Qarabağ
müharibəsi əlilləri unudulmur
MÖVZU: "Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Qarabağ müharibəsində əlil olmuş,
sağlıq durumunu itirmiş insanlara dövlət tərəfindən
hər zaman qayğı göstərilsə də, bir
çox problemlər qalmaqdadır. Birmənalı demək
mümkündür ki, dövlətimiz tərəfindən əlillərin,
müharibə veteranlarının həyat şəraitinin
yaxşılaşdırılması yönündə əsaslı
addımlar atılır. Lakin bununla belə, bu sahədə
açıq qalan məsələlər də mövcuddur. Əlillərin,
müharibə veteranlarının hazırkı durumu ilə
bağlı "Şərq"ə danışan Azərbaycan
Respublikası Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai
Birliyinin sədri Mehdi Mehdiyev öncə rəhbərlik etdiyi
qurum haqqında məlumat verib.
O deyib ki, təşkilatları 2001-ci ildən fəaliyyət
göstərir: "Hazırda İctimai Birliyin üzvləri
respublikamızın 70-dən çox rayonunda
yaradılmış şöbələrdə cəmləniblər.
Kontingentimizin sosial durumlarının və mənzil şəraitlərinin
yaxşılaşdırılması üçün mütəmadi
mühüm tədbirlər həyata keçirilir. Başqa
sözlə, indiyədək müharibə əlillərinin
müalicə və istirahətlərinin təşkili sahəsində
ciddi irəliləyiş olub. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1997-ci ildən
başlayaraq ulu öndər Heydər Əliyevin diqqət və
qayğısı sayəsində respublikanın şəhər
və rayon mərkəzlərində çoxmərtəbəli
yaşayış binaları, kənd yerlərində isə fərdi
yaşayış evləri inşa olunaraq yaşayış
yeri üzrə mənzil növbəsinə dayanan Qarabağ
müharibəsi əlilləri, həmçinin 1990-cı il
20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin
və şəhid ailələrinin istifadəsinə verilir,
1997-ci ildən 2012-ci ilin yanvar ayınadək Bakı şəhərində
və respublikanın digər şəhər və rayonlarında
98 çoxmərtəbəli yaşayış binası, 497 fərdi
yaşayış evi inşa olunaraq bu kateqoriyadan olan şəxslərin
istifadəsinə verilmiş, nəticədə 3376 ailə mənzillə
təmin olunmuşdur. Bunlardan 2462 nəfəri Qarabağ
müharibəsi əlili, 559 nəfəri şəhid ailəsi,
52 nəfəri 20 Yanvar əlili, 134 nəfəri
Çernobıl əlili, 45 nəfəri Böyük Vətən
müharibəsi əlilləri, qalanını isə digər
kateqoriyadan olan əlillər təşkil edir. Həmçinin
respublikanın rayon (şəhər) icra hakimiyyətləri tərəfindən
2006-2007-ci illər ərzində dövlət investisiya
proqramı çərçivəsində 1052 nəfər bu
kateqoriyadan olan şəxslərə mənzil verilməsi sayəsində
təmin olunmuşdur. Beləliklə, respublika üzrə cəmi
4428 ailəyə mənzil verilmişdir". M.Mehdiyev qeyd edib
ki, respublika üzrə Qarabağ müharibəsi əlillərinin
sayı 11306 nəfər (I qrup 881 nəfər, II qrup 8194 nəfər,
III qrup 2231 nəfər), şəhidlərin sayı 13628,
şəhid ailəsi üzvlərinin sayı isə 18906 nəfərdir:
"Nazirlik tərəfindən 2009-cu ildə 707, 2010-cu ildə
715 və 2011-ci ildə isə 226 mənzil istifadəyə
verilmişdir. 2010-cu ildə 715 mənzilin istifadəyə
verilməsinə baxmayaraq 2010-cu ildə mənzil növbəsinə
dayanan Qarabağ müharibəsi əlilləri və şəhid
ailələrinin sayı 622 nəfər, 2011-ci ildə 533 nəfər
artmışdır. Son iki il ərzində mənzil növbəsinə
dayananların sayı 1145 nəfərə
çatmışdır. 1 yanvar 2012-ci il tarixədək 2360 nəfər
Qarabağ müharibəsi əlili, 2080 nəfər şəhid
ailəsi, 71 nəfər "20 Yanvar" əlili olmaqla cəmi
4511 nəfər mənzil növbəsinə
dayanmışdır. Nazirliyin sifarişi ilə hazırda
Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli,
Bakı şəhərinin Sabunçu və Suraxanı
rayonlarında hər biri 9 mərtəbəli iki 81 mənzilli,
Gəncə şəhərində 9 mərtəbəli 81 mənzilli,
Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli
iki 36 mənzilli yaşayış binaları inşa olunur.
2012-ci ildə Bakı şəhərinin Səbail rayonunda 12 mərtəbəli
96 mənzilli, Goranboy, Beyləqan, Tərtər, Ağdam və
İmişli rayonlarında hər biri 6 mərtəbəli
beş 54 mənzilli, Bərdə, Şamaxı, Qax və
Xaçmaz rayonlarında hər biri 4 mərtəbəli
dörd 36 mənzilli yaşayış binalarının
inşası nəzərdə tutulur. Bu isə cəmi 921 mənzil
deməkdir. Nazirlikdə 1 aprel 2012-ci il tarixədək fərdi
yaşayış evi tikintisi üçün növbəyə
dayanan Qarabağ müharibəsi əlillərinin sayı 503 nəfərdir.
Onlardan 236 nəfəri 2010-cu ilədək, 112 nəfəri
2010-cu ildə, 144 nəfəri 2011-ci ildə, 11 nəfəri
2012-ci ilin 3 ayı ərzində fərdi yaşayış evi
tikintisi üçün növbəyə dayananlar təşkil
edir. 2011-ci ildə 10 nəfər əlil ailəsi
üçün fərdi yaşayış evi inşa
olunmuşdur". Təşkilat sədri əlillərə,
müharibə veteranlarına göstərilən dövlət
qayğısından danışarkən qeyd edib ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli
433 nömrəli Qərarına əsasən pulsuz
avtomaşın almaq üçün növbəyə
dayanmış 2096 nəfər Böyük Vətən
müharibəsi, hərbi xidmət, Çernobıl,
Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin
avtomaşına olan ehtiyaclarının ödənilməsi ilə
bağlı dövlət başçısının
bilavasitə diqqət və qayğısı nəticəsində
1998-ci ildən bu günədək respublikamızda əlillər
üçün 3215 ədəd "OKA", "Slavuta"
və "LİFAN-NAZ-320" markalı avtomaşınlar
alınıb gətirilib: "Həmin avtomaşınlardan
"xususi nəqliyyat almaq üçün tibbi göstəriciləri
olan əlillərin avtomobil ilə təmin edilməsi
qaydaları haqqında" Respublika Nazirlər Kabinetinin 5
avqust 1993-cü il tarixli 433 saylı Qərarına əsasən
növbədə dayanmış Qarabağ müharibəsi,
"20 Yanvar" əlillərinə, Naxçıvan MR-də
növbədə dayanmış əlillərə və
Respublika Veteranlar Şurasının təklifi də nəzərə
alınmaqla dövlət quruculuğunda, eləcə də gənc
nəslin təlim-tərbiyəsində xüsusi xidmətləri
olmuş, respublikamızın ictimai-siyasi həyatında fəal
iştirak edən Böyük Vətən müharibəsi əlillərinə
verilmişdir. 2011-ci ildə Naxçıvan MR-dən 304 ədəd
"LİFAN-NAZ-320" markalı avtomaşın alınaraq
81 ədədi Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin iştirakı ilə 17 noyabr 2011-ci il
tarixdə Nazirliyin sifarişi ilə Qəbələ rayonunda
inşa olunan 36 mənzilli yaşayış binasının
açılış mərasimi zamanı, 158 ədədi isə
2011-ci ilin dekabr ayında Gəncə şəhərində
(113 ədədi QMƏ, 115 ədədi BVM-si, 13 ədədi
ÇƏ, 3 ədədi "20 Yanvar" əlillərinə),
30 ədəd isə Naxçıvan MR-də yaşayan və
növbədə dayanmış əlillərə
paylanmışdır. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 128 saylı 12 avqust 2002-ci il tarixli Qərarı ilə
təsdiq olunmuş qaydalara müvafiq hesabat dövründə
imtiyazı olan şəxslərin sanatoriya-kurort müalicələrinin
daha da yaxşılaşdırılması məqsədilə
bir sıra tədbirlər həyata keçirilmişdir".
M.Mehdiyev qeyd edib ki, ən diqqətçəkən məsələ
İlham Əliyev cənablarının şəhid ailələrinə
və Qarabağ müharibəsi əlillərinə xüsusi
hörmətlə yanaşaraq ad günlərini onlara mənzil
və minik avtomobilləri verilməsi tədbirlərində
keçirməsidir: "Bu artıq ənənə
halını alıb. 2011-ci ildə respublika daxilində fəaliyyət
göstərən müxtəlif sanatoriyalarla və səhmdar
cəmiyyətlərlə müqavilələr
bağlanılaraq 1298 ədəd sanatoriya-kurort putyovkası (o
cümlədən 441 ədəd Mərdəkan Müalicə
Pansionatına) alınaraq rayon-şəhər əhalinin
sosial müdafiəsi mərkəzlərinə verilmişdir.
Bütün bunlarla yanaşı, müharibə əlillərinin
müalicəsi üçün Bakı şəhərində
və rayonlarda, tibbi reabilitasiya mərkəzləri
yaradılmışdır. Hər il həmin səhiyyə
ocaqlarında yüzlərcə Qarabağ müharibəsi əlili
müalicə olunur. Odur ki, kontingentimizin xeyli hissəsinin
sağlamlığı bərpa olunmuş və özlərini
hazırda normal hiss edirlər". Qurumun rəhbəri bununla
yanaşı deyib ki, hələ də həmin sahələr
üzrə problemlərin tam aradan qaldırılması
üçün qarşıda həlli vacib məsələlər
çoxdur: "Ona görə də dövlət səviyyəsində
daim həmin kateqoriyadan olan insanların ehtiyacları,
onları narahat edən məsələlər diqqət mərkəzində
saxlanır. Vaxtaşırı Prezidentin fərmanı ilə
pensiyaların artırılması onların sosial vəziyyətinin
yaxşılaşdırılmasına təkan verir. Son vaxtlar
Qarabağ müharibəsi əlillərinin və şəhid
ailələrinin pensiyalarının məbləği
artırılmışdır. Həmçinin Qarabağ
müharibəsi döyüşçülərinin xidmətlərini
xüsusi qiymətləndirərək Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənabları
şəhid ailələri və Qarabağ müharibəsi əlilləri
üçün Prezident təqaüdü təsis etmişdir.
Bütün bunlar təqdirəlayiqdir. Lakin Qarabağ
müharibəsi əlillərinə və ümumiyyətlə,
bütün kateqoriyadan olan əlillərə aid qanunvericilik
bazasının təkmilləşdirilməsinə, ölkənin
inkişaf tempinə və zamana
uyğunlaşdırılmasına böyük ehtiyac duyulur.
Daha doğrusu, 1992-ci ildə qəbul olunmuş "Əlilliyin
qarşısının alınması, əlillərin
reabilitasiyası və sosial müdafiəsi haqqında"
qanunda bir neçə dəfə (1997, 2001 və 2011-ci illərdə)
aparılmış dəyişikliklər və əlavələrdən
sonra da sözügedən qanunda boşluqlar özünü
göstərir. Ona görə də Milli Məclisin Sosial siyasət
komitəsi ilə birlikdə həmin qanunda mövcud
qüsurların aradan qaldırılması məqsədi ilə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
və Milli Məclisə təqdim olunacaq sözügedən
qanunda dəyişikliklər və əlavələr
olunması üçün təkliflər verilməsi nəzərdə
tutulmuşdur. Hazırda həmin istiqamətdə iş
görülür. Bir sözlə, İctimai Birliyimiz əhatə
etdiyi kontingentin problemlərini, onları maraqlandıran
taleyüklü məsələləri dövlət
orqanları qarşısında qaldırmaq kimi məsul bir vəzifəni
yerinə yetirməyə çalışır. Bu qəbildən
sözügedən qanunun 43 maddəsində müharibə əlili
vəfat etdikdən sonra onun mənzil növbəsinin öz
ailə üzvünə keçirilməsi ilə əlaqədar
ötən il aparılmış dəyişiklik bizim təklifimiz
əsasında olmuşdur. Bununla da yüzlərcə ailənin
hüquqlarının bərpası yolunda mühüm iş
görülmüşdür.
Bir ictimai qurum olaraq Qarabağ müharibəsi əlillərinin,
şəhid ailələrinin və veteranlarının
hüquqlarının qorunması və sosial müdafiəsi
üçün Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə sıx əməkdaşlığımız
öz bəhrəsini verir. Mənzil və avtomobillərin
növbə əsasında paylanmasında pozuntuların
qarşısının alınması məqsədilə
yaradılmış komissiyanın üzvlərindən biri
kimi İctimai Birliyimizin təmsilçisi olaraq üzərimizə
düşən öhdəliyi obyektiv şəkildə yerinə
yetirməyə çalışırıq.
Firdovsi Fərzəliyev
Şərq.- 2012.- 7 aprel.- S. 11.