Qəhrəmanlar unudulmur!

 

   Düşmənin 70-ə yaxın canlı qüvvəsini məhv edən Mehman Sayadovun adı əbədiləşdirilməyib

 

   Azərbaycanın Milli Qəhrəmanının ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən verilən məlumata görə, 21 noyabr Mehman Sayadovun doğum günüdür.

   Mehman Qəzənfər oğlu Sayadov 1972-ci il noyabrın 21-də Qərbi Azərbaycanın Vardenis rayonu Günəşli kəndində anadan olub, 1988-ci ildə ailəsi ilə birlikdə qaçqın kimi Samux rayonu Sərkar kəndinə gəlib. O, 1991-ci ilin noyabrında "Azərbaycan Qarabağı" könüllü batalyonun tərkibində cəbhəyə yola düşüb. Şuşa rayonunun kəndlərinin müdafiəsində əsl qəhrəmanlıq göstərib, Kosalar və Nəbilər kəndlərinin müdafiəsində yoldaşları ilə birlikdə düşmənin 70-ə yaxın canlı qüvvəsini və bir neçə hərbi texnikasını məhv edib. 1992-ci il mayın 9-da Nəbilər kəndi yaxınlığında sona qədər vuruşub, 10-dan artıq ermənini məhv edib və qəhrəmanlıqla həlak olub. O, 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı alıb.

   Qeyd edək ki, Milli Qəhrəmanın cəsədi döyüş meydanında qalıb, adı əbədiləşdirilməyib.

 

 

    Şərq.- 2011.- 22 noyabr.- S. 6