O, işinin fanatı idi
“Həmişə
deyirdi ki, mən 39
yaşımda öləcəyəm.
40 yaşı tamam olanda
o qədər sevinmişdim ki... Fikirləşirdim ki, daha bu
təhlükəni keçdik.
Ağlıma belə gəlməzdi
ki, tale bizimlə belə acı zarafat edə bilər.
Azərbaycan ədəbiyyatı və mədəniyyəti
üçün böyük işiər görmüş
Qoşqar Qarayevin həyat yoldaşı Mahirə xanım təmkinini
itirməmək, qəhərini boğmaq üçün dərindən
nəfəs alır. Arabir bizdən azca aralıda uşaqlarla
oynayan oğluna nəzər salmaqla sanki özünü
toxtadır.
"Həyat yoldaşım olduğuna görə
demirəm, Qoşqar doğrudan gözəl insan idi.
Cavanlıqdan nəşriyyat işiylə məşğul
olmuşdu. Bu işin fanatı idi. Elə böyük bir
qazancı da yox idi. Amma bu işdən zövq alırdı. Azərbaycanda
ilk Özəi nəşriyyatı Qoşqar yaradıb. Əziyyətlə,
çətinliklə...
Əvvəlcə "İsmayıl", sonra
"QAPP-POLİQRAF, daha sonra "Beşik" nəşriyyatını
yaratdı. Milyonlarla kitab çap olunub bu nəşriyyatlarda.
Heç kimə sirr deyil ki, naşirlik, kitab çapı Azərbaycanda
gəlir gətirən sahə deyil. Hərdən deyirdim ki, niyə
özünə bu qədər əziyyət verirsən?
Deyirdi ki, eybi yox, adımız qalacaq".
"Molla Nəsrəddin"ə yeni nəfəs
verdi. Üzülmüş, cırılmış vərəqlərdən
bir kitab ortaya qoydu.
Yeddi cilddə buraxdı onu. Onun yaratdığı nəşriyyatlarda milyonlarla
kitablar nəşr olundu. Dövlət sifarişi ilə
Cəfər Cabbarlının,
Məmməd Cəfərin,
İlyas Əfəndiyevin,
Sabit Rəhmanın, Aşıq Ələsgərin seçilmiş
əsərlərini çap
etmişdi. Öz təşəbbüsü
ilə Səməd Vurğunun Qazaxdan tutmuş Naxçıvana
qədər yayılan
nəslinə, şəcərəsinə
həsr olunmuş
"Vəkii oğulları"
kitabını çap
etmişdi.
Yəni Qoşqar işinə yaradıcılıqla,
sev-giylə yanaşırdı.
...Sonuncu yaratdığı
nəşriyyatı "Beşik"
adlandırmışdı. Bu
da onun növbəti
missiyası idi. Yeni nağılların yaranmadığı,
köhnələrin unudulduğu
bir vaxtda nə zamanlarsa uşaqlar üçün
yazmış yazıçıları
tapır, kimini hansısa bölgədən
gətirtdirir, kiminin kitablarını arxivdən
qaldırtdırır, hansısa
gənc və ya müasir yazıçılara uşaqlar
üçün yazmağı
təklif edirdi.
Cəmi iki il
içərisində "Beşik"də
yüz əlliyə yaxın kitab çap olundu. Azərbaycanın tarixi nağıllarını
yenidən oxuculara təqdim etdi. Yəqin, Azərbaycanda kitab satışıyla bağlı
vəziyyəti bilənlər
təxmin edərlər
ki, bu kitablara
qoyulan xərcin heç yarısı da xərc sahibinə
çatmır, gəlir
gətirmir.
Amma o bunları bilə-bilə çalışırdı. "Bizim nə etdiymizi hələ dərk etmirlər, amma nə zamansa mütləq edəcəklər",
- deyirdi.
Müsahibə verməyi xoşlamazdı. Gözə girməyi sevməzdi.
Hərdən onun yerinə
mən yorulurdum.
Deyirdim, neynirsən belə ağır işi? Deyirdi, eybi yox, adımız
qalacaq.
Atası-yazıçı İsmayıl Qarayevin əlyazmalarını toplayıb kitab halına salmışdı. 20-yə yaxın kitabını nəşr
etdi. Axırıncı kitabın adı
"Getmə, oğul"
oldu".
Mahirə xanım susur. "Onun qəbrini
ziyarət etməyə
heç vaxt sürücü ilə getmirəm. Tək gedirəm. Deyirəm, qoy
Qoşqar görməsin
ki, mən kiminsə gözü qarşısmda göz yaşı tökürəm.
O belə şeyə razı olmazdı".
...Hiss edirəm ki,
növbəti sualım,
müdaxiləm Mahirə
xanımın göz yaşlarını saxlaya bilməməsinə səbəb
olacaq. O tutulub, dolub. Bəlkə də ona həmdəm olmaq üçün danışdırmaq,
ürəyini boşaltmasına
şərait yaratmaq lazım idi. Amma mən bunu etmədim.
Qoy Qoşqar müəllimin ruhu inciməsin...
...Çiynimdə ağır
bir yük varmış kimi ayrıldım Mahirə xanımdan. Qoşqar müəllim haqqında
yazının gerisini onun haqqında yazılanlarla davam etdirəcəkdim.
Bu da Qoşqar
Qarayevin yeganə müsahibəsindən.
"Bir layihəm var. Bəlkə də biznes nöqteyi-nəzərindən
mən uduzuram. Amma nəşriyyatın;
yansı satılmalı
olsa belə, mən bu layihəni
gerçəkləşdirəcəyəm....
Doğrusu, bu barədə
hələlik da-nışmaq
istəmirdim. Nə isə.
Azərbaycanı bütöv şəkildə
əks etdirən köhnə xəritə əsasında bölgələr
üzrə nağıl
və əfsanələri
toplamaq istəyirəm.
Bu, təxminən, "1001 gecə nağılı"
fipində olacaq.
Burada baba, Güvənc adlı nəvəsinə
bölgələrə uyğun
bildiyi əfsanələri,
rəvayətləri danışacaq.
Məsələn, Şuşadan söhbət
gedirsə, burada olan yer adları,
onların tarixi, yaranma mənşəyi, çay adları, yaxın-uzaq kəndlərilə
bağlı, tarixi əsasları olan rəvayətlər toplanacaq.
Təbii
ki, uşaqların başa düşəcəyi
dildə, üslubda.
Əgər bu mən istədiyim kimi gerçəkləşsə, biz bu işi yüksək
səviyydə başa
çatdırsaq, Azərbaycan
tarixi nağıllar əsasında uşaqlar üçün, demək
olar ki, hazır olacaq.
...Gizli bir tender elan eləmişik. Müəyyən adamlar cəlb etmişik, yenə da axtarırıq. Çox güman ki,
yaxın vaxtlarda reklam kampaniyasına da başlayacağıq, müəyyən mükafatlar
təyin edəcəyik.
Təbii
ki.alimlərimizin, folklorşünaslarımızın
köməyindən də
istlfadə olunacaq".
...Beləce, Azərbaycan
ədəbiyyatı və
mədəniyyəti üçürt böyük
işlər görmüş
Qoşqar Qarayev haqqinda yazılanları vərəqləyirem. Bu gün onun 41 yaşı tamam olacaqdı. Açığını deyim elə
vaxtlar olub ki, belə cümlələri
şablon kimi pxuyub, üstündən keçmişəm. Amma indi,
yeqin Mahirə xanımla - kəndli sadəliyini saxlamış Göyçəli qızı
ilə tanışlı-ğımdan
ona qarşı duyduğum daxili yaxınlıq hissinin tesirindandir... bu cümlələrin altında
yatan dərdin dağ kimi ağırlığını
hiss edireıtı. Müsəllim
Həsənovun istedadlı
qeləmindən göz
yaşı kimi sıçramış cümləsindəki
acı təskinlik de dərdi ovutmağa yetmir "Hələ yetkinlik yaşına çatmamış övladlarının
xatirəsində isə
Qoşqar elə bu yaşda, bu görkəmdə - gülərüz qalacaq".
Qızıgül Abdinova
Şərq.- 2011.- 7 iyul.- S. 12.