Bakının
mart hadisəsi
(Martdan sentyabra
kimi Bakıda olmuş M.Ə.Əfəndinin nəqli)
Bakının martda olan faciəsinin
ayrı-ayrı vəhşiliklərindən danışmaqdan
qabaq mən hadisənin təfsili haqda danışmaq istəyirdim
- deyə M.Ə.Əfəndi sözə başladı. Təbii,
Bakı hadisəsi əvvəlcə milli bir rəngə malik
deyildir. Fəqət, vaqtiykən bolşeviklər
gördülər ki, yalnız öz güclərilə
müsəlmanları basa bilməyəcəklər.
Başladılar erməni soldatları olan qazarmalara mübəliğ
yollamağa ki, ermənilər öz əbədi düşmənləri
ilə mübarizəyə çıxsınlar. Bu dəvətdən
sonra Bakı hadisəsi rəngini dəyişib iki qonşu millətin milli mübarizəsinə
çevrildi.
Bu da lazımdır deyək ki,
bolşeviklər, ruslar və yəhudilər silahlansın,
camaət ilə insaniyyətkaranə dolanırdılar. Onlar
var gücləri ilə çalışırdılar
Bakı hadisəsi "milli rəng" almasın, fəqət
müvəffəq ola bilmədilər.
Lazım bilirəm daha aydın təsvir
üçün öz evində olanların başına gələnləri
nəql edəm.
Bizi (krasnoqvardiya) əhatə etmişdi,
gedirdik, yolda (krasnoqvardiya)lar erməniləri qovlayırdılar.
Biz bunun səbəbini soruşduq. Onlar deyirlər ki, ermənilər
çox vaxt apardığımız adamları
öldürürlər. Ona görə sizin
salamatlığınız üçün onları qovlamaq
lazımdır.
Yolda bəlli oldu ki, bən
yoldaşım (krasnoqvardiya) olan bir yəhudi tələbəsinin
evində qalacağam. Biz evdə mehriban qəbul olunduq.
İkinci gün tələbə evə
gələndə sararmış idi. Anası səbəbini
sorduqda bən öyrəndim ki: Biz
yaşadığımız evdə bir erməni polkunun
ştabı vardı. Həmin həyətdə də 12
müsəlman arvad və uşaqları gizlənmişlər.
Erməni polkunun rəisi əmr vermiş ki, bu 12 nəfəri
gülləbaran etsinlər. Bu vaxt yəhudi tələbə
mane olmaq istəmiş: - Köməksizləri öldürmək
eyibdir, demiş, bunun cavabında erməni söyləmiş
ki: - "Rdovska morda", bəsdir onlara yardım etdiyiniz...
Bu gecə onlar və evinizdə olan
qonaqlar gülləyə tutulacaqlar. Bunu eşidcək tələbəyə
dedim ki, mənim barəmdə müsəlman bolşeviklərindən
Nəriman bəy Nərimanova və Məşədi bəy Əzizbəyova
xəbər versin. Bir saat keçmədi ki, Şaumyanın əmri
ilə 15 nəfər (qvardiya) gəlib erməni naçalniki
həbs edib, bizi də Musa Nağıyevin qış klubuna
apardılar. Burada bizdən başqa saysız-hesabsız
müsəlman var idi. Onlar hamısı çılpaq
döşəmə üstünə oturmuşdular. Oturanların
içində Bakının mötəbər
adamlarının ailəsi dəxi çox idi.
Həmin burada Məşədi Əzizbəyov
və Sultanov bana rast gəldilər. Onlar şikayət etdilər
ki, müsəlmanlar az olduqlarına görə, ermənilər
alçaq fikirlərinə nail oldular.
Necə ki, erməni olmasa idi,
bolşeviklər qalib gəlməyəcəkdi. İmdidə
bən böylə anlayırdım ki, əgər ermənilər
olmasa bolşeviklər müsəlmanlar üçün
çox işlər görər və müsəlman
xalqı da onlara rağib olardı.
Necə ki, məlumdur onlar da müsəlman
firqələri xüsusi dəstələr düzəldib Azərbaycan
qoşunu ilə müharibə apardılar. Lakin vəqtki ermənilər
yolda müsəlman kəndlərini, obalarını
yandırmağa başladılar.
Ermənilər, bolşevizm,
bayrağı altında əvəzində müsəlman firqəsini
talayıb qırırdı. O cümlədən Nəvahi kəndini
yerli-dibli yandırdılar.
Ermənilər evbəev gəzib
ziyalı müsəlmanları yığırdılar və
naməlum bir yerə aparırdılar.
Çox vaxt aparılan ziyalı,
oxumuş müsəlmanların meyitlərini tapmaq olurdu. Fəqət,
çox vaxtda olurdu ki, heç bir əsər də əldə
etmək mümkün olmayırdı.
Misal: İki doktor Kərim bəy Balabəy Sultanovlar heç tapılmadı. O cümlədən
mədənçi T.B.Qulubəyov
da itdi. Meyitaxtaran bir dəstə bir quyuya rast gəlirlər.
Quyunun yanında hasar içində çoxlu müsəlman arvad, uşaq meyiti var imiş.
İkinci bir dəstə, bir quyuya rast gəlirlər
ki, bərk boğucu iyi çıxırmış. Bir nəfəri quyuya salırlar. Fəqət o, tez çıxarılmasını
rica edir. Zira, durmaq mümkün
deyilmiş. Ancaq özü ilə bir cib dəftəri
gətirmiş idi. Yazılarında məlum olmuşdur ki, bu dəftər H.Cəfərovun xidmətçisi
Tahirovundur.
Xəstəxanada yatan bir yaralı nəql
edir ki: "Biz 9 nəfər müsəlman idik. 5 nəfərimiz
şəhərli, 4 nəfərimiz
kəndli idik. Biz araba ilə
gedirdik ki, yolda erməni (krasnoqvard)ları bizi həbs edib Zabrata apardılar.
Yolda bir neft quyusunun yanında bizi saxladılar. 5 şəhərlini
diri-diri quyuya tullayıb bizi də gülləbaran etdilər. Mənim üç yoldaşım
öldü. Mən isə yaralandım. Ermənilər gedəndən
sonra mən sürünə-sürünə dəhşətli yerdən
uzaqlaşdım. Yolda
məni bir həmşəri qalxızıb
xəstəxanaya apardı.
Bütün vəhşət
və zalımlıqları
sayıb qurtarmaq olmaz. Bunu bilirəm
ki, bolşeviklərin
öz hesabına görə 8 min islam qırılmışdı.
Bu yalandır. Çünki onlar ətrafda, kəndlərdə
qırılanları hesaba
daxil etməmişlər.
Mən mart və sentyabr dəhşətlərinin ikisini
də görmüşəm.
Və cəsarətlə
deyə bilərəm
ki, biri-birindən pis və hər
ikisi də erməni-müsəlman ədavətdən
bir vaqeədir" - deyə M.Ə.Əfəndi
nəqlini bitirdi.
Xanım Sultanova
Şərq.-
2011.- 22 yanvar.- S. 5.