Qayğıkeş insan, yorulmaz alim

 

... və ya vicdanlı Vətəndaş

 

Azərbaycanda fizika elminin inkişafında müstəsna xidmətləri olan professor Hüsnü Cəngi Xəlil oğlu Əjdərovun 70 yaşı tamam olur. O, 12 fevral 1941-ci ildə Azərbaycanımızın dilbər güşələrindən olan Gəncə şəhərində anadan olub.

Hüsnü Cəngi müəllim məşğul olduğu elm sahəsi üzrə dünya alimləri tərəfindən böyük rəğbətlə qarşılanır və onun elmi əsərlərinə geniş istinadlar edilir.  

Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.M.Abdullayev adına Fizika İnstitutunun "Yarımkeçiricilərdə nanostrukturlar" laboratoriyasının rəhbəri H.X.Əjdərov 3 müəlliflik şəhadətnaməsinin patentin müəllifidir. Onun 130-dan çox elmi əsərinin 70-i beynəlxalq səviyyəli elmi jurnallarda (Journal of Crystal Growth - 2001, Chinese Journal of Physics - 2003, Crystallography Reports - 2005) çap olunub. H.X.Əjdərovun rəhbərlik etdiyi laboratoriya dövrü elmi istiqamətlərin tələbləri əsasında yaranmış nanoquruluşla məşğul olan azsaylı mərkəzlərdən biridir.  

Hüsnü Cəngi müəllimin əsas elmi nailiyyətləri kimi: Germanium-silisium kristallarında geniş sayda dərin dayaz aşqar atomlarının əsas enerji hallarının spektrinin təyin edilməsini; Geniş temperatur intervalında Ge-Si sistemində sərbəst elektrik yükdaşıyıcılarının səpilmə mexanizmləri qanunauyğunluqlarının öyrənilməsini; Aşqar atomlarını əhatə edən nanohəcmlər tərkibinin qeyri-identikliyi ilə əlaqəli bərk məhlul kristallarında yaranan elektron xassələrinin xüsusiyyətlərinin aşkar edilib, araşdırılmasını s. göstərmək olar.  

Həmçinin xüsusi vurğulamaq lazımdır ki, yarımkeçirici bərk məhlul sistemlərinin verilmiş tərkibdə alınması, onların müxtəlif aşqar elementlərlə leqirə edilmə texnologiyaları bu məsələlərin fiziki-riyazi əsasları H.X.Əjdərovun rəhbərliyi altında aspirant (dissertant) doktorantların birgə elmi araşdırmaları sayəsində daha geniş inkişaf etdirilib.  

Bu məşhur alimin kadr yetişdirilməsi sahəsində özünəməxsus məktəbi formalaşmışdır. Belə ki, o fizika üzrə 5 fəlsəfə doktorunun 2 elmlər doktorunun yetişdirilməsində birbaşa rəhbər olmuş, onlarca dissertasiya işlərinin məsləhətçisi istiqamətvericisi olmuşdur.  

Azərbaycan elmi qarşısında öz borcunu vicdanla, şərəf ləyaqətlə yerinə yetirən Hüsnü Cəngi müəllim ədalətli, ciddi, əyilməz xarakteri elmi prinsipiallıği ilə gənc alimlərin təfəkküründə əsil alim etalonuna çevrilib.  

Düz qəddi-qamətli Hüsnü Cəngi müəllim bu gün yorulmadan, bütün enerjisi ilə Vətəni Azərbaycan qarşısında elmi ictimai fəaliyyətini davam etdirir.  

Professor H.Əjdərov həmçinin qayğıkeş ailə başçısı, mehriban ata ən əsası nəvə sevinci yaşayan babadır.  

Yubiley münasibəti ilə Fizika İnstitutunun bütün əməkdaşları Hüsnü Cəngi müəllimi ürəkdən təbrik edərək ona can sağlığı yeni-yeni elmi nailiyyətlər arzu edirlər.  

Doğum günün mübarək Hüsnü Cəngi müəllim !

 

 

Şərq.- 2011.- 12 fevral.- S. 12.