BBC qaçqınlarımız haqqında geniş reportaj
hazırlayıb
MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"
Akif Nağı: "Çalışmalıyıq ki, Avropa ölkələrində nüfuzlu kanallarda da erməni vəhşilikləri mümkün qədər işıqlandırılsın"
Vüqar Qədirli: "BBC-də
belə bir məlumatın getməsi, erməni əsirliyində
ağır işgəncələrə məruz qalmış
birinin bu cür çıxışı əhəmiyyət
kəsb edən müsbət addımdır"
Bütün dünyanın izlədiyi məşhur BBC telekanalı erməni vəhşiliyini bütün aləmə yayıb. BBC radiosunun ingilisdilli auditoriya üçün hazırladığı "Azərbaycan Ermənistan: közərən Qarabağ münaqişəsi" adlanan veriliş jurnalist Damien Mkquinness tərəfindən hazırlanıb. Erməni lobbisini təşvişə salan və ciddi narahatlıq doğuran müsahibənin nümayişi ciddi rezonansa səbəb olub. Kanalın internet səhifəsinə yerləşdirilmiş məqalədə deyilir ki, müharibənin ən acı tərəflərinin şahidi olmuş Əntiqə Qəhrəmanova artıq 2 onillikdir münaqişənin həllini gözləyir: "Müharibə onu öz evindən didərgin salıb.
Amma
qorxu getdikcə onu
üstələyir. Dondurulmuş
adlandırılan Dağlıq Qarabağ
savaşı yenidən alovlana bilər və
bu, əvvəlkindən daha
dəhşətli olar. Kiçik
bir otağa
sığınmış 80 yaşlı qadın divarda qara haşiyəyə
alınmış fotonu göstərir. Fotodan iki gözəl gəncin
kədərli baxışları boylanır. Bu,
onun qızının və kürəkəninin
birgə şəklidir. O, 20 il öncə
Ermənistanla müharibədə başına gələnləri
danışdıqca, gözlərindən yaş
süzülüb gedir.
Erməni əsgərləri mənim kürəkənimi ağaca bağladılar, sonra
ona diri-diri od vurdular. O,
bağırırdı. Sonra onlar gülləni mənim qızımın
başına sıxdılar". Æurnalist yazır ki, zərərçəkmiş qadın və
onun qızının dörd
uşağını isə bu mənzərəyə
zorla baxmağa vadar ediblər: "Sonra
onlar mənim 6 yaşlı qız nəvəmi
güllələyib öldürdülər. O biri
qız nəvəminsə dabanından güllə ilə vurdular. Ermənilər deyirdi
ki, bu sizə bir dərs olmalıdır". Müxbir yazır ki, sonra qadın nəvələri ilə ermənilərin
əlindən qaça bilib.
Kol-kos arxasında gizlənərək, dörd gün qarlı yollardan keçərək, nəvələrini
də təhlükədən qurtara bilib. Qəhrəmanova jurnalistə deyib ki, yeganə istəyi
odur ki, doğma yurduna
qayıtsın və doğulduğu yerdə
ölsün. Telekanal əməkdaşı
daha sonra yazır ki, 600 mindən çox azərbaycanlı,
yəni əhalinin 7 faizdən yuxarısı təxminən Qəhrəmanovanın
yaşadığı şəraitdə ömür
sürür: "Qaçqınlar sovet dönəmindən qalmış məktəblərdə,
xəstəxanalarda, universitet
binalarında ağır şəraitdə yerləşdirilib.
Çox vaxt 5-6, bəzənsə
7 nəfərdən ibarət olan ailə kiçik bir otaqda yaşayır. Bəzən kiçik bir hamam və tualet yüzlərlə
adamın istifadəsində olur". Məqalədə
həmçinin qeyd olunub
ki, bu gün
münasibətlər daha çox
daşlaşmış xarakter
daşıyır: "Bütöv nəsillər
var ki, birtərəfli
böyüyüb, onlara
saxta təsvir olunmuş
tarix öyrədilib. Azərbaycan və
Ermənistan tərəfi sərhədi keçib
bir-biri ilə görüşməyib".
Siyasi analitik Aleksandr İskəndəryanla söhbətinə
də jurnalist eyni
yazıda yer ayırıb: "Mənim tələbələrim
üçün Azərbaycan hardasa Aya məxsus bir şeydir" - İskəndəryan
belə deyib. "Tələbələr Britaniya haqqında daha çox bilirlər, nəinki Azərbaycan
haqqında. Azərbaycanda da gənclər
arasında Ermənistanla bağlı münasibət təxminən
belədir". Müxbir vurğulayıb ki, Dağlıq Qarabağ
müharibəsi Sovet İttifaqı
dağılan zamana təsadüf edir və son dərəcə
qanlı xarakter daşıyır:
"Müharibə zamanı 30 min adam ölüb. 1994-cü
ildə isə nəhayət atəşkəs elan
olunub. Təmas nöqtələrində
hər iki tərəfdə
qazılmış səngərləri I Dünya
Müharibəsi ilə müqayisə edən televiziya
əməkdaşı deyir ki, içinə qum doldurulmuş kisələrin arasından atəş
açmaq üçün
balaca yarıqlar qoyulub.
Æurnalist adam yaşamayan
ərazidəki üzüm bağında
gizlənmiş erməni snayperlərini gördüyünü
də yazır. Atəşkəsin tez-tez pozulduğunu vurğulayır. Və qeyd edir ki,
hər iki tərəf bir-birini
atəşkəsi pozmaqda ittiham
edir. Sülh
danışıqları isə dalana dirənib.
Müəllif qeyd edir
ki, son 2 ildə 60 nəfər
sərhəddə qarşılıqlı atışmada öldürülüb. Əsgərlərin çoxu, xüsusən Azərbaycan tərəfdəkilər
daha çox
uşaqsifətlidir. Onlar heç
20 yaşı olmayan gənclərdir.
Æurnalist təmas xəttində qulluq
edən azərbaycanlı əsgər Elxan
Məmmədovla söhbətini də məqalədə qeyd edib. 19 yaşlı Elxan deyir: "Mən vətənimə
xidmət etməkdən qürur duyuram". 8 aydır ki, burada xidmət edən əsgər deyir: "Hər gün, hər
saat arzu edirəm ki, müharibə başlasın.
Başlasın ki, biz doğma vətənimizi erməni
işğalçılarından təmizləyə bilək".
Æurnalist yazır ki, Azərbaycan kəndləri
daim erməni snayperlər tərəfindən
atəşə tutulur. Elə kəndlər
var ki, təmas xəttindən
bir neçə metr kənardadır.
Yazıda bildirilir ki,
vəziyyətin yenidən nəzarətdən çıxma
ehtimalı narahatlıq doğurur. Hər iki tərəf hazırda ən müasir silahlara malikdir. Müharibənin yenidən
başlaması dəhşətli nəticələr ortaya qoya bilər. Beynəlxalq
Böhran qrupundan Lorens Şits deyir: "Hazırda Azərbaycanın da, Ermənistanın da hücum xarakterli raket kompleksləri var. Həmin
raketlərlə qarşılıqlı olaraq
paytaxt Bakını və İrəvanı
vurmaq olar. Bu konflikt regional
güclərin də bu müharibəyə
qoşulmasına səbəb ola bilər".
Æurnalist sonda onu da bildirib ki,
NATO üzvü Türkiyə və
Rusiyanın bu müharibəyə qoşulmaq ehtimalı var. İran da
qonşuluqdadır. Həm də region
Avropanın neft və qazla
təminatında həlledici rol
oynayır. Yəni müharibənin bütün
tərəflər üçün ciddi nəticəsi olacaq.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının müsbət hal olduğunu deyir. Amma hesab edir ki, bununla kifayətlənməmək, daha çox çalışmaq lazımdır: "Məcburi Köçkün Birliyinin sədri Kərim Kərimlinin iki il bundan qabaq maraqlı bir kitabı çıxıb. Həmin kitabda Xocalıdan olan sağ qalmış insanların müsahibələri verilib. Hər müsahib savaşda gördüyü erməni dəhşətindən danışıb. Ola bilsin ki, BBC telekanalı həmin əsərə istinad etməklə, yəni ondan təsirlənərək, bəhrələnərək belə bir proqram hazırlayıb. Ümumiyyətlə Azərbaycanda Qarabağ müharibəsinin gedişində ermənilərin törətdiyi vəhşiliklərlə bağlı çoxlu sayda məlumatlar var. İstər internet səhifələrində olsun, istərsə də ayrı-ayrı kitablarda və ya qəzetlərdə. Məsələ bunları xarici dillərə tərcümə edərək dünyaya yaymaqdır. Bütün mövcud materialların beynəlxalq aləmə çatdırılması üçün məşhur telekanallarda, radiolarda verilməsinə, yayılmasına geniş ehtiyac var. Buna həm dövlət səviyyəsində, həm də ictimai təşkilatlar səviyyəsində çalışılmalı, cəhd göstərilməlidir. Hesab edirəm ki, bu, diasporumuzun əldə etdiyi müsbət bir nəticədir. Həmin istiqamətdə işlər davam etdirilməlidir. Dünya çox vaxt görürsünüz ki, Azərbaycan həqiqətlərinə inanmır. Bizim tərəfdən deyilənlərə, nəşr olunanlara sadəcə subyektiv tərəf kimi baxırlar. Ancaq dünyada kifayət qədər tanınan, reytinqi olan KİV də bu cür həqiqətlərin birbaşa müəllifin özü tərəfindən göstərilməsi, yəni dəhşətli hadisələrin öz dilindən çatdırılması olduqca önəmlidir. Ona görə çalışmalıyıq ki, Avropa ölkələrində nüfuzlu kanallarda da erməni vəhşilikləri mümkün qədər işıqlandırılsın, ifşa edilsin. Düzdür, özümüzü dünyada yazıq millət kimi tanıtmaq istəmirik. Bu xasiyyət ermənilərə xas olan xislətdir. Amma sadəcə olaraq, ermənilərin maskasını düşürmək, onları beynəlxalq aləmdə ifşa etmək üçün belə faktlarla geniş arealda nümayiş olunan efirlərə çıxmağa ehtiyacımız var".
Erməni lobbisi tərəfindən mütləq əks
addım atılacağını deyən A.Nağı bildirib ki, bütün
dünyada ermənilər bu
cür məsələlərə çox həssaslıqla yanaşırlar:
"Məsələn, Avropada və yaxud başqa ölkələrdə
problem birmənalı şəkildə
ermənilər tərəfindən qoyulur.
Telekanallar çox vaxt ermənilərin əleyhinə olan məlumatlar, proqramlar
verməkdən çəkinirlər. Özlərinə təhlükə
görürlər bunu. Çünki
erməni terroru bütün
dünyaya qorxu
salıb. Heç uzağa getməyək,
Türkiyənin özündə belə hər hansı bir telekanalda ermənilərin
vəhşiliyi ilə bağlı material
gedəndə, hökmən onlar erməni
tərəfindən də bir nəfər
ekspert çağırırlar ki, onlar da
öz sözlərini desin.
Mən dəfələrlə bunun şahidi olmuşam. Yəni
qardaşlarımız belə "balansı" gözləyirlər.
Amma bu, yanlış
yanaşmadır. Düşünürəm ki,
belə təfəkkürü dəyişmək və ermənilərin
təzyiqini aşmaq üçün
bizim tərəfdən ciddi
addımlar atılmalı və həqiqəti əks etdirən
faktlar ortaya
qoyulmalıdır".
Qaçqın və Məcburi
Köçkün Gənclər Təşkilatının sədri
Vüqar Qədirlinin fikrincə, belə bir müsahibənin
dünya gündəminə çıxması olduqca təqdirəlayiq
haldır: "Neçə illərdir ki, Azərbaycan-Ermənistan
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı bizdə elə bir situasiya yaranmışdı ki,
həm təcavüzə məruz qalan dövlətlə, təcavüzkar
dövlət həmişə eyni gözdə
görünüb, onlara eyni qiymət verilib. Hətta erməni
lobbisinin apardığı diplomatik layihə, antitürk
təbliğatı nəticəsində daim
dünya dövlətlərində və
beynəlxalq təşkilatlarda, KİV-də Azərbaycana
qarşı qərəzli materiallar, yalan məlumatlar gedib. Təbii
ki, həqiqətlərimizi yerli mətbuatla bərabər dünya
mətbuatına çıxarmaq da
dövlətimizin və cəmiyyətimizin ən ümdə
məsələlərindən biridir. O baxımdan, BBC-də belə bir
məlumatın getməsi, yəni məcburi köçkünümüzün,
erməni əsirliyində ağır işgəncələrə
məruz qalmış birinin bu cür
çıxışı əhəmiyyət kəsb edən
müsbət addımdır. Bütün diaspor
təşkilatlarımız və səfirliyimiz, ictimai birliklər, mətbuat nümayəndələri
ciddi-cəhdlə çalışmalıdır ki, təbliğatı daha
genişləndirsin. Çünki təkcə
o yaşlı qadının
danışdığı deyil, on minlərlə insanımız erməni təcavüzünə
məruz qalıb, erməni vəhşiliklərinin qurbanı
olublar. Və bu gün də erməni əsirliyində onlarla vətəndaşımız var ki, hələ də o dəhşətdən qurtula
bilməyiblər. Təbii ki, arzu edərdik ki, belə
faktların daha çox
dünya ictimaiyyətinə
yayılmasında hər bir kəs öz fəaliyyətini göstərmiş olsun".
V.Qədirli də söyləyib
ki, bu olaydan sonra mənfur ermənilər boş durmayacaq:
"Onsuz da Ermənistan belə bir müsahibə
olmamışdan əvvəl də Azərbaycana qarşı
antikampaniyalar aparıb. Onların xisləti belədir. Hətta
Xocalı soyqırımında çəkilmiş kadrları
götürüb, ermənilərə
qarşı olunan bir
təcavüz kimi nümayiş
etdirməyə cəhd ediblər. Bu,
yaxın keçmişimizə aid olan faktlardır. R.Səfərovun
azadlığa buraxılmasından sonra
ermənilərin, yəni erməni dövlətinin və ya diasporunun
qaldırdığı hay-küy, "Asala" terror təşkilatı
tərəfindən səslənən təhdidlər, hədələr
də bunların bir nümunəsidir.
Amma biz boş durmalı deyilik, bir nəfər qadının müsahibəsi
ilə kifayətlənməməliyik. Beynəlxalq
mətbuatın imkanlardan istifadə edib, diasporun ümumi vasitələrindən yararlanıb,
digər məcburi köçkünlərin, əsirlikdə min-bir əziyyət çəkən
insanlarımızın ağrı-acısını geniş şəkildə
çatdırmalıyıq. Əlavə
qaçqınlarımız, şəhid ailələrimiz var ki, onların da hazırkı durumları, problemləri
müxtəlif dillərdə filmlər çəkərək,
kitablar nəşr edərək, dünya mətbuatında, televiziyalarında
işıqlandırılmalıdır. Yəni Ermənistan onsuz da istədiyini edib, torpaqlarımızın 20 faizini
işğal edib, yüz minlərlə insanımızı
qaçqın salıb, minlərlə vətəndaşımızı
öldürüb. Son
hadisə əlbəttə, erməniləri
qıcıqlandıracaq. Onlar
çalışacaq ki, bunun
əksini sübut etsinlər. Amma bizlər bütün
gücümüzlə səy göstərməli və erməni
yalanlarını öz həqiqətlərimizlə
silib atmalıyıq".
İsmayıl
Şərq.-2012.-19 dekabr.-S.11.