Vətən sevgisinin
düşmənə nifrəti
Qəhrəmanlıq Cavanşirin
alın yazısıdır
Vətən! Ana bətnindəykən
insanın varlığına məkan olan
Vətən!
Sən insana Allahdan
verilən haqsan! Səni atmaq-satmaq, itirmək-batırmaq
cahillik olar. Səni atanlar, satanlar haqsız qalar.
Bu dünyanın ən böyük cəzasıdır
vətənsizlik, Yurdsuzluq.
Ona görə
də sənin uğrunda ölmək və öldürmək şərəf işidir.
Təbii
ki, Vətən onun üstündə yaşayan xalqın mənliyi - ləyaqəti
deməkdir. Vətəndaş (əsgərlər) isə
bu mənliyin keşikçisi, sipəridir.
Vətən işğaldadırsa
millət vətən
duyğularını önə
çəkməli, Vətən
sevgisini düşmənə
nifrətə çevirməlidir.
Düşmənə nifrət müqəddəs
hissdir. Millət, xalq uğrunda
mübarizə apardığı
işə məhəbbət,
əleyhinə mübarizə
apardığı işə
nifrət bəsləməlidir.
Nifrət olduqca güclü
silahdır. Onu nifrətli
münasibət yaradır.
Mübarizə laqeyd və
soyuq olanda nifrət həqiqətliyini
itirir. Düşmənə bütün varlığınla
kin bəsləməyi öyrənmədikcə
ona qalib gəlmək, sadəcə,
xəyal olaraq qalır.
Həqiqi nifrət
üçün fədakarlıq,
prinsipiallıq zəruri
şərtdir. Nifrət sözdə,
əməldə, arzu
və onun zərərliyini tam ləğv
etməyincə sakitləşib
toxtamaq olmaz. Bu mənada düşmənə
kompleks şəkildə
nifrət bəsləyib,
ona ruhi-psixoloji, maddi , iqtisadi, siyasi, fiziki, hərbi zərbələr vurmaq gərəkdir. Özü də gözlənilməz
istiqamətdə. Çünki müharibədə döyüş
uğrunda əsas şərtlərdən biri
gözlənilməzlik faktorudur.
Tarixdən bəllidir
ki, ermənilər Azərbaycana olan düşmən münasibətlərini
zaman-zaman pərdələyiblər.
Erməni
elə bir düşməndir ki, məğlubiyyəini hiss edən
kimi qılığa,
yaltaqlığa və
özünü dost kimi
qələmə verməyə
çalışır. Amma düşmənə
inanıb aldananlar məhvə gedir. İbrət
ala bilmədiyimiz belə
tarixi acı gerçəkliklərimiz çoxdan
da çoxdur. Millətlər tarixinə nəzər
salanda görürük
ki, ağıllı millətlər düşmənini
ayıltmamağa çalışır
və lazımi şəraitin çatmasını
gözləyir. Bu gözləmə müddətində
isə öz nifrətini qarşısı
alınmaz bir enerjiyə çevirir.
Uğurlu düşmənçilik üçün əqli təcrübə əsas amildir. Əqli təcrübə işin necə nəticələnəcəyini öncə ağılda götür-qoy etməkdən
ibarətdir. Bu hərəkət bütün
variantları ağılla
yoxlamaq məcburiyyətidir.
Düşmənin əks hərəkət
məqsədlərini, niyyətlərini
nəzərə alıb,
onları öncədən
və ya məqamında heçə
endirmək bacarığıdır.
Əqli təcrübə düşmənə
vurulacaq zərbələrin
hətta mürəkkəbliyini
də sadələşdirərək
asanlaşdırır.
Düşmənə
qarşı açıq və gizli çoxtərəfli
şayiə müharibəsini şiddətləndirmək,
bütün dünyada ona yönələn nifrətin tərkib
hissəsi olan ikrah hissini tutarlı tarixi faktlarla
formalaşdırmaq lazımdır. Bu ikrah hissi hər hansı
psixi çatışmazlıqdan deyil,
torpaqlarımızın işğalından gələn
haqlı intiqam hissindən və düşmənin məhvə
layiq olmasından doğmalıdır. Düşmənə
qarşı müstəsna diqqəti silaha çevirməklə,
onu unutmamaq çox vacibdir. Bu ciddi məsələdə diqqət
xüsusi tərzdə tərbiyə edilib qüvətləndirilməlidir.
Mənə elə gəlir
ki, Vətən çöllərində, düzlərində,-
dərələrində bitən lalələr şəhidlərimizin
qanlarından yaranır, bitir.
Qəhrəmanlıq
ölməzlik nəğməsidir!
Ölməzlik zirvəsinə
yüksələn qəhrəmanlardan biri də Rəhimov
Cavanşir İzzət oğludur.
5 iyun 1973-cü ildə
Qax rayonunun Qaşqaçay kəndində anadan olub. Ailəsi
ilə birgə Bakıya köçən Cavanşir
Suraxanı rayonundakı 104 saylı orta məktəbi bitirdikdən
sonra təhsilini texniki-peşə məktəbində davam
etdirir. İdman ustası idi. 1992-ci ildə hərbi xidmətə
Azərbaycan hərbi-hava qüvvələrində
başlayır. Hərbi vertolyotun bort atıcısı peşəsiinin
sirlərinə yiyələnir. 1992-ci ildə səmaya qalxan
Cavanşir bir neçə uğurlu uçuş keçirərək
düşmənə ağır zərbələr endirir. Belə
hava zərbələrinin birində isə Kasapet yüksəkliyi
uğrunda gedən döyüşlərdə onun vertolyotu
düşmən tərəfindən vurulur. Cavanşirin cəsədi
hərbi hissəyə gətirilir. 1992-ci il sentyabrın 9-da
Müdafiə Nazirliyinin əməkdaşlarının və
valideynlərinin iştirakı ilə Cavanşiri Bakıda
Şəhidlər Xiyabanında dəfn edirlər. O, subay idi.
Azərbaycan
Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı
ilə Rəhimov Cavanşir İzzət oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülmüşdür. Bakıda
Suraxanı rayonundakı 146 saylı orta məktəb onun
adını daşıyır.
Suraxanı rayon
Qaraçuxur qəsəbə parkında büstü qoyulub.
"Milli Qəhrəman"
qəzetinin baş redaktoru Mirbəşir Seyidzadənin məsləhəti
və dəstəyi ilə Cavanşir Rəhimov haqqında
"Ömrün 19-cu anı" adlı sənədli film
çəkilib.
Qəhrəmanlıq
Cavanşirin alın yazısıdır.
Şərq.-
2011.- 29 iyul.- S. 5.