Əlincə qalası
Yazılı qaynaqlarda adı X yüzildən
başlayaraq "Alıncaq", "Alancıq" , "Əlincək"
və "Əlincə" şəklində çəkilən
qala Naxçıvan-Culfa yolunun kənarında, Əlincəçayın
sağ sahilində yalçın dağ üstündə yerləşir.
Bu adın qədim türk dilindəki "alan" (yastı,
düzənlik, meydan) sözündən yarandığı
ehtimal edilir. Lakin qədim türk dilində dağın təpəsi
anlamını verən "alın" və qənimət
anlamı daşıyan "alınc" sözləri də
olmuşdur. H. Qəzvinin məlumatına görə,
Naxçıvan yaxınlığında Alancıq, Surmari,
Taqmar və Faqnan adlı möhkəm qalaların
uçuqları yüksəlir. Elxanilər zamanı müəyyən
dağıntılara uğramış Əlincə qalası
sonrakı dövrdə yenidən bərpa edilmişdir.
Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif
fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar
qalanı təqribən 2 min il bundan əvvələ aid edirlər.
"Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala
möhkəm istehkam kimi təsvir olunur. Orta əsr
qaynaqlarında Əlincə adı qala, dağ, çay kimi nəzərdə
tutulmuşdur. Əlincəqala
haqqında tarixçilərdən Nəsəvi (XIII əsr),
Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı
Övliya Çələbi (XVII əsr) və başqaları
məlumat vermişlər. Tikinti sənətinin xüsusiyyətlərinə
görə Əlincə qalası daha qədim dövrə
aiddir.
İspan diplomatı, Kastiliya
kralı III Enrikonun 1403-06-cı illərdə Teymurilər
dövlətindəki səfiri Rüi Qonsales Klavixo Əlincəqalanı
belə təsvir etmişdir: "Əlincəqala yüksək
və sıldırım bir dağ üzərində qərar
tutaraq divar və bürclərlə əhatə olunmuşdur.
Divarların daxilində, dağ yamaclarının
aşağı tərəflərində üzümlüklər,
bağlar, zəmilər, otlaqlar, bulaqlar və hovuzlar
vardır. Qəsr və ya qala dağın zirvəsində
yerləşir". Xalq etimologiyasına görə isə,
qalanın adı "Əlincək", yəni "əlini
çək" kimi yozulur. Bu da qalanın
alınmazlığı, məğlubedilməzliyi ilə
bağlıdır. Əlincəqalanın tikilmə tarixi
haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi
qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı
təqribən 2 min il bundan əvvələ aid edirlər.
"Kitabi-Dədə Qorqud" dastanında Əlincəqala
möhkəm istehkam kimi təsvir olunur. Orta əsr qaynaqlarında
Əlincə adı qala, dağ, çay kimi nəzərdə
tutulmuşdur. Əlincəqala haqqında tarixçilərdən
Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi
(XV əsr), türk səyyahı Övliya Çələbi
(XVII əsr) və başqaları məlumat vermişlər. Əlincəqala
özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin,
mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl
özünün qeyri-adi görünüşü ilə
insanı heyrətə gətirir. Əlincəqalanın
divarları Əlincə dağının ətəklərindən
başlayaraq pillələr şəklində yuxarıya
doğru ucalır və onun zirvəsini tamamilə əhatə
edir. Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş
iri daşlardan və bişmiş kərpicdən
hörülmüşdür. Şimal yamacda yarımdairəvi
bürcləri olan üç divarın, qərb yamacda isə
səkkiz divarın xarabalıqları qalmışdır. Əlincəqala
əsasən üç geniş sahədən (şimal,
şimal-qərb və cənub-qərb) ibarətdir; şimal
sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə
qalxmaq üçün daş pillələr qoyulmuşdur.
Qalanın möhkəm divarları və qayanın
sıldırım olması onu sarsılmaz müdafiə
istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi
xatırladan yuxarı hissəsində bişmiş kərpicdən
tikilmiş çoxlu yaşayış və ictimai
binaların xarabalıqları və bünövrə
daşları nəzərə çarpır. Qala rəislərinin
və iri feodalların yaşamış olduğu bu sahə
"şah taxtı" adlanır. Əlincəqalada feodallara
məxsus gözəl saray və binaların qalıqları hələ
XIX əsrə aid ədəbiyyatda təsvir olunmuşdur.
Qalada vaxtilə ilxı və mal-qara saxlamaq, 600-ə qədər
döyüşçünü öz atı və başqa hərbi
sursatı ilə birlikdə yerləşdirmək
mümkün idi. Qala ərazisindən tapılmış
yüksək keyfiyyətli seladon saxsı qab parçası nəzəri
cəlb edir. Tədqiqatçılara görə seladon qablar
Azərbaycana Böyük İpək yolu vasitəsilə
Çindən gətirilirdi. Azərbaycan atabəyləri-Eldənizlərin
hökmranlığı dövründə Əlincəqalanın
əhəmiyyəti xüsusilə artmış, mühüm
hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini
təmin etmək üçün sığınacaq yerinə
çevrilmişdi. Naxçıvan hakimi Zahidə
xatının iqamətgahı və Eldənizlərin xəzinəsi
Əlincəqalada yerləşirdi. 1225-ci ildə Xarəzmşah
Məhəmmədin oğlu Cəlaləddin Manqburnının
Azərbaycana hücumu zamanı Eldəniz hökmdarı
Özbək (1210-25) Əlincəqalaya
sığınmış və burada döyüşlərin
birində öldürülmüşdür. Əlincəqala
XIII-XIV əsrlərdə Hülakuların, XIV əsrin 2-ci
yarısında Cəlalilərin hakimiyyəti altında
olmuşdur. Hakimlərindən Sultan Tahirin, kutvallarından
(qala rəisi) Uztəmurun (1343), Xacə Cövhərin (1390), əmir
Altunun (1390), Seyid Əlinin, Hacı Salehin və Əhməd
Oğulşayinin (1401) adları bəllidir. XIV əsrin
80-90-cı illərində Əlincəqala Azərbaycan
xalqının Teymura qarşı mübarizəsinin əsas
istinadgahına çevrilib və 14 il mərdliklə
müdafiə olunub. Teymur 1386-1401-ci illərdə Əlincəqalaya
4 dəfə yürüş edib. 1387-92-ci illərdə Əlincəqala
müdafiəçiləri Teymurun Azərbaycanda
olmamasından istifadə edərək, 4 dəfə Təbrizə
hücum etmiş və bunların üçündə (1388,
1390, 1391) şəhəri tuta bilmişlər. 1393-cü ildə
Teymurun 40000-lik qoşunu Əlincəqalaya hücum edir. Bu zaman
qala müdafiəçilərinin bir dəstəsi, gizlincə
Altunun başçılığı ilə qaladan
çıxmışdı. Onlar geri döndükdə qala
qapılarının Teymurun qoşunu tərəfindən tutulduğunu
görüb onlara hücum edirlər. Düzgün strateji
mövqe tutan Altun və cəngavərləri teymurilərə
böyük tələfat verir, 4 tümən (on minlik) əmirinin
ikisi öldürülür və müdafiəçilər
qalaya daxil ola bilirlər. 1397-ci ildə Şəki və
gürcü qoşun birləşmələri Əlincəqalaya
hücum edir və Teymuri sərkərdəsi Sultan Səncəri
məğlubiyyətə uğradaraq Sultan Tahiri mühasirədən
çıxarıb Bağdada göndərirlər. Qalanın
müdafiəsinə bir müddət Seyid Əli, Hacı Saleh
və 3 gürcü aznauru (sərkərdəsi)
başçılıq edir. Əlincəqala Teymuru çox
narahat edirdi. O, 1399-cu ildə Hindistandan Səmərqəndə
qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən
Azərbaycanda və xüsusilə Əlincəqaladakı vəziyyət
barədə məlumat alır və Səmərqəndə
çatandan cəmi 4 ay sonra təcili buraya yollanır. Əlincəqalaya
5-6 əmirin başçılığı ilə qoşun
hissələri göndərilir. Qala öz daxilində
yaranmış münaqişə nəticəsində
başsız qaldığından təslim olur. Onun kutvalı
Əhməd Oğulşayi tutularaq Teymurun hüzuruna
aparılır və öldürülür. Teymur qalanı
seyr edir və onun möhtəşəmliyinə heyran
qalır. Teymurun ölümündən (1405) sonra Əlincəqala
yenidən Cəlairilərin, sonralar isə Qaraqoyunluların
hakimiyyətinə keçdi. Qardaşı Cahanşahla
hakimiyyət uğrunda mübarizə aparan Qaraqoyunlu
hökmdarı İsgəndər Əlincəqalaya
sığınmışdı. İsgəndər oğlu
Qubad Mirzə tərəfindən öldürüldükdən
sonra Cahanşah Əlincəqalanı ələ keçirdi.
Bir müddət Ağqoyunluların, sonralar isə Səfəvilərin
hakimiyyətində olan Əlincəqala feodal çəkişmələri
və müharibələr nəticəsində
dağıldı.
Əlincə yüzillərlə Azərbaycanın və
Yaxın Şərqin müxtəlif hakim sülalələrinə
qulluq göstərsə də, tarixdə daha çox Azərbaycan
Atabəylərinin iqamət və xəzinə yeri kimi
tanınmış, çağının ən güclü
hərbi qüvvələrini məğlubiyyətə
uğradan böyük cahangir Əmir Teymuru belə möhkəmliyi
ilə heyrətləndirmişdir. Əlincə qalası on ildən
artıq sürən müqavimətdən sonra Teymurilərə
1401-ci ildə təslim olmuş və qalanın belə
dözümünün səbəbini aydınlaşdırmaq
üçün əmir Teymur şəxsən Əlincəyə
qalxmışdır. Bəzi mənbələrdə isə
qeyd edilir ki, Şah İsmayıl uşaq ikən bir müddət
bu qalada gizlədilmişdir.
Əlincəqalanın müdafiə
bürclərindən birinin qalıqları
Azərbaycan atabəyləri-Eldənizlərin
hökmranlığı dövründə Əlincəqalanın
əhəmiyyəti xüsusilə artmış, mühüm
hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini
təmin etmək üçün sığınacaq yerinə
çevrilmişdi.
Əmir
Teymurun qalaya yürüşləri
Teymur 1386-1401-ci illərdə Əlincəqalaya 4 dəfə
yürüş etmişdir. 1387-1392-ci illərdə Əlincəqala
müdafiəçiləri Teymurun Azərbaycanda
olmamasından istifadə edərək, 4 dəfə Təbrizə
hücum etmiş və bunların üçündə (1388,
1390, 1391) şəhəri azad edə bilmişlər.
1393-cü ildə Teymurun 40000 nəfərlik qoşunu Əlincəqalaya
hücum edir. Bu zaman qala müdafiəçilərinin bir dəstəsi,
gizlincə Əmir Altunun başçılığı ilə
qaladan çıxmışdı. Onlar geri döndükdə
qala qapılarının Teymurun qoşunu tərəfindən
tutulduğunu görüb onlara hücum edirlər.
Düzgün strateji mövqe tutan Altun və cəngavərləri
Teymurilərə böyük tələfat verir, 4 tümən
(on minlik) əmirinin ikisi öldürülür və
müdafiəçilər qalaya daxil ola bilirlər. 1399-cu ilin
başlanğıcında Şəki və gürcü
qoşun birləşmələri Əlincəqalaya hücum
edir və Teymuri sərkərdəsi Sultan Səncəri məğlubiyyətə
uğradaraq Sultan Tahiri mühasirədən
çıxarıb Bağdada göndərirlər. Qalanın
müdafiəsinə bir müddət Seyid Əli, Hacı Saleh
və 3 gürcü aznauru (sərkərdəsi)
başçılıq edir.
Əlincəqala
Teymuru çox narahat edirdi. O, 1399-cu ildə Hindistandan Səmərqəndə
qayıdarkən yolda Təbrizdən gəlmiş qasiddən
Azərbaycandan və xüsusilə Əlincəqaladakı vəziyyət
barədə məlumat alır və Səmərqəndə
çatandan cəmi 4 ay sonra təcili buraya yollanır. Əlincəqalaya
5 - 6 əmirin başçılığı ilə qoşun
hissələri göndərilir. Qala öz daxilində
yaranmış münaqişə nəticəsində
başsız qaldığından təslim olur. Onun kutvalı
Əhməd Oğulşayi tutularaq Teymurun hüzuruna
aparılır və öldürülür.
Teymurun
ölümündən (1405) sonra Əlincəqala yenidən Cəlairilərin,
sonralar isə Qaraqoyunluların hakimiyyətinə keçir.
Qardaşı Cahanşahla hakimiyyət uğrunda mübarizə
aparan Qaraqoyunlu hökmdarı İsgəndər Əlincəqalaya
sığınmışdı. İsgəndər oğlu
Qubad Mirzə tərəfindən öldürüldükdən
sonra Cahanşah Əlincəqalanı ələ keçirdi.
Səfəvilərdən
sonra ciddi dağıntılara uğrasa da, qala XIX əsrdə
də öz funksiyasını yerinə yetirmişdir.
1826-cı ildə ruslarla müharibədə Lala bəy
adlı qalabəyi Əlincə qalasında yarım ildən
artıq düşmənlə vuruşmuşdur.
Memarlıq xüsusiyyətləri
Şəmsəddin
Eldənizin hakimiyyət illərindən başlayaraq Atabəylər
dövlətinin baş xəzinəsi Əlincə
qalasında saxlanılıb, Əlincədəki saraylar və
yardımçı binaların bir çoxu Azərbaycan Atabəylərinin
sifarişi ilə ucaldılıb. İndiyə
uçuqları qalan Əlincə qalasında uzunmüddətli
hücumlara dözüm üçün hərbi-strateji və
maddi-iqtisadi imkanların olduğu aydın görünür.
Geniş düzənliyin ortasında yüksələn
çılpaq, sıldırım dağa üç yandan dar
"keçi cığırı" ilə qalxmaq olur. Bu
cığırların zəif yerlərində divar və
bürclərdən istehkamlar, səngərlər
quraşdırılıb.
Qalanın
içərisində, dağ belinin geniş terrasında
müxtəlif funksiyalı çoxlu tikili qalıqları
durur. Bunlar yaşayış evləri, təsərrüfat
binaları və cəbbəxanalardır. Qalaya su kəməri
çəkilişi mümkün olmadığından
inşaatçılar ibtidai və min illərin
sınağından çıxmış üsula əl
atmışlar: qayalarda açılmış şıramlar,
arxcıqlar yağmur suyunu axıdaraq su tutarlarına - qaya
içində ovulmuş hovuzlara toplayırdı. Qalada bu
cür hovuzların sayı yeddidir. El içində qaladan Əlincəçaya
gizli yolun olması da söylənilir. Hər halda Əlincə
qalasının müdafiəçiləri bütün
mövsümlərdə özlərini su ilə təmin edə
bilirmişlər.
Dağın ən uca yerində Əlincənin iç
qalası yerləşir. Bu içqalanı yerli əhali
"Şahtaxtı" adlandırır. Hakimlərin, o
cümlədən Eldəgiz hökmdarlarının
sarayları Şahtaxtı terrasında yerləşir. Əlincənin
qala divarları və qalanın daxilində olan tikililərdə
yüksək tikinti mədəniyyəti görünür,
qala tikintisi üçün qeyri-adi sayılan incə işlənmiş
daş ayrıntılar gözə dəyir. Məhz bu səbəbdən
də mütəxəssislər Əlincə qalasını
Naxçıvan-Marağa memarlıq məktəbinin ən
gözəl əsərlərindən biri hesab edirlər.
Əlincəqala
özünəməxsus təbiəti olan bu yerlərin əzəmətinin,
mübarizliyinin rəmzidir. Qala, hər şeydən əvvəl
özünün qeyri-adi görünüşü ilə
insanı heyrətə gətirir. Əlincəqalanın
divarları Əlincə dağının ətəklərindən
başlayaraq pillələr şəklində yuxarıya
doğru ucalır və onun zirvəsini tamamilə əhatə
edir. Qalanın qədim bəndi ətraf kəndlərdən gətirilmiş
iri daşlardan və bişmiş kərpicdən
hörülmüşdür. Şimal yamacda yarımdairəvi
bürcləri olan üç divarın, qərb yamacda isə
səkkiz divarın xarabalıqları qalmışdır.
Əlincəqala
əsasən üç geniş sahədən (şimal,
şimal-qərb və cənub-qərb) ibarətdir; şimal
sahəsindən şimal-qərb və cənub-qərb sahələrinə
qalxmaq üçün daş pillələr qoyulmuşdur.
Qalanın möhkəm divarları və qayanın
sıldırım olması onu sarsılmaz müdafiə
istehkamına çevirmişdir. Qalanın kiçik şəhərciyi
xatırladan yuxarı hissəsində bişmiş kərpicdən
tikilmiş çoxlu yaşayış və ictimai
binaların xarabalıqları və bünövrə
daşları nəzərə çarpır. Qala ərazisindən
tapılmış yüksək keyfiyyətli seladon saxsı
qab parçası nəzəri cəlb edir. Tədqiqatçılara
görə, seladon qablar Azərbaycana Böyük İpək
Yolu vasitəsilə Çindən gətirilirdi.
Şərq.-
2011.- 14 may.- S. 11.