Azərbaycanın
ilk qadın opera müğənnisi...
Həyatı
Şövkət Məmmədova 1897-ci il aprelin 18-də
Atası
Şövkətin musiqiyə olan marağını hiss edib,
milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu
ildə onu Bakıya göndərir.
Şövkət xanım 1911-ci ildə Zeynalabdin
Tağıyev və həyat yodaşı Sona xanımın
köməyi ilə İtaliyada,
Həmin il
Bakının Tağıyev teatrında ilk dəfə
professional ifaçı kimi çıxış edir.
Üzeyir Hacıbəyovun "Ər və arvad"
operettasından bir neçə parça ifa edir. Konsertdən
əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini
davam etmək üçün işlənməliydi. Lakin
qadının örtüksüz səhnədə oxuması
Bakının müsəlman icmasını xeyli qəzəbləndirir.
Namərd qoçular həm Şövkət Məmmədovanı,
həm də onu səhnəyə buraxan dahi bəstəkər
Hacıbəyovu öldürmək qərarına gəlirlər,
lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində
gizlənirlər.
1915-ci ildə
Şövkət Məmmədova Kiyev Konservatoriyasına (
indiki Kiyev Musiqi Akademiyası ) daxil olur.
Böyük səhnəyə gedən
çətin yol...
Şövkət xanım klassik Avropa üslubunda oxuyan və
opera partiyaları ifa edən ilk peşəkar milli sənətkarımızdır.
O, görkəmli musiqi xadimi, pedaqoq və təşkilatçı
idi. Böyük sənətkarın yüksək səhnə
mədəniyyəti var idi. Onu çoxlarından fərqləndirən
xüsusiyyətləri var idi. Həssas və zərif musiqi
duyumu, səsinin lirik axıcılığı ilə
seçilirdi.
Musiqi
istedadı ona ana südüylə keçmişdi.
Dayısı və xalası qarmon və dəf çalır,
çoxlu Azərbacan xalq mahnıları bilirdilər.
Anası Xurşud xanım və qardaşı Muqbil də
qarmonda çalırdılar. Balaca Şövkət, necə
deyərlər, gözünü nəğməylə
açıb mahnı ilə yuxuya gedirdi və buna görə
də 6 yaşından peşəkar musiqi ilə məşğul
olmağa başlamışdı.
Əvvəlcə
onu A.Kitesin Ev məktəbinə veriblər. Bir il sonra Müqəddəs
Nina məktəbində oxuyub. Həmin məktəbin rəhbəri
Peterburqda musiqi təhsili almış Yelena Kandelaki idi və bu
xanım Şövkətin istedadına,
mehribanlığına, diribaşlığına
heyranlıqla vurulmuşdu. O, pianoçu Levinanın
müşayiəti ilə Şövkətlə özü məşğul
olurdu. Qızın bütün tapşırıqları məharətlə
yerinə yetirməsi müəllimlərini heyrətə gətirmişdi.
Buna görə də onu 1859-cu ildə təşkil edilən
Romanovlar (İmperiya) Musiqi Cəmiyyətinin nəzdindəki
musiqi məktəbinin fortepiano sinifinə veriblər.
Müəlliməsi
Tamara İosifona Stepanovna idi. Dayısı Əmir onun
üçün fortepiano almışdı ki, evdə də
müstəqil məşğul ola bilsin. Qısa müddətdə
o, İohan Sebastian Baxın fuqa və prelyüdlərini,
Volfqanq Amadey Motsartın və Frans Yozev Haydnın sonatalarını
sərbəst çalırdı.
On
yaşında olanda Şövkət xanım ilk dəfə
opera teatrına gedib və burada italyan müğənnisi Aida
Qonzalın (Cilda) ifasında Cüzeppe Verdinin "Riqoletta"
operasına baxıb. Sonra o, müğəninin ifasında Leo
Delibin eyniadlı operasında Lakmenin partiyasını dinləyib.
Bundan sonra evdə "Küçələrə su səpmişəm","Qalanın
dibində", "Ay bəri bax" Azərbaycan və Suliko
gürcü xalq mahnılarını, Aleksandr Rubinşteynin
"Əzra" romansını tez-tez oxuyub. Hətta
fortepianoda özü öz ifasını müşayiət
edib.
Atası Həsən
kişi 1910-cu ildə qəfildən vəfat edib.
Sarsılmış qızcığaz anasının və
müəlliməsinin nəvazişli qayğıları ilə
musiqi təhsilindən ayrılmayıb.Həmin ili Novruz
bayramında Tiflisin Artistlər cəmiyyətində
(bugünkü Şota Rustaveli adına Gürcüstan Dövlət
Akademik Dram Teatrının binası) qrafinya
Vorontsova-Dalikovanın təşkil etdiyi bayram konsert-mərasimində
italyan və rus romansları, Azərbaycan xalq mahnısı
oxuyub və böyük uğur qazanıb. Elə bu il də
musiqi məktəbini bitirib.
Nənəsi
ilə Bakıya gələn Şövkət xanım yerli
maarifçi ziyalıların, ilk növbədə Üzeyir bəy
Hacıbəyovun, Məmmədhənifə Terequlovun,
Hüseynqulu Sarabskinin, Müslüm bəy Maqomayevin köməkliyi
ilə müəyyən vəsait toplaya bilib və ali vokal təhsili
almaq üçün İtaliyanın Milan şəhərinə
yola düşüb. Messenat, Bakı milyonçusu Zeynalabdin
Tağıyev hər ay ona xüsusi təqaüd göndərirdi.
Arada bu təqaüd gəlmədiyinə görə tələbə
qız maddi çətinliklərlə üzləşib və
təhsilini yarımçıq qoymalı olub.
Şövkət Məmmədovanın ilk sənət
müəlliməsi məşhur opera müğənnisi, uzun
illər Milanın "La Skala" teatrında işləmiş,
əlli yaşına çatmasına baxmayaraq ifa və səhnə
təravətini itirməyən Dotti Ambrozio olub. O, gənc
müğənni ilə səkkiz ay məşğul olub və
həmin vaxtın tamamında Şövkət xanım XVII və
XVIII əsr İtaliya bəstəkarları Montverdinin,
Kovallenin, Krassiminin, Perqolezinin mürəkkəb əsərlərini
məharətlə ifa edə bilirdi.
O, necə şöhrət
tapdı?
Belə bir
vaxtda Şövkət Məmmədovanın maddi vəsaiti tam
tükənib və o, nicat üçün, yenidən təhsilini
davam etdirmək naminə Bakıya gəlib.1912-ci ilin 13 aprelində
Üzeyir bəyin rəhbərliyi,həkim A.Axundovun
qayğısı ilə Tağıyev teatrı binasında
"Ər və arvad" operettası oynanılıb və
yığılan vəsait bütünlüklə
Şövkət xanıma verilib. Hətta tamaşadan sonra
verilən konsertdə Şövkət xanım ilk azərbaycanlı
qadın müğənni kimi səhnəyə
çıxıb (Yakov Lyubarskinin akkomonentliyi ilə).
Konsert
Bakı qoçularını bərk qəzəbləndirib və
mənzilində yaşadığı həkim Axundovun riski ilə
müğənni gizlin yolla teatrdan çıxarılıb və
Biləcəri stansiyasından Tiflisə yola
salınıb.Tiflisdə Şövkət Məmmədova
musiqi təhsilini davam etdirib. 1915-ci ildə Kiyevdə oxuyarkən
Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə
ailə həyatı qurub.
Elə həmin
ildə müğənninin əri Yakov İsayeviç
Lyubarski Tiflisə gəlib. O, Kiyevdə Politexnik institutunda təhsil
almaq üçün yola düşəndə gələcəyin
qüdrətli opera solisti də onunla gedib. Orada Şövkət
xanım böyük musiqi xadimləri ilə, o cümlədən
Reynqold Qlierlə,opera solistləri Flora Paşkseniya Dzejinskaya,
Vorents Motvid, gələcəyin yazıçısı, tələbə
Yusif Vəzir Çəmənzəminli ilə tanış
olub. Kiyev konservatoriyasında A.Şperlinqin vokal sinifində
oxuyub. Qlierlə birlikdə verdiyi konsertlərdə həm
klassik Avropa operalarından ariyalar, həm də Azərbaycan
xalq mahnıları ifa edib. 1920-ci ildə Kiyevdə tələbələrin
təşkil etdikləri Gürcü dərnəyində
hazırlanan Valerian Qunianın "Qardaş və
bacı" (Marina), David Eristavinin "Vətən"
operalarında, Şalva Dadianinin "Şeni çiri me"
("Qadan alım") komediyasında, Valerian Qunianın
"Vəkili yanında" (Naznani), "Vəba
vaxtı" (Eteri) məzhəkələrində
çıxış edib.
1921-ci ildə
Şövkət Məmmədova Bakıya gəlib.Uzeyir bəy
Hacıbəyov, Müslüm bəy Maqomayev, Zülfüqar bəy
Hacıbəyov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Əbdürrəhim
bəy Haqverdiyev, Hüseyn Cavid və Cəfər Cabbarlı
ilə yaradıcılıq ünsiyyəti onun geniş sənət
yoluna çıxmasına zəmin yaratmışdır. Həmin
illərdə Azərbaycan opera truppası Milli Dram Teatrı nəzdində
fəaliyyət göstərirdi (1925-ci ilin avqustuna qədər).
Əvvəlcə Rus Operası, sonra Böyük Dövlət
Opera Teatrosu adlanan kollektiv indiki Opera və Balet Teatrının
binasında fəaliyyət göstərir, yalnız Avropa və
rus operalarını tamaşaya hazırlayırdı.
1925-ci ildə
Azərbaycan truppası da bu kollektivə daxil edildi, daha
neçə il keçəndən sonra balet truppası təşkil
olundu və sənət ocağı Azərbaycan Dövlət
Opera və Balet Teatrı adlandı.
Şövkət Məmmədova bu teatrın səhnəsində
ilk dəfə Cüzeppe Verdinin "Traviata" operasında
Violeninanın partiyasını oxuyub. 1948-ci ilə qədər
müxtəlif fasilələrlə teatrın solisti
olub.1927-1929-cu illərdə ikinci dəfə İtaliyaya gedib.
Burada həm peşəkarlıq ustalığını təkmilləşdirib,
həm də Roma, Venetsiya, Neapol, Florensiya, Piza şəhərlərinin
musiqi və memarlıq incəsənətini görüb,
sevib, öyrənib. Dünyanın ən məşhur klassik və
müasir bəstəkarlarının əsərlərindən,
milli xalq mahnılarından ibarət zəngin konsert
repertuarı yaradıb. Azərbaycan qadın peşəkar
vokal məktəbinin bünövrəsini qoyub, onu inkişaf
etdirib, formalaşdırıb. Bununla belə, opera
teatrının solisti kimi keçdiyi yaradıcılıq yolu
öz əzəməti və vüsəti, monumental sənət
nailiyyətləri ilə dünya səviyyəsində
tanınıb, sevilib və şöhrətlənib.
Yaradıcılığı
1921-ci ildən
başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və
Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri
zamanı yenidən Milan musiqi məktəbinə daxil olub,
orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini
1927-1930-da tamamilə bitirdi.
Sonralar Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında
çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat
idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət
Konservatoriyasında son günlərinədək tələbələrə
professional vokal dərsləri verirdi.
1923-cü
ildə Ş.Məmmədovanın təşəbbüsü
ilə Bakı Teatr Texnikumu açılır və o,
1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının
müdiri vəzifəsində çalışır.
Onun ifa
etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme
("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm
("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz"
M.Maqomayev), Gülçöhrə ("Arşın mal
alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın
opera sənəti tarixində yeni səhifələr
açmışdır.
Zəmanəsinin
canlı klassiklərinin incilərindən oxuduğu əsas
partiyalardakı ifa mədəniyyəti günü bu gün də
çağdaşlıq təravətini, sənət
hüsnünü qoruyub saxlayır. Gənclər ondan bir məktəb,
bir xəzinə kimi bəhrələnirlər.
Təkcə
bu rolların siyahısı bir sənətkar
ömrünün cahan-şümul təntənəsi
üçün yetərincə görünür:
Violetta, Cilda
("Traviata" və "Riqoletto", Cüzeppe Verdi),
Rozina ("Sevilya bərbəri", Coakkino Rossini), Lakme
("Lakme", Leo Delib), Olimpiya ("Hofmanm
nağılları", ?ak Offenbax), Qar qız ("Qar
qız", Nikolay Rimski-Korsakov), Marqarito ("Qugenotlar"
Coakomo Meyerber), Antonida ("İvan Susanin", Mixail Qlinka), Nərgiz
("Nərgiz", Müslüm bəy Maqomayev), Gülzar
("Şahsənəm", Reynqold Qlier), Gülçöhrə
("Arşm mal alan" Üzeyir bəy Hacıbəyov).
Şövkət xanım Məmmədova dahi opera
solistliyindən görkəmli vokal ustalığından əlavə,
həm də məşhur teatr xadimi idi.
Teatr onun
yaradıcılığında xüsusi rol oynayırdı...
Şövkət xanımın təşəbbüsü
ilə 1923-cü ildə Bakıda Mirzə Fətəli
Axundzadə adına Türk Dövlət Teatr Məktəbi
açılıb. Özü 1923 -1925-ci illərdə məktəbin
direktoru işləyib.
Azərbaycanın,
həmçinin Özbəkistanın, Türkmənistanın
və Dağıstanın ən məşhur səhnə
ustaları məhz bu məktəbin yetirmələri olublar.
İyirminci illərin əvvəllərində Şövkət
xanım Bakıda ilk not nəşriyyatını təsis
etmişdir. 1939 - 1945-ci illərdə Mirzə Fətəli
Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet
Teatrında direktor işləyib. Məhz onun təşəbbüsü
ilə Əfrasiyab Bədəlbəylinin ilk Azərbaycan baleti
"Qız qalası"nın ilk tamaşası 18 aprel
1940-cı ildə bayram təntənəsi ilə
keçmişdir.
Vaxtilə
Azərbaycanda müxtəlif teatr cəmiyyəti və
ittifaqı fəaliyyət göstərmişdir. 1945-ci ildə
bu qurumlar Azərbaycan Teatr Cəmiyyəti adı ilə yenidən
təsis edilmiş və onun ilk sədri Şövkət
xanım olmuşdur. O, bu vəzifədə 1952-ci ilə qədər
ehtiraslı enerji ilə çalışmışdır.
Hazırda həmin cəmiyyət Azərbaycan Teatr Xadimləri
İttifaqı adlanır. 1945-ci ildə Teatr Cəmiyyətinə
sədr seçilən Şövkət Məmmədova
Üzeyir bəy Hacıbəyovun rektor olduğu Azərbaycan
Dövlət Konservatoriyasında pedaqoji fəaliyyətə
başlayıb. Vokal Kafedrasının müdiri (1946 - 1947) və
dekanı (1946 - 1950) olub.
Vokal təhsil
sisteminin dünya sənət ölçüləri səviyyəsində
qurulmasında böyük işlər görüb və 2
iyul 1949-cu ildə professor elmi rütbəsinə yiyələnib.
SSRİ xalq artistləri Firəngiz Əhmədovanın və
Müslüm Maqomayevin yetişib formalaşmasında
Şövkət xanımın müstəsna rolu var. Birincidən
başlayaraq dörd çağırış Azərbaycan
Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilib. Ən
müxtəlif Beynəlxalq festivallarda və müsabiqələrdə
münsiflər heyətinin üzvü seçilib.
Konservatoriyada işinin çoxluğu və vaxtının
azlığı ilə bağlı Şövkət xanım
1948-ci ildə opera teatrının solistliyindən
çıxıb. O, özünün qu nəğməsi
üçün Cüzeppe Verdinin "Traviata"
operasını seçmişdi. Teatra gəlişi və
vidası Violettanın partiyası olan sənətkar
böyük Konsetrlərdə müğənni kimi nümunəvi
çıxışlar etmişdi.
1938-ci ilin
aprelində Moskvada Azərbaycan Ədəbiyyatı və
İncəsənəti Dekadası keçirilib. Orada
Üzeyir bəy Hacıbəyovun "Koroğlu",
Müslüm bəy Maqomayevin "Nərgiz" və Reynqold
Qlierin "Şahsənəm" operaları və Üzeyir
bəyin "Arşın mal alan" operettası göstərilib.
Şövkət xanım Şahsənəmin və Nərgizin
partiyalarını misilsiz füsunkarlıqla ifa edib.
Dekadanın böyük nailiyyətlərinə və
musiqi yaradıcılığı fəaliyyətlərinə
görə 17 aprel 1938-ci ildə Şövkət xanım Məmmədova
SSRİ xalq artisti fəxri adı ilə təltif olunub.
Şövkət Məmmədova
Tiflisin, Odessanın, Moskvanın, Kiyevin, Peterburqun, Daşkəndin,
Parisin, Təbrizin ən böyük opera teatrlarında və
nəhəng Konsert salonlarında Kamera-vokal nümunələri
ifa etmiş, opera qəhrəmanlarının
partiyalarını oxumuşdur.
Azərbaycan və Dünya klassik bəstəkarlarının
müxtəlif janrlı vokal əsərləri Şövkət
xanımın ifasında lentə alınmış və vala
yazılmışdır.
Şövkət xanım Məmmədova
8 iyun 1981-ci ildə Bakıda vəfat edib və Fəxri
xiyabanda dəfn olunub. Adına Bakıda Opera studiyası və
küçə var.
Şərq.- 2011.- 24 may.-S. 11.