Görülən
işlər də var, problemlər də
İlin sonuna qədər və yeni
ildə məcburi köçkünlər onlar
üçün tikilən binalara köçürüləcək
MÖVZU:
"Qaçqın və məcburi köçkünlərin,
əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə
bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Ermənistanın Azərbaycana hərbi
təcavüzü nəticəsində doğma
yurd-yuvalarından didərgin düşmüş
soydaşlarımızın həyat şəraitinin
yaxşılaşdırılması məqsədilə yeni qəsəbələrin
inşası prosesi 2012-ci il ərzində
davam etdirildi. Bu il ərzində neçə-neçə
köçkün ailəsi yeni mənzillərə
köçürüldü.
Qaçqın və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin məlumatında bildirilir ki,
köçürülmə prosesi ilin sonunadək davam edəcək
və xeyli sayda köçkün ailəsi Yeni İli təzə
mənzillərdə qarşılayacaq. Məcburi
köçkünlərə yeni mənzillərinin
açarlarının təhvil verilməsi köhnə ilin
son günləri, yeni ilin astanasında baş tutacaq.
Müşfiqabadda tikintilər sona
çatır
QMKDK-nin məlumatına
görə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində
məcburi köçkünlər üçün inşa
olunan çoxmənzilli binaların tikintisi artıq başa
çatır. 20 ədəd beşmərtəbəli
binanın hamısında mənzillərin təmirinə də
start verilib. Hazırda yeni qəsəbədə
binaların dam örtükləri vurulur, ətraf ərazilərdə
abadlıq işləri aparılır. Bundan başqa,
Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin
sifarişinə uyğun olaraq, qəsəbədə 1296
yerlik şagird üçün 4 mərtəbəli məktəb
binası inşa olunub. Həmçinin burada
inşa olunan 2 mərtəbəli uşaq
bağçasında məcburi köçkün ailələrdən
olan 140-dək uşaq təlim-tərbiyə ilə təmin
olunacaq. Hazırda bu tərbiyə müəssisəsinin
həyətyanı sahəsində uşaqların əyləncə
qurğuları quraşdırılır.
Bildirilir ki, burada
inşa olunan 20 ədəd beşmərtəbəli binalarda mənzillərin
ümumi sahəsi 78 min 260 kvadratmetrdir. Binalarda
birotaqlı mənzillərin sahəsi 41,92
kvadratmetr, ikiotaqlılarda 61,74 kvadratmetr,
üçotaqlılarda 85,84 kvadratmetr, dördotaqlı mənzillərdə
isə 99,73 kvadratmetrdir. Bütün mənzillərdə
hamam, sanitar qovşaq, açıq balkon və mətbəx
lazımi avadanlıqla tam təchiz olunub. Binalardakı
mənzillərin 211-i bir, 659-u iki, 428-i üç, 141-i isə
dördotaqlıdır. Ümumilikdə bu
mənzillərdə 1440 məcburi köçkün ailəsi
məskunlaşacaq.
Yeni qəsəbədə həmçinin
klub-kitabxana, tibb məntəqəsi, poçt şöbəsi,
yanğın deposu, 2 istilik qazanxanası, 3 elektrik
yarımstansiyası və digər sosial təyinatlı obyektlər
də inşa olunur. Bundan başqa, qəsəbənin
ən hündür yerində istirahət parkının
salınması da planlaşdırılır. Artıq 4,1 hektar ərazini əhatə edəcək
parkın salınmasına da başlanıb. Üstəlik
burada qəsəbədaxili yolların salınması ilə
bağlı layihə də hazırlanıb. Həmin
layihəyə əsasən, qəsəbədə uzunluğu
5,7 kilometr beton örtük və asfalt yol
salınacaq.
Müşfiqabad qəsəbəsində
məcburi köçkünlər üçün çoxmənzilli
binaların tikintisinə bu ilin fevralında başlanıb.
Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsində bildirirlər ki, yeni binalar
Bakı Dövlət Universitetinin tələbə şəhərciyində
məskunlaşmış məcburi köçkünlər
üçün nəzərdə tutulub. Köçürmə
prosesinə dekabrın sonlarınadək yekun
vurulmalıdır.
Xatırladaq ki,
hazırda Bakı şəhərində məskunlaşmış
məcburi köçkünlər üçün Abşeron
rayonunun Masazır qəsəbəsində də çoxmənzilli
binalar tikilir. Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsində deyirlər ki, Azərbaycan
Dövlət Neft Akademiyasının tələbə
yataqxanasında məskunlaşan məcburi köçkünlər
üçün nəzərdə tutulan binaların gələn
2013-cü ilin mart-aprel ayında istifadəyə verilməsi
planlaşdırılır. Masazırdakı
13 ədəd beşmərtəbəli binadan ibarət yeni
şəhərciyə ADNA-nın yataqxanasında məskunlaşan
760 ailə köçürüləcək.
Məcburi
köçkünlərin Müşfiqabad qəsəbəsində
inşa edilmiş yeni mənzillərə
köçürülməsi prosesinin ilin sonunadək
yekunlaşacağını Qaçqın və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov da
öz açıqlamasında bildirib. Komitə
sədri qeyd edib ki, Müşfiqabad qəsəbəsində
tikilən yeni yaşayış məntəqəsi bu ilin
sonuna qədər məcburi köçkünlərin istifadəsinə
veriləcək.
BDU-nun
yataqxanalarının hamısında yaşayan məcburi
köçkünlər də yeni binalara
köçürüləcək. Bakıda
9-cu mkr-da yarımçıq binada yaşayan 600-700-ə qədər
ailə də köçürüləcəkdir.
Komitə sədri
vurğulayıb ki, Füzuli rayonunda məskunlaşan məcburi
köçkünlər üçün İmişlidə
yeni qəsəbə salınıb və 300-dən artıq
ailə yeni evlə təmin olunub. Qəsəbə
sakinləri üçün sosial obyektlər də tikilib.
Rayonun Bəhramtəpə qəsəbəsində
salınan 325 evlik yeni yaşayış məntəqəsi fin
evlərində yaşayan və Füzulidən olan məcburi
köçkünlər üçün nəzərdə
tutulub. Qəsəbədəki evlərdən
30-u 1, 163-ü 2, 115-i 3, 17-si isə 4 otaqlıdır. Burada yaşayan sakinlər üçün hər
növ kommunal şərait də yaradılıb. Bundan başqa, qəsəbə daxilində 360 yerlik
yeni tam orta məktəb binası da inşa edilib. Yaxın vaxtlarda eyni ərazidə daha 225 evin
inşasına başlanılacaq ki, bu zaman digər sosial
obyektlərin tikilməsi də nəzərdə tutulur.
Komitə sədri ölkədə bu cür qəsəbələrin
sayının artıq 73-ə
çatdırıldığını bildirib: UÖlkədə
16 fin qəsəbəsindən 12-si artıq bu il
ləğv olunur və 4-ü də yəqin ki, gələn
ilin birinci yarısında ləğv olunacaq. Ümumiyyətlə,
məcburi köçkünlər üçün tikilən
qəsəbələrin sayı bu ilin sonuna qədər 79-a
çatdırılacaq. Biz 120 minə qədər
qaçqın, məcburi köçkünü
köçürmüşük. Və bu
ilin sonuna onların sayı 140 minə çatacaq".
Qeyd edək ki, İmişli rayonunda 1300 məcburi
köçkün ailəsi yerləşdirilib ki, onlar da əsasən
Füzuli, Ağdam, Şuşa, Laçın və Xocavənd
rayonlarından gələnlərdir.
Gəncədəki
köçkünlər də yeni binalara
köçürüləcək
Komitənin məlumatında
qeyd olunur ki, 2013-2015-ci illərdə Gəncə şəhəri
ərazisində 1500 məcburi köçkün ailəsi
üçün yeni hündürmərtəbəli
yaşayış binalarından ibarət qəsəbə
salınacaq. Tikinti işləri ilə bağlı Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru,
Milli Məclisin deputatı Ayaz Orucov lSalam.nyus" xəbər
portalına bildirib ki, hazırda Bərdə rayonunda 195 məcburi
köçkün ailəsi üçün bütün zəruri
sosial-texniki infrastrukturu olan qəsəbənin, Mingəçevir
şəhərində 502 məcburi köçkün ailəsi
üçün yeni hündürmərtəbəli
yaşayış binalarından ibarət məhəllənin,
İmişli rayonu ərazisində 325 məcburi
köçkün ailəsi üçün bütün zəruri
sosial-texniki infrastrukturu olan qəsəbənin, Müdafiə
Nazirliyinin hərbi hissələrinə məxsus binalarda
müvəqqəti məskunlaşmış 1410 məcburi
köçkün ailəsi üçün Qaradağ rayonu,
Müşfiqabad qəsəbəsinin
yaxınlığında hündürmərtəbəli
yaşayış binalarından ibarət yeni məhəllənin,
Bakı Dövlət Universitetinin 7 yataqxanasında müvəqqəti
məskunlaşmış 758 məcburi köçkün ailəsi
üçün Masazır bələdiyyəsinin ərazisində
bütün zəruri sosial-texniki infrastrukturu olan yeni məhəllənin
tikintisi yekunlaşmaq üzrədir. lAzadlıq"
radiosu Gəncənin məşhur Hacıkənd qəsəbəsində
məskunlaşmış məcburi köçkün ailəsinin
yaşayışını işıqlandırıb. Reportajda qeyd edilir ki, Hacıkəndin girəcəyində
kimdən soruşsan, sosial təminat idarəsinin köhnə
binasını tanımayan olmaz. Adamlar bu
binaya sadəcə ldövlət binası" deyirlər.
Yaxınlıqda məcburi köçkünlərin
yerləşdiyi onlarla bərbad halda olan evin arasında bu bina
öz təhlükəli, qəzalı vəziyyəti ilə
xüsusilə seçilir. Bu binada
hazırda 2 ailə yaşayır. Tavanındakı
deşiklərdən göyün üzü açıqca
görünür. Çürük
taxtalardan olan pilləkənlərə ayaq basmaq özü cəsarət
tələb edir. Binanın məcburi sakini olmuş 3
uşaq atası kəlbəcərli İlqar Bayramov bir gün
bu evin başlarına uçacağından qorxur:
- O vaxt biz bura yerləşəndə,
deyirdilər, bina qəzalıdır. Amma bu qədər
də təhlükəli deyildi. Bəlkə
də 100 ildən çox yaşı olan binadır. Bunu bizim rayonun icra başçısı da bilir.
İlqar Bayramov
dövlət strukturlarına dəfələrlə teleqram da
vurub, acınacaqlı vəziyyətlərini bildirib.
Kəlbəcərdən
məcburi köçkün düşdükləri vaxtdan
adicə əllərini yumaq üçün Göygöl
yaxınlığından vedrələrlə su
daşıyıblar. Son illər bir az
kəndin yaxınlığında tikilmiş anbar işlərini
asanlaşdırıb. Lakin giley edir ki,
küçədən keçən qaz borusu ilə yuxarı
kəndlərə mavi yanacaq verilsə də, məcburi
köçkünlər bundan məhrum edilir. İlqar Bayramov deyir ki, məcbur qalıb
çörəkpulundan qənaət edib qışın
çovğununda donmamaq üçün odun alıblar.
Cəmi 130 manat əməkhaqqısı olan müəllim
qışda hər ay 100 manatadək oduna pul verməli
olduğunu deyir:
- Qazımız yoxdur. Amma
yaşadığımız ərazinin ortasından qaz borusu
gedir, bizə çəkmirlər. Neçə dəfə tələblər
qoymuşuq, amma aidiyyəti dairələr məhəl
qoymurlar. Biz ancaq odunla evi qızdırırıq. Meşə
qırılıb, uzaqdan gətirirlər, gizli yolla. Biz də
övladlarımızın boğazından kəsib odun
alırıq. Elə olur ki, 1 ayın odununa 150-200 manat pul
lazım olur. Mən müəlliməm, məktəbdə
işləyirəm. Çətindir".
İllərdir susuz, qazsız, soyuq
və qəzalı evdə uşaq böyüdən Nazilə
Bayramova da qorxudan xəstəliyə tutulduğunu deyir:
lqar Bayramov
- Soyuqdur, qışda çox soyuq
olur. Suyumuz gəlmir. Yuxarıda hovuz var, gedib ordan əlimizdə
gətiririk. Yuxarı daşımaq olmur. İşıq da
keçəndə, qalırıq belə. Qazımız da
yoxdur. Bina qəzalıdır. Gəncədən bircə otaq
versinlər, gedək yaşayaq. Qaçqınların vəziyyəti
çox acınacaqlıdır. Gələcəkdə
torpağımızın alınacağı ümidi ilə
yaşayırıq. Prezidentimiz çalışsın ki,
Hacıkənddə yaşayan qaçqınlara ev
tikilsin".
Binanın tavanı bərbad halda olduğundan, yağan yağış evin içinə dolur. Nəmi hələ də qurumamış döşəmədəki çürük yerlərdən aşağıdakı otaqlar görünür. Bu nəmli, soyuq, qəzalı evin ailəyə vurduğu zərbə bununla bitmir. Qarabağ müharibəsinin iştirakçısı olmuş İlqar Bayramovun qara ciyərində lserroz" aşkarlanıb. Üstəlik, revmatizmdən əziyyət çəkir.
Hacıkənd
qəsəbəsi icra nümayəndəsi Hümbət
Hüseynov lAzadlıq"a bildirib ki, ailənin
yaşadığı binanın qəzalı olduğundan məlumatlıdırlar.
Ancaq həmin binanın təmirinə ehtiyac görmürlər.
Çünki 2013-cü ildə həmin ailə və
Hacıkənddə məskunlaşmış digər
köçkünlər yeni tikilən evlərə
köçürüləcəklər. Məcburi
köçkünlər üçün tikilən yeni mənzillər
tam şəraitli, qazı, suyu, işığı olan evlərdir.
İcra nümayəndəsinin
sözlərinə görə, köçürülmə
prosesi 2013-cü ilin 1-ci kvartalındaa başlayacaq. Yeni qəsəbə
Xanlar rayonunun Çaylı kəndi ərazisində yolun
sağ-sol tərəfində tikiləcək. Hacıkənddəki
məcburi köçkünlərin hamısı eyni vaxtda 600
ailəlik qəsəbəyə köçürüləcək.
Qaçqınlarla iş üzrə
Dövlət Komitəsinin Gəncə bölməsinin sədri
Süleyman Abbasov da bildirib ki, məcburi köçkünlər
üçün tikilən evlərdə iş başa
çatmaq üzrədir. Sədr onu da əlavə edib ki,
tikilən evlər çoxmərtəbəli olacaq və təxminən
25 hektar ərazini əhatə edir.
Qeyd edək ki, hazırda Gəncə
şəhərində 15 602 məcburi köçkün məskunlaşıb.
Onlardan 11 min nəfəri Kəlbəcərdən məcburi
köçkün düşənlərdir. Digərləri isə
Ağdam, Füzuli və Xocalıdan köç edənlərdir.
Gəncədə məskunlaşmış məcburi
köçkünlərin 70 faizi yataqxanalarda, qalanları isə
uşaq bağçaları, istifadəsiz idarə və ya
uyğunlaşmış binalarda yaşayırlar.
Məlahət
Rzayeva
Şərq.-2012.-21 dekabr.-S.11.