Cərrah
bıçağından al-qan
tökülər
Türk
dünyasının böyük şairi Zəlimxan Yaqub
ağır cərrahiyyə əməliyyatından sonra Vətənə döndü.
Ziyarətinə getdik, görüşdük.
Yeni şeirlərini istədik. Etiraz etmədi. Bu da həmən şeirlərdir.
(Əvvəli
ötən şənbə sayımızda)
VƏTƏNƏ DOĞRU
Ey vətənə din-imanım deyənlər,
İnsaf, iman, din vətənə
doğrudur.
Üşüyürdüm
dünən doğan günəşdən,
Bu gün doğan gün vətənə doğrudur.
Vaxtı saymaq çox ağırdı, çox
çətin,
Qədrini bil
yurd adlanan qismətin.
Caynağından
çıxa bilsək
həsrətin,
Hara dönsən, dön, Vətənə doğrudur.
Doğmalıqda
nə güc varsa bil daha,
Yaxşı sarıl eşq
adlanan silaha.
Ay
Zəlimxan, minnətdar
ol Allaha,
Bu gün doğan gün Vətənə doğrudur.
MƏNİM DEDİKLƏRİM
YERİNƏ YETSƏ
Sular vurğunuyam, sular vurğunu,
Su axa,
mən baxam, könül nurlana.
Dalğalar
öpüşə sevgililərtək,
Qəlbə işıq
düşə, can qürurlana.
Sellər dəlisiyəm, göllər
aşiqi,
Sel daşa,
mən coşam, sinəm qabara.
Ellərlə
sellərin öpüşməsindən
Sevənlər çöllərə xəbər
apara.
Yellərin, sellərin, çöllərin
ətri
İnsan gözündəki
nuru saxlaya.
Ağlı,
düşüncəni, hissi,
ürəyi
Zirvə eşqi
kimi duru saxlaya.
Mənim dediklərim yerinə yetsə,
Mən ollam
dəniz də, bulaq da, çay
da.
Günəş
gündüzümə bəxtəvər
deyər,
Gecələr ömrümü bəzəyər
Ay da.
Mənim dediklərim yerinə yetsə,
Yer ollam, göy
ollam, Kainat ollam.
İşığı
kəsilməz, odu azalmaz,
Nur dolu, nur donlu bir həyat
ollam.
YARAŞIQ
Yer də, göy də yaraşıqdı,
Duman dağın
yaraşığı.
Mamır
daşın, gül qayanın,
Su bulağın yaraşığı.
Köksüz
ağlar acı-acı,
Ucalıqdı başın tacı.
Gövdəsi
saxlar ağacı,
Kök budağın
yaraşığı.
Bu dünya közdü, kömürdü,
Yolları daşdı,
dəmirdi.
Kül
- qurtarmış bir ömürdü,
Köz ocağın
yaraşığı.
Yerə aşiq, göyə aşiq,
Oda aşiq, suya aşiq,
Sən
də, mən də yaranmışıq
Bu torpağın yaraşığı.
OLA BİLMƏZ
İnsan oğlu ucalardan uca durar Vətənində,
Torpağında çiçək açar,
güllər vaxtsız
sola bilməz.
Suları şırhaşır axa,
bülbülləri cəh-cəh
vura,
Qürbət
ölkə dönüb
heç vaxt doğma Vətən ola bilməz.
ƏN BÖYÜK VAR-DÖVLƏT
Bac verməz
sultana, baş əyməz
şaha,
Sevinci son qoyar
amana, aha.
Qızıldan
qiymətli, gövhərdən
baha,
Ən böyük
var-dövlət insan qəlbidir.
Dünya sevda dolu bir
həyat olsa,
Eşqin
ocaqları çataçat
olsa,
Qurduğun imarət yetmiş qat olsa,
Ən böyük
imarət insan qəlbidir.
Əl bir ziyarətdir, üz bir ziyarət,
Qaş
bir ziyarətdir, göz bir ziyarət,
Dağ
bir ziyarətdir, düz bir ziyarət,
Ən böyük
ziyarət insan qəlbidir.
ƏYYUB
SƏBRİ
Mənim də qəlbimə
Əyyub
səbri ver,
Əyyub
bədəninə
qurd verən Allah.
Mənim
də yuvama
sağ gözünlə
bax,
Qurda
da, quşa da
yurd verən Allah.
Eşqin bağçasından
dərim barımı,
Öpüm
dərgahımı,
tapım yarımı.
İki
yox, dörd elə
qanadlarımı,
Müqəddəs
kitabı
dörd verən Allah.
Qarşında
dayanan
quldu, bəndədi,
Hələ can çıxmayıb,
ruh bədəndədi.
Bu gün
Zəlimxanın
gözü səndədi,
Göndər
dərmanını,
dərd verən Allah!
DÜŞMƏN
Dilinə qan sözü gətirmə daha,
Sən ona
düşmənsən, o sənə
düşmən.
Əzilən
əzənə ölüm
arzular,
Kəsilən həmişə kəsənə
düşmən.
Yaş
gözə bağlandı,
göz yaşın oldu,
Öz ağlın,
öz əlin öz başın oldu.
Hamı
dostun oldu, qardaşın oldu,
Kimdi qandan
qeyri de, sənə düşmən.
UMUT YERİ
Bahar buludu kimi
yağmağa him gəzirəm,
İçimdə
çaxnaşmadı,
dolmuş bulut yeri var.
Şirin nəğmələrimin
ötən dili bağlanıb,
Səsə qənim kəsilən
lal bir sükut
yeri var.
Hər insanın canında
ağrıların pası
var,
Qurulu
bir çadırı,
sərili bir yası var.
Lap son anında
belə
ruhun bir xilası var,
Nə yaxşı yoxa çıxmır
sonuncu umut yeri.
Bir bədən min yerindən
parçalanıb, çapılıb,
Nə
gedənlər qayıdıb,
nə itənlər tapılıb.
Fələyin
hazırlığı
bizə çoxdan yapılıb,
Ağ
kəfən, qara torpaq,
qara tabut yeri var.
SALAMAT QALAR
Cərrah bıçağından al-qan
tökülər,
Xəstə
gah can alar, gah da can verər.
Bir
yer ağrısa da, min yer göynəyər,
Ağrı min tərəfə həyəcan
verər.
Ağrılar
canına odtək dolanda,
Dişini dişinə
sıxar kişilər.
Öldürər
ölümü öz
qüdrətiylə,
Ölümün ağzından çıxar
kişilər.
Mərdlərin
önündə əsər
dizləri,
Əzrayıl özü də donar, mat qalar.
Kişi
xəstələnər, kişi ağrıyar,
Kişilik həmişə
salamat qalar.
YAZI YAZAN SAĞ OLSUN
Baharla vidalaşdıq,
payız gəlir qarşıdan,
Ömrümün
bağçasına
düşən xəzan
sağ olsun.
Dünya köç-köç olsa
da
sahmanı dəyişməyən,
Tanrının
yaratdığı
qurğu, mizan sağ olsun.
Hər evdən qəbiristana
nəmli
bir cığır gedər,
Çox
havalı gələnlər
dünyadan fağır
gedər.
Giley
çıxsa dilimdən
Allaha
ağır gedər,
Qəbrimə
zəhmət çəkən,
qəbirqazan sağ olsun.
Ölən canımız olsun,
təki cahan ölməsin,
Bətnində
can gəzdirən
Azərbaycan ölməsin.
Ruhlar
didərgin düşüb
din
və iman ölməsin,
Hər
səhər göy üzünə
qalxan əzan sağ olsun.
Sahibi mən deyiləm
haqqa verdiyim canın,
Qarşısını
kim kəsər
damardan çıxan qanın.
Bir
ozanı ölsə də
sazlı-sözlü dünyanın,
Məndən
sonra mən deyən
min-min
ozan sağ olsun.
Altmış illik ömrə
altmış dəfə
şükür,
Peyğəmbər
yaşındakı
uca şərəfə
şükür.
Məni
haqq cərgəsinə
qaytaran səfə şükür,
Qanun
verən, hökm edən,
yazı yazan sağ olsun.
VƏTƏN GÖZLƏYİR
Mən sənə asanca
can
tapşırmaram,
Ey
ölüm, ölümsüz
yeri ver mənə.
Əlimdən
aldığın
sağlıqlarını,
Sana, bircə-bircə
geri ver mənə.
Susdurma qürbətdə
şair
qəlbini,
Orda yuvası var
nəğmənin,
səsin.
Həyat
mələkləri
gəlsin
içəri,
Ölüm
mələkləri
yaxın gəlməsin.
Hara qaçasıyıq
Allahın
altdan,
Qəlbi
dar, hissi dar,
səbri dar olma.
Qürbətdə
əlinə
fürsət keçsə
də,
Şair
ölümünə
həvəskar olma!
Qəbrim də hazırdı,
qəbiristanım
da,
Torpaq
ağız açıb
bədən gözləyir.
Məni
bu tərəfdə
təngit bir azca,
Məni
o tərəfdə
Vətən gözləyir.
Zəlimxan YAQUB,
Xalq şairi
Şərq.-
2012.- 7 aprel.- S.17.