Məcburi köçkün olan sahibkarlara güzəştli kreditlər verilir

 

Bununla belə köçkün gənclərin işsizlik problemi qalmaqdadır

MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"

İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 4 saylı qəsəbədə keçirib. Nazirlikdən verilən məlumata görə, tədbirdə 200-dək sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün iştirak edib. Tədbirdən əvvəl əsas hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş məcburi köçkün sahibkarlar Sərvət Sədiyev və Şükür Bayramovun Biləsuvar rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.

   Tədbir çərçivəsində Biləsuvar rayonunun, o cümlədən məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələrə güzəştli kreditlər və layihələr təqdim olunub. Eyni zamanda cins heyvandarlıq təsərrüfatının, kiçik həcmli tikiş sexinin, çörək və şirniyyat istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. Sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb.

   Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev bildirib ki, məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. O, məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veribbu sahədə qaçqın və köçkünlərin sahibkarlıq fəaliyyətinin genişlənməsinin əhəmiyyətini vurğulayıb. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayevnazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, Aran iqtisadi rayonunda, o cümlədən məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçirilən layihələr barədə məlumat veriblər.

   SKMF-nin icraçı direktoru Şirzad Abdullayev tədbirdəki çıxışında bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2417 investisiya layihəsinin maliyyələşdirilməsinə 211 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 9000-dən çox yeni yerinin yaradılması təmin olunub. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Ş.Abdullayev "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq Fondun vəsaitləri hesabına indiyədək 892 ərzində 231 məcburi köçkün sahibkara 9.2 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırıb: "Bu kreditlər hesabına 2000-dək yeni yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 13.8 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən 3-ü istifadəyə verilib, digər 2 müəssisə üzrə tikinti-quraşdırma işləri aparılır.

   Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar rayonundakı 4 saylı qəsəbədə məskunlaşmış Füzuli və Cəbrayıl rayonlarından olan 34 məcburi köçkün sahibkara 188 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 30-dan çox yeni yerinin yaradılmasına imkan verir.

   Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov məcburi köçkün sahibkarlara dövlət tərəfindən güzəştli kreditin verilməsini təqdirəlayiq hal hesab edir: "Onların bu cür aktiv iş proseslərinə və sahibkarlıq sisteminə cəlb olunması çox təqdirəlayiq bir haldır. Tək məcburi köçkünlərə yox, ümumiyyətlə, bütün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə dövlət daim öz dəstəyini göstərir. Birbaşa cənab prezidentimizin də diqqət və qayğısı ondan ibarətdir ki, ölkəmizin adamlarına, sahibkarlara kifayət qədər münbit şərait yaradılsın. Onlar da öz fəaliyyət sahələrini genişləndirsinlər və digər insanları da işə cəlb etsinlər. Məcburi köçkünlərə ayrılan kreditləri hər cəhətdən çox müsbət qarşılayırıq. Çünki 20 faizdən artıq torpaqlarımız işğal altındadır. Əgər torpaqlarımız ermənilər tərəfindən zəbt edilməsəydi, həmin ərazilərdə indi kifayət qədər bacarıqlı adamları yarana bilərdi. Amma buna baxmayaraq, yenə də məcburi köçkünlərin içərisində bu sahəni bilən, bacarıqlı insanlar çoxdur və sayları get-getə artmaqdadır. Təbii ki, onlara diqqət və qayğının göstərilməsi məcburi köçkün sahibkarlarının inkişafına bilavasitə səbəb olan amildir. O ki qaldı Sahibkarlığa Yardım Fondu tərəfindən paytaxtdan uzaqda, ətraf rayonlarda məskunlaşan qaçqın və məcburi köçkünlərə kreditin verilməsinə, təbii ki, əgər orada həmin kreditin hesabına bir çox yerləri açılacaqsa, bundan birmənalı olaraq məcburi köçkünlər faydalanacaq. İnanmıram ki, həmin qəsəbələrdə kənardan məcburi köçkün olmayan hansısa şəxs qaçqınların qəsəbəsində işləsin və yaşasın".

   V.Qədirov deyir ki, bütün bu tədbirlərə baxmayaraq, məcburi köçkün gəncləri arasında geniş yayılan işsizlik problemi hələ də həll olunmamış qalır: "Məcburi köçkün gənclərin sırf iş fəaliyyəti, yəni bu sahədəki problemlərlə bağlı aidiyyəti qurumlara kifayət qədər müraciət etmişik. Sözügedən prosesin araşdırılması ilə əlaqədar təşkilatımızın da bir sıra fəaliyyətləri olub. Amma çox təəssüflər olsun ki, qaçqın və məcburi köçkün gənclər arasında ciddi şəkildə işsizlik problemi qalmaqdadır. Yəni bu gün biz həmin yeni salınmış qəsəbələrdə gənclərlə görüşlər keçirəndə, onların qarşısında duran birinci nömrəli tələbləri işlə bağlıdır. Çünki artıq hərbi xidmətə gedib, ordudan tərxis olunan gənclərimiz var, ali məktəbi bitirib tapmayan cavanlarımız var, eyni zamanda da heç bir məktəb oxumayan, ümumi qəsəbələrdə məskunlaşan gənclər, gənc ailələr var ki, onların işlə təmin olunması sahəsində problemlər çoxdur".

   Təşkilat rəhbəri hesab edir ki, bəlkə bu üsulla qaçqınlar arasında olan işsizliyi müəyyən mənada azaltmaq mümkün olar: "Onlar üçün mütəmadi torpaq sahələrinin ayrılması və güzəştli kreditlərin verilməsi, gələcəkdə onların işsizlik probleminin aradan qaldırılmasına gətirib çıxara bilər. Bu fürsətdən səmərəli istifadə edən məcburi köçkünlərimiz istədikləri kimi öz həyatlarını qura bilərlər. Amma elələri də var ki, dövlət tərəfindən ayrılmış həmin güzəştli vəsaitdən uğurlu şəkildə istifadə edə bilmirlər və nəticədə çox vaxt banklara, bir sıra kredit təşkilatlarına borcları yaranır. Bu da istənməyən neqativ halların meydana gəlməsinə səbəb olur. Problem orasındadır ki, belə "bankrotlar" sahibkarlıq həvəsində olan digər məcburi köçkünlərin borcdan qorxmasına, geri addım atmasına səbəb olur.

   Amma təbii ki, ümumilikdə götürəndə, belə məsələlər düşünülmüş çözüm yoludur. Məsələn, müəyyən bir qrup gənc ailələr birləşib bir yerdə hansısa ferma təsərrüfatı və yaxud əkinçilik sahəsi yaradainkişaf etdirə bilərlər. Mənim tanıdığım o qədər məcburi köçkün gənclər var ki, onlar sahibkarlıq sahəsində uğur əldə edə biliblər. Xüsusən gənc qaçqın ailələrinə belə subsidiya kreditlərinin verilməsi onlarda qurmaq, "patron" olmaq kimi həvəslər oyada bilər. Həmin qəsəbələrdə və ya ətraflarda böyük yerləri yoxdur. Əgər bu cür müsbət şərait onlara yaradılsa, buna da nəzarət edilsə, daha gözəl olar".

   V.Qədirov bildirib ki, məcburi köçkünlər arasında elə gənclər var ki, onlar öz təşəbbüsləri sayəsində dövlətdən kredit alaraq, kiçik bizneslərini qurublar. Və kifayət qədər də uğur əldə ediblər: "Amma təkcə adı çəkilən yerlərdə deyil, həmçinin digər məcburi köçkünlər məskunlaşan rayonlarda da planlı şəkildə belə tədbirlər keçirmək daha perspektivli olar. Yəni güzəştli kreditlərin məcburi köçkün ailələrinə yerində verilməsi dövlət qayğısının bir nümunəsi olaronlarda fəaliyyətinə olan həvəsi, istəyi artırar".

   Qurum sədri bildirib ki, bu gün məcburi köçkünlərin əksəriyyəti bazarlarda çalışırlar: "Əgər müşahidə etsək görərik ki, məcburi köçkünlərin əksər hissəsi kiçik kreditlər hesabına qurduqları işlərlə məşğuldurlar. Çünki onların yalnız bir hissəsi öz rayonlarında olan məktəblərdə və digər dövlət tərəfindən maliyyələşən idarələrdə çalışırlar. Təhsil şöbəsi, Mədəniyyət evi, İcra orqanları və s. bunları çıxmaq şərti ilə müşahidə aparsaq görərik ki, hazırda bazarlarda işləyən insanların əksəriyyəti qaçqın və məcburi köçkünlərdir. Onlar artıq qismən də olsa özləri üçün sahibkarlıq fəaliyyətini qura biliblər. Əgər onlar bu çıxış yolunu tapmasaydılar, indi çox pis vəziyyətdə qala bilərdilər. Xüsusən Bakı bazarlarında kiçik bizneslə məşğul olan məcburi köçkünlər daha çoxdur".

   "Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı da dövlət tərəfindən həyata keçirilən bu cür xidməti alqışlayır və bunun daha da intensivləşməsini arzu edir: "Məcburi köçkün sahibkarlar üçün güzəştli kreditlərin ayrılmasını alqışlayıram. Düşünürəm ki, onlar üçün belə güzəştli kreditlərin verilməsi bir az da intensivləşdirilməlidir. Çünki bilirsiz, hazırda qaçqın və məcburi köçkünlərimiz daha çox əyalət bölgələrində məskunlaşıblar. Orada kənd təsərrüfatını, maldarlığı daha da inkişaf etdirmək üçün təbii ki, həmin insanlara müəyyən məbləğdə maddi vəsaitin verilməsi lazımdır və zəruridir. Əgər dövlət də öz var-dövlətini, ev-eşiyini itirmiş insanlara bu qayğını göstərirsə, çox müsbət haldır. Təbii ki, həmin insanları öz şəxsi bizneslərini qurmaqinkişaf etdirmək üçün bu cür yollarla həvəsləndirmək, sahibkarlığa cəlb etmək yaxşı olardı. Bu, olduqca önəmli məsələdir. Bir vətəndaş kimi bunu çox yüksək qiymətləndirirəm".

   Baş redaktor deyir ki, millətimiz iş sahəsində bacarıqlıdır. Güzəştli kreditlərin verilməsi isə məcburi köçkünlərin sahibkarlıq həvəslərini daha da artıracaq: "Ümumiyyətlə, xalqımız, xüsusən də cavanlar çox qabiliyyətli və istedadlıdır. Şübhə etmirəm ki, məcburi köçkünlərimiz arasında da biznesdə böyük uğurlar qazana biləcək, istər ölkəmizə, istərsə də öz şəxsi büdcəsinə kifayət qədər vəsait qazandıra biləcək insanlar var. Xırdaca bir misal çəkim, siz fikir verin, bizim Rusiyaya, Türkiyəyə və s. ölkələrə biznes fəaliyyəti üçün gedən soydaşlarımız həmin ölkələrdə çox böyük uğurlar əldə edirlər. Bu, bir daha onu sübut edir ki, insanlarımız biznes sahəsində bacarıqlı və qabiliyyətlidir. Əgər biz məcburi köçkün gənclərə də belə şərait yaradırıqsa, heç şübhəsiz, onlar da sahəsində nailiyyətlər əldə edəcəklər".

 

İsmayıl

Şərq.-2012.-25 dekabr.-S.12.