İstedadlı əlillərlə
bağlı sayt yaradılıb
Üç dildə fəaliyyət göstərən
internet portalda əlillərin
yaradıcılığı təbliğ olunacaq
MÖVZU: "Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması"
Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
(ƏƏSMN) sifarişi ilə
İstedadlı əlillərlə bağlı yeni veb-saytı cəmiyyətə təqdim olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən
verilən məlumata görə, sayt
"Konstitusiya" Araşdırmalar Fondu tərəfindən hazırlanan
"İstedadlı əlillərin cəmiyyətə
inteqrasiyasına yardım göstərilməsi ilə
onların yaradıcılıq imkanlarının təbliği"
layihəsi çərçivəsində hazırlanıb.
Təqdimat mərasimində Əmək və əhalinin
sosial müdafiəsi nazirinin
müavini İlqar Rəhimov,
nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxsləri,
nazirlik yanında İctimai
Şuranın üzvləri, əlil ictimai
təşkilatlarının rəhbərləri və
yaradıcı əlillər iştirak edib.
Tədbirdə qeyd olunub ki,
müasir dünyada istedadlı əlillərin
yaradıcılıq işlərini ölkə sərhədlərindən
kənarda təbliğ etməyə, həmçinin, daha
böyük və müxtəlif yaş qruplarına, fərqli
baxışlara malik auditoriyanı əhatə etməyə
imkan verdiyi üçün İKT-dən geniş istifadə
edilir. Layihə çərçivəsində MDB təcrübəsində
ilk dəfə olaraq istedadlı əlillərin sənət
nümunələri və onların özləri haqqında məlumatları
əhatə edən (www.menbacariram.com və www.nobarriers.az)
saytları yaradılıb, həmçinin, "Mənim
möcüzəli dünyam" adlı albom-kataloq nəşr
olunub.
Albom-kataloqda 51 müəllifin əsərləri,
əl işləri toplanıb və onlar haqda Azərbaycan,
rus, ingilis dillərində məlumatlar dərc olunub. Eyni zamanda əlilliyi olan şairlərin şeirlərindən ibarət
"Ümidlər, arzular..." adlı
şerlər toplusu nəşr edilib. Yeni layihə
dövlət sifarişi əsasında əlillərin
sosial reabilitasiyası sahəsində
ixtisaslaşmış vətəndaş cəmiyyətləri
tərəfindən icra olunan
ilk layihələrdən biridir.
Albom-kataloqda 51 müəllifin əsərləri,
əl işləri toplanıb və onlar haqda Azərbaycan, rus, ingilis dillərində məlumatlar dərc olunub. Eyni zamanda
əlilliyi olan şairlərin şeirlərindən
ibarət "Ümidlər, arzular..."
adlı şeirlər toplusu nəşr edilib. Layihənin icrası ilə
bağlı Bakı şəhəri və bölgələrdə,
həmçinin Naxçıvan Muxtar
Respublikasında 94 foto-sessiya
aparılıb. Ümumilikdə, 1800-dən çox
fotoşəkil çəkilib. 78 istedadlı əlil
haqqında məlumat toplanaraq rus və ingilis dillərinə
tərcümə edilib. Saytlar vasitəsilə istedadlı əlillərin
yaradıcılıq işləri nümayiş
olunur. Onların özləri,
yaradıcılıq fəaliyyəti haqda
məlumatlar verilir. Sayt
həmçinin istedadlı əlillərin ətraf aləmlə
əlavə ünsiyyət forması kimi
çıxış edəcək. Onlar internet istifadəçilərinin
suallarını cavablandıracaq, onlarla öz fikirlərini bölüşmək,
tanış olmaq imkanı əldə edəcəklər.
Saytda hər bir
istedadlı əlilə öz əsərlərini
ayrıca olaraq və təşkil olunacaq virtual sərgilərdə,
satış-sərgilərdə nümayiş
etdirmək və onlar barədə fikirləri
öyrənmək imkanı verəcək.
Saytların Azərbaycan dili ilə
yanaşı, rus və ingilis dillərində fəaliyyət
göstərməsi auditoriyanın genişlənməsinə
və ölkədən kənarda da istedadlı əlillərin
yaradıcılıq işlərinin tanıdılmasına
imkan verəcək. Saytlarda istedadlı əlillərin yaradıcılıq
işləri təsnifat üzrə yaradılmış
xüsusi bölmələrdə (rəssamlar, toxuma-hörmə
işləri, tətbiqi-sənət, şairlər, bəstəkarlar,
müğənnilər, musiqi alətlərində ifa) yerləşdirilib.
Qeyd edək ki, layihə dövlət
sifarişi əsasında əlillərin sosial
reabilitasiyası sahəsində ixtisaslaşmış vətəndaş
cəmiyyətləri tərəfindən icra olunan ilk layihələrdən
biridir.
Saytın yaradıcısı,
"Konstitusiya" Araşdırmaları Fondunun rəhbəri,
hüquq müdafiəçisi Əliməmməd Nuriyev
saytın funksiyası və fəaliyyət istiqaməti
haqqında "Şərq"ə geniş və ətraflı
məlumat verib: "Sayt fondumuz tərəfindən
hazırlanıb. Burada əsas məqsəd "İstedadlı əlillərin
cəmiyyətə inteqrasiya edilməsi və
onların istedadlarının geniş təbliğ
edilməsi" istiqamətində işlər görməkdir.
İlk növbədə Azərbaycanda mövcud olan əlillərin
hər biri haqqında
bacardığımız qədər məlumat topladıq.
Yəni əlillərin hansı sahələrdə
çalışmaları var idisə, həmin
istiqamətdə məlumatları əldə etdik.
Bu məlumatları da
biz sadəcə olaraq,
hər hansı internet resursları vasitəsilə
əldə etməmişik. Birbaşa fotosessiyalar keçirdik. Orada həm
onların özləri, həm də əl işləri sərgiləndi.
Əlil vətəndaşlarımız arasında istedadlı
rəssamlar, müğənnilər, oyma
sənəti ilə bağlı məşğul olanlar, tikiş sənətinə
yiyələnənlər var idi. Eyni zamanda şairlər, yazarlar
və müxtəlif sənətlə məşğul olan istedadlı, hər yaşdan
olan əlillər yer
aldı. Yenə deyirəm, hər bir
bacarıq sahibi olan əlil
insanlarımızla tək-tək, şəxsən görüşdük. Bunu
Naxçıvan Muxtar Respublikası daxil olmaqla bütün
ölkə üzrə həyata keçirdik.
Ümumilikdə, biz 78 əlil vətəndaşımız
haqqında və onların işləri haqqında fotosessiya keçirtdik. Təşkil
etdiyimiz fotosessiyada
1800 şəkil çəkildi. Əldə etdiyimiz
bütün materialları yeni
yaratdığımız internet
saytında yerləşdirdik. Amma bunları təkcə Azərbaycan dilində yox, eyni zamanda
rus və ingilis dillərinə
tərcümə edərək də sayta
qoyduq. Çünki biz hesab etdik
ki, bu dəfə əsas
məqsədimiz həm onları, həm də onların əsərlərini,
yaradıcılıqlarını tanıtdırmaqdır.
Ancaq tək ölkə ictimaiyyətinə
deyil, bütün dünyaya tanıtmaq. Həmçinin saytda elə imkan
yaratmışıq ki, onlar
istədikləri zaman virtual
əlaqə yarada bilsinlər. Bundan başqa, virtual sərgilər təşkil edə
bilsinlər ki, bu sayədə
öz əsərlərinin virtual çərçivədə
satışlarını həyata keçirə bilsinlər. Eyni zamanda onların sənəti ilə
tanış olmaq istəyən, onların
özləri tanış olmaq, əlaqə
qurmaq istəyən hər bir
şəxs bu imkanı sayt
vasitəsilə rahat surətdə həyata
keçirə bilsin. Əsərlərlə
bağlı fikirlərini, tövsiyələrini söyləmək
istəyənlər də varsa, onlar da artıq rahat şəkildə bunu
edə bilərlər. Məsələn, saytda
hansısa rəsm əsərləri və ya
şairlərin şeirləri ilə yanaşı, yəni təsviri
əsərlərdən başqa, həm də
audio-video lent
yazıları da yerləşdirilib. Bundan başqa, biz albom-kataloq da hazırladıq. Bu albom əsas etibarı ilə rəssamlarla, oyma və tikiş sənəti
ilə məşğul olanlarla
bağlı idi. Həmçinin tətbiqi-incəsənət
nümunələri də bu bölümdə
əks olunmuşdu. Kataloqda
400-dən artıq müxtəlif şəkillər, əsərlər
yerləşdirilib. Bunlar da
üç dildə qoyuldu
sayta. Digər bir məsələ
də onunla bağlı idi
ki, biz istedadlı
şairləri ilə bağlı 14 əlil şairimizin
şeirlərini bir yerdə topladıq. Bununla əlaqədar 270 səhifəlik
şeirlər toplusu da
çap olundu. Kitabın
ön sözünü
hörmətli Xalq şairimiz
Fikrət Qoca yazıb. Ona
da öz təşəkkürümüzü
bildiririk".
Fondun rəhbəri deyir ki,
bütövlükdə bu proses Azərbaycanda sosial siyasətin
inkişafının kriteriyalarının göstəricisidir:
"Çünki hər bir cəmiyyətdə sosial siyasətin
əsasını əlillərlə bağlı münasibət
müəyyən edir. Ölkəmizdə
də aparılan məqsədyönlü sosialyönümlü uğurlu
siyasətə uyğun olaraq
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi bu
istiqamətdə xeyli dərəcədə
işlər görməkdədir. Onlar
müxtəlif vasitələrdən istifadə etməklə əlillərin
cəmiyyətə inteqrasiyasını sürətləndirməyə
çalışırlar. Təsadüfi deyil
ki, yaxın günlərdə də, əlillərin
sosial statusu ilə
bağlı yeni qanun
layihəsi hazırlandı. Bu lahiyə məsələnin
inkişafına yeni impuls
verir. Eyni zamanda hamımızın məqsədi budur. Çünki bilirsiz, dünya əhalisinin
15 faizi əlildir. Yəni, bu,
hardasa əhalinin bir
milyardı deməkdir. Əlillər arasında çox böyük istedad sahibləri var, olub və olacaq. Biz dünyadakı istedad sahibi əlilləri yaxşı
tanıyırıq. Məsələn, Tom
Kruz özü də əlildir.
Amma buna baxmayaraq, Hollivud aktyorudur. Nobel
mükafatçısı, tanınmış fiziklər
arasında əlil olanlar var.
Ancaq Azərbaycanda öz
istedadlı əlillərimizi tanımırıq.
Tanıtmalıyıq. Təkcə özümüzə yox, bütün dünyaya onları və onların
bacarığını göstərməliyik. Məsələn,
"Duyğu" qrupu
var. Siz təsəvvür
edin, onlar necə
gözəl bir ansambldır, musiqi kollektividir. Biz onların lent
yazılarını internet saytında yerləşdirmişik.
Həmçinin onların təşkil etdikləri teatrlar var. Çox
masştablı rəssamların göz oxşayan əsərlərini qoymuşuq.
Düşünürük ki, cəmiyyət bunları görməlidir. Dünya görməlidir. Bu
insanlara diqqət və qayğı daim artırılmalıdır. Çünki Azərbaycan dövləti və
cəmiyyətinin, yeridilən siyasətin əsas prioriteti insanlardır. Xüsusilə də əlil
vətəndaşlarımızdır. Əslində fərq
qoyulmamalıdır ki, bu
insan sağlamdır, amma
o birinin əlilliyi var. Bütün
insanlarımıza vahid yanaşma
nümayiş etdirilməlidir. Xidmətlərimiz
də bu istiqamətdədir. Yeni saytın
yaradılması və vətəndaş cəmiyyətlərinin
bu işə göstərdikləri xoş və qayğıkeş münasibət
və s. bütün bunlar əlbəttə ki,
əlil vətəndaşların cəmiyyətə
inteqrasiyasına xidmət edir. Əsas məsələ
odur ki, ölkənin
potensialı naminə bütün sektorlardan
istifadə edilsin. Unutmaq lazım deyil ki, hər bir
insanın daxilində
bir potensial yatır. Önəmlisi odur ki, yatmış potensialın
aşkar edilməsi və ortaya çıxarılması üçün
bütün lazımi
şərait yaradılmalıdır.
Sözügedən layihəni həyata
keçirməklə biz bu
işə istiqamət
vermiş olduq".
Ə.Nuriyev vurğulayıb
ki, yaratdığımız
sayt əlillərin bacarıqlarını təbliğ
etməklə yanaşı,
həm də yeni istedadları ortaya çıxaracaq:
"Çünki bu sayədə həmin insanlar biləcəklər
ki, onların istedadları ölkəyə,
dünyaya tanıdılır.
Artıq
onlar da istedadlarını gizlətməkdən
imtina edəcəklər.
Yəni görəcəklər ki,
bunun üçün
geniş imkanlar var. Bu
baxımdan hesab edirəm ki, nəinki Azərbaycan daxilində, bütövlükdə
dünya miqyasında onların təbliğatını
yaymaq mümkün olacaq. İstənilən
şəxs sayta daxil ola
bilər. Burada heç bir
məhdudiyyət yoxdur.
Saytda bütün məlumatlar saxlanılır. Bunun üçün
biz saytda elektron poçt açmışıq.
İndi ola
bilsin ki, parolu dəyişdik. Çünki hələlik
kiçik problem var. Parolda
müvafiq dəyişiklik
edildikdən sonra proses daha asan
olacaq. Bu sayədə
əlillər öz aralarında mübadilələr
apara bilərlər.
Kənar insanlar da bu prosesə
daxil ola
bilər. Bir sıra əlillərin
özlərinin şəxsi
saytları da var. Biz fikirləşirik ki, həmin o saytların indiki yeni sayta
inteqrasiyasını yaradaq.
Ümumiyyətlə çalışırıq ki, sosial şəbəkələrdə
qurduğumuz internet saytının
reytinqi, nüfuzu artsın".
Fond sədri qeyd edib ki,
yeni istedadlar, yəni istedad sahələri üzə çıxdıqca, biz saytı
daha genişləndirəcəyik:
"Çünki tapdıqlarımız
son deyil, prosesi durmadan daim inkişaf
etdirəcəyik. Kompüter dizaynı
kimi yeni sahələr də var. Bunlar da bacarıq
tələb edən şeylərdir. Kifayət qədər
istedad sahibi əlil insanlar var. Onları cəmiyyətin rifahı naminə aşkar edib üzə çıxarmaq
lazımdır. İçlərində yaşlı olanlar da var, gənc
və uşaq olanlar da. Uşaqlarla bağlı xüsusi araşdırmamız olacaq.
Çünki istedad sahiblərini
uşaq yaşlarından
kəşf etmək lazımdır. Hələlik azyaşlılarla bağlı
tam məlumat toplaya bilməmişik. Bununla bağlı
bir məlumat bazası yaratmaq istəyirik. Yaxın günlərdə
buna başlayacağıq".
İsmayıl
Şərq.-2012.-28
dekabr.-S.11.