmin qəzetləri tapmaq olmurdu", - Amaşov qeyd edib.

   Şura sədri bildirib ki, Nəsir İmanquliyev "Bakı" "Baku" qəzetlərini özünün məktəbi kimi yaratmışdı. Əflatun Amaşovun sözlərinə görə, tələbələrinin jurnalist kimi yetişməsində xüsusi rolu olan Nəsir İmanquliyev bəyəndiyi, gələcəyi parlaq görünən tələbələrini işləmək üçün bu qəzetlərə dəvət edərdi.

   Millət vəkili Elmira Axundova isə deyib ki, "Bakı" "Baku" qəzetləri indi çox böyük maliyyə çətinlikləri ilə üzləşiblər. Hazırda bu qəzetlərin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşdirildiyini deyən millət vəkili bildirib ki, bu qəzetləri Nəsir İmanquliyevin dövründəki kimi yaxşı səviyyəyə çatdırmaq lazımdır.  

   "Azərbaycan" qəzetinin baş redaktoru, Nəsir İmanquliyevin tələbəsi olmuş Bəxtiyar Sadıqov isə müəllimini çox zəhmli, məsuliyyətli xeyirxah insan kimi qiymətləndirib.

   Nəsir İmanquliyevin kürəkəni Arif Paşayev isə Nəsir İmanquliyevin jurnalistika peşəsini həddindən çox sevdiyini söyləyib.

   "Nəsir müəllim jurnalistika peşəsinin fədaisi idi. O, öz peşəsini çox sevirdi. Nəsir müəllim orijinal bir insan idi. O, öz qızını patoloji məhəbbətlə sevirdi", - Paşayev deyib.

   Nəsir İmanquliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşən Arif Paşayev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib.

 

Şərq.- 2011.- 21 dekabr.- S. 6.