“Mədəniyyət” kanalı fəaliyyətə baslayır

 

Əbülfəs Qarayev bu münasibətlə kollektivi təbrik edib

 

Azərbaycanda yeni bir kanal –“Mədəniyyətkanalı fevralın 14-də fəaliyyətə başlayacaq. Mədəniyyət Turizm Nazirliyindən aldığımız məlumata görə, nazirlikdə Azərbaycan Televiziya Radio Verilişləri (AzTV) QSC-nin rəhbərliyi ilə keçirilən görüşdə bildirilib.

Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev AzTV-nin nəzdində "Mədəniyyət" kanalının yaradılması münasibəti ilə televiziya kollektivini təbrik edib, daim Azərbaycan Televiziyası ilə əməkdaşlıq edən nazirliyin gələcəkdə bu əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Son illər ölkənin mədəni həyatında atılan uğurlu addımlardan danışan nazir deyib ki, Ölkə prezidenti təkcə mədəniyyət sahəsini əhatə edən 300-dən artıq sənəd imzalayıb. Əsaslı yenidənqurma işləri mədəni islahatlar sayəsində Bakı regionun mədəni paytaxtına çevrilib. Ölkə beynəlxalq mədəni arenada layiqli təmsil olunur, həmçinin bir sıra nüfuzlu beynəlxalq müsabiqələrə, festivallara ev sahibliyi edir. Nazir "Mədəniyyət" kanalının bütün bu proseslərin daha geniş formada işıqlandırılmasına təbliğinə duyulan ehtiyacı ödəyəcəyinə ümid etdiyini deyib.

AzTV-nin sədri Arif Alışanov isə kanalın əsas məqsədinin Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ etmək, ölkədə gedən mədəni islahatlarla yanaşı, milli-mənəvi dəyərləri, tarixi memarlıq nümunələrini turizm potensialını təbliğ etmək olduğunu bildirib: "Mədəniyyət" kanalının uğurlu fəaliyyəti üçün Azərbaycan Televiziyasının kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı peşəkar kadr potensialı var. Fevralın 14-dən fəaliyyətə başlayacaq yeni kanal həm yerüstü ötürücülər, həm peyk vasitəsi ilə yayımlanacaq".

Görüşdə yeni yaradılacaq kanalda yayim planlaşdırması, proqram mövzu müxtəlifliyi, əməkdaşlıq imkanları müzakirə edilib.

 

 

Şərq.-2011.- 4 fevral.- S. 14.