Küçə
uşaqları...
MÖVZU:
"Qaçqın və məcburi köçkünlərin,
əhalinin sosial cəhətdən qayğıya ehtiyacı
olan təbəqələrinin problemlərinin həlli ilə
bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması"
Uşaq
hüquqlarının müdafiəsi ilə bağlı
görülən müxtəlif tədbirlərə baxmayaraq dünyanın küçə
uşaqları adlı problemi mövcudiyyətini
qoruyub saxlamaqdadır. Küçə
uşaqlarının sosial
reabilitasiyası və onların cəmiyyətə inteqrasiya olunması hər zaman
aktuallıq kəsb edən məsələlərdən biridir. Bu istiqamətdə
dünyada müxtəlif metodlardan
istifadə olunur.
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda
da küçə uşaqları var. Düzdür, bizdə
küçə uşaqlarının sayı o
qədər də çox deyil.
Bu günlərdə
Bakı, Gəncə və Yevlaxda yaşayan küçə uşaqları ilə
bağlı aparılan araşdırma həmin ərazilərdə
küçədə işləyib evdə yaşayan
və tamamilə küçədə yaşayan
uşaqların olması faktını təsdiqləyib.
Ekspertlər problemin əsas səbəbini
uşaqların baxımsız qalması ilə əlaqələndirir.
Küçə uşaqları probleminin yaranma səbəbləri sırasında
uşaqların ailə daxilində zorakılığa məruz
qalması, onların psixoloji durumundakı
problemlər də mühüm yer tutur. Bunların
içində ailədən qovulanlar,
valideynləri olmayan uşaqlar
da var.
Azərbaycanda polis idarələri
tərəfindən qeydiyyata alınan 500-ə yaxın
küçə uşağı var. Lakin qeyri-rəsmi
statistikada bu rəqəm
daha artıqdır. Belə son araşdırmalar zamanı məlum olub ki, onların sayı
1000 nəfərə yaxındır.
Havaların kəskin soyuması isə
digər məsələlərlə yanaşı,
küçə uşaqlarının sığınacaq
problemini də gündəmə gətirib. Çünki məhz belə
havalarda onların müəyyən qisminin sağlamlığında ciddi problemlər ortaya
çıxır. Həmçinin, bəziləri
dünyasını dəyişir. Millət vəkili Musa Quliyev deyir
ki, nəinki qarlı-çovğunlu, eləcə
də bütün hava
şəraitləri kimsəsiz uşaqlar üçün təhlükəlidir. Onun fikrincə, bu cür havalarda həmin
uşaqların monitorinqi aparılmalı,
onlar sığınacaq və isti yeməklə təmin olunmalıdır.
Millət vəkili qeyd edib
ki, ötən il
parlamentdə qəbul edilən "Sosial
xidmət haqqında" Qanunda
küçə uşaqları üçün
sosial sığınacaqlar tikilməsi nəzərdə
tutulur: "Gələn il
yeni sosial
sığınacaqların tikilməsi və bu
cür sığınacaqların
sayının artırılması məsələsi üzərində
daha ciddi iş aparılacaq".
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Elnur
Kələntərli bildirib ki, qarlı-şaxtalı günlərdə
Bakının 5 rayonunda təşkil edilmiş
sığınacaqlarda gecələyənlərin 20 nəfəri
ata və anası olmayan səfil uşaqlar olub. Onun sözlərinə
görə, həmin uşaqların 12-si palatalara
yerləşdirilib, 8-i isə hazırda karantindədir. "Çünki o
uşaqların sağlamlığında müəyyən
problemlər aşkarlanıb və ona
görə də karantinə götürülüblər".
Elnur Kələntərli qeyd
edib ki, sonrakı mərhələdə
həmin 20 uşaq müvafiq
uşaq müəssisələrinə
yerləşdiriləcək. Qarlı-şaxtalı günlərin
təcrübəsinin nəzərə
alındığını bildirən Elnur
Kələntərli Bakıda, Zabrat qəsəbəsində
belə insanlar üçün
sosial ev tikintisinə
başlanacağını da qeyd edib. "Həmin sosial ev 50 nəfərlik olacaq. Rayonlarda da 8 belə sosial evin tikilməsi nəzərdə tutulur. Məqsəd səfil uşaqların
küçələrdən
yığışdırılmasıdır".
Qadın Krizis Mərkəzinin rəhbəri
Mətanət Əzizova isə o qənaətdədir ki,
küçə uşaqları üçün
sığınacaqların tikilməsi və idarə
olunması işini QHT-lər görsə, daha effektli olar. O təklif edir ki, maliyyəni dövlət
ayırsın, işi isə QHT-lər görsün. "Çünki
sığınacaq, krizis, reabilitasiya
mərkəzləri QHT-lərin nəzdində yaradılanda daha effektli olur.
Ona görə ki,
dövlət orqanları bu işi görəndə, bu
daha çox formal təsir bağışlayır. Ancaq QHT-lər konkret iş prinsipini
özündə ifadə etdiyi üçün görülən iş daha səmərəli
olur. Digər tərəfdən, maliyyə
varsa, bunun arxasında
nəzarət də var. Adətən bir sığınacaq açılarkən donor təşkilatdan maliyyə tapılır
və hansısa bir iş
görülür. O üzdən layihə,
maliyyə varsa, bunun
arxasında monitorinqlər, hesabatlar var. Həm ictimai, həm də
donor təşkilatların
qarşısında hesabatlar verilir ki, həqiqətən
də filan iş görülüb. Bu cür iş prinsipi də daha çox QHT-lər üçün
xasdır. Onu da qeyd edim ki,
küçə uşaqları ilə bağlı QHT-lərin
nəzdində sığınacaqlar var və
çox effektiv
işləyir. Məsələn, Kəmalə Ağazadənin
rəhbərlik etdiyi Azərbaycan Uşaqlar Birliyi bu işi çox
yaxşı görür. Sözügedən
təşkilatın sığınacağında
küçə uşaqlarının həm qalmaq,
həm də cəmiyyətə reinteqrasiya
məsələsi çox yaxşı təşkil
olunub. Bu hansısa nazirliyin nəzdində olsaydı, inanmıram ki, bu cür
effektli idarəçilik əldə etmək
mümkün olardı. Başqa
bir tərəfdən, QHT-lər idarəçilikdə
daha çox inkişaf edir və
yeniliklər əldə etməyə üstünlük
verir. Bunun üçün indiki zamanda tam şərait də
var. Mütəmadi olaraq
internetdən məlumatlar alırlar, digər təşkilatlar
öz iş təcrübəsini
paylaşır, "dəyirmi masa"lar olur və s. Ona görə də
sözügedən işin QHT-lərə
həvalə olunması daha məqsədəuyğundur".
"Xəzər Gələcək
Naminə Tərəfdaşlıq" İctimai Birliyinin
analitiki Fərqanə Məmmədxanova hesab edir ki, bu sahədə
effektli idarəçilik mexanizminin tapılması
üçün dünya təcrübəsindən faydalanmaq
da lazımdır. Çünki bir sıra Avropa ölkələri
bu işdə daha çox təcrübəyə malikdir. Ekspertin sözlərinə görə, uşaq
hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq
sistemin əldə etdiyi
ən önəmli nailiyyət yalnız uşaqların əqli
və fiziki cəhətdən yetişmədiyi
səbəbindən doğulana qədər
və doğulandan sonra
hüquqi müdafiəsi də daxil olmaqla xüsusi
qayğıya və müdafiəyə ehtiyacı olduğu faktının beynəlxalq birlik tərəfindən təsdiqi yox, həm də uşaqların hüququn müstəqil subyekti
kimi tanınmaları oldu.
"Uşaq hüquqları
Bəyannaməsində bəyan edilən bu
prinsip öz
inkişafını BMT-nin uşaq
hüquqları Konvensiyasında tapdı. Konvensiya
uşaq hüquqlarının müqavilə
hüququ norması gücü
qazanmış ilk genişmiqyaslı
tanınmış beynəlxalq sənəd oldu.
Konvensiya həm də ona
görə beynəlxalq hüququn unikal mənbəsi hesab edilir ki, ilk
dəfə olaraq hüquqların bütün spektri - vətəndaş,
siyasi, sosial və iqtisadi hüquqlar bir sənəddə möhkəmləndi.
Konvensiyanın preambulasında göstərilir ki,
uşaqlar zəif olduqlarına görə
xüsusi qayğıya və mühafizəyə
möhtacdırlar. Burada ailə tərəfindən
müdafiə sahəsində əsas qayğı və məsuliyyət
xüsusi nəzərə
çatdırılır. Preambulada uşağın doğulmazdan əvvəl
və doğulandan sonra
hüquqi və digər müdafiəsi zərurəti,
uşağın mənsub olduğu
xalqın mədəni dəyərlərinə hörmətin
vacibliyi və uşaq
hüquqlarının müdafiəsi işində beynəlxalq
əməkdaşlığın həyati əhəmiyyətə
malik rolu da təsdiq edilir.
Konvensiyanın müddəalarına toxunarkən VI maddəni xüsusi olaraq vurğulamaq istərdim. Maddədə göstərilir
ki, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa
malikdir və buna
görə də dövlət uşağın sağ qalmasını və
inkişafını təmin etməyə borcludur.
Lakin təəssüflə qeyd etmək lazımdır ki,
son dövrdə çox
sayda uşaq yaşamaq hüququndan məhrum
edilir. Bu gün bir çox
cinayətkar qruplar insanların, xüsusilə
uşaqların daxili orqanlarının
ticarəti ilə məşğul olur. Bu məqsədlə oğurlanan
yüzlərlə uşaq məhz həmin
cinayətkar qrupların qurbanına, ticarət obyektinə çevrilir və fundamental
hüquqlarından olan yaşamaq
hüququndan məhrum edilirlər". Konvensiyaya əsasən uşaqların öz valideynləri ilə yaşamaq
hüququna malik olduqlarını
söyləyən F.Məmmədxanova vurğulayıb ki, bir şərtlə ki, bu onların ən
yaxşı mənafeyinə zidd
olmasın. "Rusiyada aparılan
araşdırmalar nəticəsində məlum olub ki, bir
çox ailələrdə valideynlərlə
birgə yaşamaq uşaqlar
üçün real
təhlükə mənbəyidir. Səbəb isə valideynlərin
birinin və ya hər
ikisinin içki düşgünü olmasıdır. Belə hallarda uşaqlar
uşaq evlərində yaşamağı
daha üstün tutur və sərxoş valideynlərdən ən
yaxşı halda bir növ "canlarını qurtarmağa"
çalışırlar. Ən pis halda isə belə ailələrdə yaşayan və tərbiyə alan
uşaqlar gələcəkdə cəmiyyət
üçün təhlükə mənbəyi
olan cinayətkarlara və ya
cəmiyyət üçün
"yararsız" insanlara çevrilirlər.
Bu problemin
qarşısını almaq,
uşaqların sağlam ortamda
böyüyüb - başa
çatması üçün dövlət
bütün lazımi tədbirləri
görməlidir. Konvensiyanın 20-ci maddəsi məhz bu məsələyə həsr olunub. Orada deyilir ki, öz ailə mühitindən müvəqqəti
və ya daimi məhrum
olan, yaxud özünün ən yaxşı mənafeyi
naminə belə mühitdə qala bilməyən
uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və ona yardım göstərilmək hüququna malikdir".
Beynəlxalq Əmək
Bürosunun statistikasına diqqət çəkən ekspert
bildirib ki, orda 5-14 yaşlı uşaqların dörd milyonunun
bu gün məcburi əməyə cəlb edilməsi göstərilib.
Onun sözlərinə
görə, bunlar uşaqlıqdan məhrum
edilmiş uşaqlardır. "Bir çox hallarda ailələr özləri
uşaqların istismar qurbanına
çevrilmələrinə səbəb olurlar.
Bu bir tərəfdən
maliyyə çətinliyi ilə izah
edilirsə, digər tərəfdən adət-ənənədən
irəli gələn məsələ kimi
izah edilir".
F.Məmmədxanova qeyd edib ki,
konvensiyada göstərilən müddəalara,
həmçinin konvensiyanın bir çox dövlətlər tərəfindən
ratifikasiya edilməsinə baxmayaraq
bu gün, bu sahədə çoxsaylı ciddi problemlərin mövcudluğu
danılmaz faktdır. "Fikrimcə, mövcud
problemlərin aradan qaldırılması üçün bütün
dünya dövlətləri gələcəyimiz
olan uşaqların firavan
həyatı naminə öz səylərini
daha da gücləndirməlidirlər".
Uşaq Hüquqlarını
Müdafiə Liqasının sədri Yusif Bəkirov
küçə uşaqlarından danışarkən Azərbaycanda
belə halların mövcudluğunu dövlət
proqramında mövcud olan boşluqlarla əlaqələndirib.
"Ona görə də azyaşlı uşaqlar satılır və kimsəsiz şəkildə
küçələrə atılır. Təbii ki, ailəyə mənəvi-maddi dəstək
göstərilməsə, ictimai əsaslı
proqramlar yaradılmasa, sosial
ünvanlı yardımlar olmasa, müxtəlif
qruplar tərəfindən uşaqların
oğurlanıb satılması mütəmadi hal
alacaq. Hətta bu tip bəzi uşaqlardan gələcəkdə
terror əməliyyatlarında istifadə oluna biləcəyi də istisna
deyil. Araşdırmalar göstərir ki, qaçırılan uşaqların bəzi
hallarda daxili orqanlarından
satış məqsədilə istifadə olunur.
Ona görə də aidiyyəti orqanlar vaxtında bu problemin qarşısını alaraq
müvafiq tədbirlər görməlidir.
Azərbaycanda yoxsul ailələrin
sayı çox olduğundan, bu ailələrdən
çıxan azyaşlılardan müxtəlif çirkin məqsədlər
üçün istifadə olunur. Uşaqlar bir çox hallarda ticarət mafiyasının obyektinə çevrilir. Bir çox uşaqlardan gizli ticarət, narkotik alveri və dilənçilik məqsədilə
bəhrələnirlər. Bütün dünya ölkələri bununla
mübarizə aparmağa
çalışır. Problemin əsasında
internetə aludəçilik dayanır. Uşaqların
özbaşına buraxılması hətta ən ağır
cinayətlərə gətirib çıxara bilər. Daxili İşlər Nazirliyi
mütləq uşaqlara nəzarət etməlidir".
Y.Bəkirov hesab edir ki,
sözügedən problemlərin yaranmaması
üçün uşaqların asudə vaxtlarını
keçirmək üçün müvafiq yeni məkanların
açılması da vacibdir.
Azərbaycan Helsinki Vətəndaş
Assambleyasının Uşaq Hüquqları Komitəsinin sədri
Tamilla Zeynalova Azərbaycanda uşaqlara nəzarətin zəif
olduğunu söyləyib. "Bəzi valideynlər bunu düşünmür.
İndi uşaqların həyatına daha ciddi təhlükələr
var. Uşaqları hətta həyətə
buraxmaq da təhlükəlidir.
Həm də qanunlarımız çox zəifdir.
Polislər də mövcud durumla
maraqlanmır. Dövlət bu məsələni
mütləq öz nəzarətinə
götürməlidir. Belə getsə, 3 il
sonra uşaq oğurluğu, uşaq
ticarəti çox pis
vəziyyətə düşəcək. Bunun
üçünsə, ailələrlə bərabər, hər
kəs maarifləndirilməli, internet
salonları ciddi nəzarətə
alınmalı, kitab oxumaq
üçün klublar
açılmalı, uşaqların dincəlməsi üçün əyləncə mərkəzləri
fəaliyyətə başlamalıdır".
Firdovsi
Şərq.- 2012.- 21 fevral.- S. 11.