Dostlarımdan duyğular
Mahmud və Məryəm
Elçin Əfəndiyevə
Qarabağ
üstündə tənha bir məbəd,
Zikrin səmasında
qanad çalır qut.
Əsir torpaqlarda
daşanda şiddət,
Həsrətin adına tük salır bulud.
Yollar tor bağlayıb,
cığırlar cadar,
Daşlaşan
dualar uyqusunda dəm.
Ömür qayıqları
çəkəndə avar,
Göz-gözə
dayanır Mahmudla Məryəm.
Susqun gədiklərdə birəm-birəm qar,
Könül dəhlizində
susmaz əndişə.
Kimsəsiz dağlarda qalan
mahnılar,
Lənət oxuyurlar
Qara Keşişə.
Göyəzənin göylüyündə
Akif Səmədin xatirəsinə
Göyəzənin göylüyündə
göy əzir məni,
Sıcaq sözlər söyləyirəm
tanrı adına.
Yorğunluğun eyvanından
asılıb duman,
Bu
cığırlar baş götürüb hayana gedir.
Qazax qıpçaq çöllərindən
xeyli uzaqdır,
Buludların
bardağından qımız çilənir.
Mən döyüşdən
geri dönən iskit kimiyəm,
El həsrəti
boğazında loğanaqlanıb.
Üzü şərqə
çapıb gedir qaz eskadronu,
Səssizliyin
mehrabına lələk tökülür.
Cığırların
qapısını bağlayıb duman,
Bəlkə nəzir
verməliyəm dağ yiyəsinə.
Yolsuzduğun acıları
daş-daş yığılıb,
Duasını
qımqımqyla oxuyur obam.
Göyəzənin
göylüyündə göy əzir məni,
Yaddaşımın
yada daşı yağış yaşdırır.
Ölümə qənşər
Yusif Səmədoğluna
Ortada şam var, göydə tolunay,
Gedən ruhları
çimizdirir çay.
Gözlər yaşarmış
sözlərdə qınaq,
Surnay
çaldırır köhnə tapınaq.
Can varıb gedir, fanidir bəşər,
Ölümün
xeyir, - ölümə qənşər.
Aynada ləngər, yasində
acı,
Son akkord vurur
ömür sayğacı.
Qohum əqraba ehsan aşında,
Əzrayıl gəlir
qara maşında.
Can varıb gedir, fanidir bəşər,
Ölümün
xeyir- Ölümə qənşər.
Gizli yolları açır
yaşıl şam,
Qam
türküsünü oxuyur axşam.
Şam budağında
yaşıl çalama,
Mələk ordusu
durub salama.
Qucaq açıyor
işıqlı sahə,
Salam tanrı alp! Salam
İlahə.
Elxan Zal
Şərq.-
2012.- 28 aprel.- S.19.