Qaçqın və məcburi
köçkünlərə göstərilən dövlət
qayğısı...
Azərbaycan
Respublikasının iqtisadi-siyasi gücü artdıqca
dövlət bir vaxtlar ən ağır problem olan
qaçqın və məcburi köçkünlərin
qayğıları ilə daha yüksək səviyyədə
məşğul olmağa başlayıb. Belə ki, ötən
illərə qədər bu məsələdə xarici
humanitar təşkilatların rolu daha böyük idisə, Azərbaycan
artıq qaçqın və məcburi köçkünlərin
bütün problemlərini özü müstəqil həll
edə bilən iqtisadi gücə malik bir ölkəyə
çevrilib. Əvvəllər acınacaqlı şəraitdə
məskunlaşmış qaçqın və məcburi
köçkünlərimiz ölkə rəhbərinin ciddi
qayğısı, dəstəyi nəticəsində mərhələ-mərhələ
onlar üçün salınmış yeni yaşayış
komplekslərinə, rahat mənzillərinə
köçürülüblər. Ölkə rəhbəri
tərəfindən qaçqın və məcburi
köçkünlərin yaşayışı ilə
bağlı dəfələrlə verilmiş sərəncamlar
bunu əyani sübut edir.
2004-cü il 1 iyul
tarixli sərəncamla "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
təsdiq edilib. Məhz bu proqram və orada nəzərdə
tutulmuş geniş tədbirlər ölkədəki
qaçqın və məcburi köçkünlərin
hökumətin daim diqqət mərkəzində
olmasının qarantı idi. Uzun illər dözülməz
şəraitdə yataqxanalarda, məktəb və zavod
binalarında, yaşayış üçün uyğun
olmayan yerlərdə məskunlaşan qaçqın və məcburi
köçkünlər yeni, rahat, şəxsi mənzillərinə
köçməyi səbirsizliklə gözləyirdilər.
Ümumilikdə
ölkə başçısı tərəfindən 45 fərman
və sərəncam imzalanıb, Nazirlər Kabineti 141 qərar
və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edib.
Dövlət Proqramında 22921 ailə
- 110 min məcburi köçkünün həyat şəraitinin
yaxşılaşdırılması, o cümlədən
21354 ailənin yeni qəsəbələrə
köçürülməsi, 1567 ailənin isə müvəqqəti
məskunlaşdıqları ictimai binaların təmiri, 30 min
iş yerinin yaradılması nəzərdə tutulub. Hər
il ərzində minlərlə qaçqın və məcburi
köçkün onlar üçün nəzərdə
tutulmuş yeni yaşayış komplekslərinə
köçürülürlər.
Bütün bu illər
ərzində çadır düşərgələrinin ləğvi
dövlətin prioritet məsələsi olub.
Ötən gün
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov İmişli rayonunda olub.
QMKİDK-nın sədri
Əli Həsənov və rayon icra başçısı
Vlyam Hacıyev Füzulidən olan məcburi
köçkünlər üçün yeni salınan qəsəbədə
tikinti işləri ilə maraqlanıblar.
Komitə sədri
inşaatçılara bir sıra tövsiyə və
tapşırıqlarını verib.
Əli Həsənovun
verdiyi məlumata görə, İmişli rayonunda salınan qəsəbə
550 evdən ibarət olacaq. Qəsəbədə həmçinin
560 yerlik məktəb, 50 yerlik uşaq bağçası,
feldşer məntəqəsi, klub, icma mərkəzi və
istirahət parkının salınması nəzərdə
tutulub. İlkin mərhələdə 1, 2, 3, 4 otaqdan ibarət
325 ev tikiləcək. Artıq bir çox evlərdə tikinti
işləri başa çatıb.
Ə.Həsənov
deyib ki, hazırda respublikanın 9 rayonunda tikinti işləri
aparılır ki, bu da 4 min mənzil deməkdir. Artıq 7 fin
qəsəbəsinin ləğv olunduğunu deyən Ə.Həsənov
qeyd etdi ki, növbəti iki ildə digər 8 fin qəsəbəsi
ləğv edilərək yerində müasir tipli qəsəbələr
salınacaq.
Komitə sədri
jurnalistlərə bildirib ki, Prezident İlham Əliyevin
tapşırığına əsasən respublika ərazisində
məskunlaşan və yataqxanalarda yaşayan qaçqın və
məcburi köçkünlərin köçürülməsi
prosesinə başlanılacaq: "Bunun üçün
Qaradağ, Masazır və Müşfiqabad ərazisində
yeni qəsəbələr salınır. Həmçinin
Abşeron rayonu Qobu ərazisində 200 hektar sahədə yeni
şəhərciyin salınması nəzərdə
tutulub".
Həmçinin
Komitə sədri bildirib ki, 2012-ci ildə ötən ilin
müvafiq dövrü ilə müqayisədə
qaçqınların və məcburi köçkünlərin
problemlərinin həllinə 2-2,2 dəfə çox əlavə
vəsait ayrılıb:
"Bu il biz 9 rayonda
tikinti işləri həyata keçirəcəyik və 12
minə yaxın məcburi köçkün yeni inşa
olunacaq mənzillərə köçürüləcəklər.
Tikinti işləri Mingəçevirdə, Şəkidə,
Abşeronda həyata keçirilir. Qəbələdə iki
beşmərtəbə və 150 mənzildən ibarət bina
tikiləcək. Bərdədə 195 mənzilli fərdi evlər
tikiləcək, yeni qəsəbə salınacaq.
İmişlidə 350 evdən ibarət qəsəbənin
inşa edilməsi nəzərdə tutulub. Eyni zamanda,
Füzulidə də tikinti işləri aparılacaq".
Ə.Həsənovun
sözlərinə görə, bütün bu işlərin
görülməsində məqsəd Bakı şəhərində
mövcud olan yataqxanalarda yaşayan məcburi
köçkünlərin köçürülməsidir:
"Bu məqsədlə
Abşeron rayonunun Qobu ərazisində çox böyük
şəhərcik salınacaq. Qaçqın və məcburi
köçkünlərin sosial problemi, demək olar ki, yoxdur.
Bu kateqoriyadan olan vətəndaşlarımız dövlətin
təminatındadır. Yeganə problem
torpaqlarımızın işğaldan tezliklə azad
olunmasıdır. Mən əminəm ki, ölkə prezidenti
tərəfindən uğurla aparılan xarici siyasət öz
uğurlu nəticələrini verəcək və
soydaşlarımız tezliklə öz doğma yurdlarına
qayıdacaq".
Sədr onu da bildirdi
ki, cənab prezidentin tapşırığına əsasən
növbəti 3 ilədək çətin şəraitdə
yaşayan heç bir məcburi köçkün olmayacaq.
Xüsusən
keçən iki il ərzində (2010-2011-ci illərdə)
görülən ciddi işlərə nəzər yetirsək,
ölkə başçısının
tapşırığını yerinə yetirməyin çətin
olmayacağı aydın olur.
Naxçıvan
Muxtar Respublikasında 100 qaçqın və məcburi
köçkün ailəsi üçün
yaşayış evləri tikilib istifadəyə verilib.
Ümumiyyətlə, Dövlət Neft Fondundan və digər
mənbələrdən ayrılan vəsait hesabına 18190
ailə, 81,8 min nəfər daimi məskunlaşmamış
qaçqın və məcburi köçkünlər
üçün 10168 min kv.metr sahəsi olan 63 qəsəbə
və fərdi evlər, həmçinin 123 məktəb, 4
musiqi məktəbi, 37 uşaq bağçası, 45 tibb
müəssisəsi, 33 rabitə evi tikilib.
Naftalan şəhərinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsi
ilə əlaqədar Goranboy rayonu ərazisində 164 məcburi
köçkün ailəsi üçün tikilən 3 ədəd
beşmərtəbəli yaşayış binalarının və
360 şagird yerlik məktəbin tikintisi başa
çatdırılıb.
Ağcabədi rayonu
üzrə (rayondakı fin qəsəbələrində məskunlaşmış
994 və məktəb binalarında məskunlaşmış
114 məcburi köçkün ailələri
üçün - cəmi 1108 ailə, bundan Laçın
rayonundan olan 552 ailə üçün yeni qəsəbənin
salınması, digər rayonlardan olan 556 ailə
üçün çoxmərtəbəli evlərin
tikintisinə) torpaq sənədləri və texniki şərtlər
alınıb.
Bundan əlavə,
Bakı Dövlət Universitetinin 7 yataqxanasında məskunlaşmış
758 məcburi köçkün ailəsinin çoxmərtəbəli
yaşayış binaları tikilməklə
köçürülmələri üçün
Abşeron rayonunun Masazır kəndi ərazisində 12 ha
torpaq sahəsi ayrılıb və tikintisi başa çatmaq
üzrədir. Yeni məhəllənin müvafiq mühəndis
kommunikasiyalarla təmin edilməsi üçün Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən
aidiyyəti təşkilatlara müraciətlər edilmiş və
texniki şərtlər alınıb.
2011-ci il 21 fevralda
"Məcburi köçkün ailələrinin mənzil
şəraitinin yaxşılaşdırılmasına dair əlavə
tədbirlər haqqında" yeni sərəncam imzalanıb.
Ümumilikdə
2011-ci ildə 7 fərman və sərəncam imzalanıb.
Nazirlər Kabineti 12 qərar və sərəncam, Milli Məclis
isə 1 qanun qəbul etmişdir. 2011-ci ildə Ağcabədi
rayonu ərazisində 560 məcburi köçkün ailəsinə
beşmərtəbəli 10 yaşayış binasının
və rayonun Taxta Körpü ərazisində Laçın
rayonundan olan 552 məcburi köçkün ailəsi
üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində
525 ailəlik beşmərtəbəli 9 yaşayış
binasının, Heydər Əliyev Mərkəzinə
yaxın yataqxanada çox acınacaqlı vəziyyətdə
məskunlaşmış məcburi köçkünlərə
Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli
binanın tikintisi başa çatdırılıb. Həmçinin
Bakı şəhəri ərazisində dövlət
ehtiyacları ilə əlaqədar 406 məcburi
köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti
ilə hazır mənzillər alınmaqla
köçürülməsi təmin edilib.
"Naftalan şəhərinin
sosial inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" Sərəncamın
icrası ilə əlaqədar Naftalan şəhərindəki
bütün məcburi köçkün ailələrinin
Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli
12 yaşayış binasından ibarət yeni məhəllədəki
690 mənzilə köçürülməsi tamamilə
başa çatdırılıb.
Önümüzdəki
illər ərzində görülməsi nəzərdə
tutulan işlər isə məsələyə son dərəcə
diqqətlə yanaşıldığını bir daha
sübut edir.
2011-2013-cü illər
ərzində tikintisi yarımçıq qalmış
binalarda müvəqqəti məskunlaşmış 3092 nəfərdən
ibarət 736 məcburi köçkün ailəsi
üçün Bakı şəhəri və ya Abşeron
rayonu ərazisində çoxmərtəbəli
yaşayış binalarının tikilməsi və həmin
ailələrin bu binalara köçürülməsi
reallaşacaq. Bu, məcburi köçkün ailələrinin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması
ilə yanaşı, 9-cu mikrorayonda yerləşən Təcili
Tibbi Yardım stansiyasının tikintisi yarımçıq
qalmış binalarında inşaat prosesinin tamamlanmasına və
onların təyinatı üzrə istifadəsinə də
imkan verəcək.
Dövlət
başçısının yeni sərəncamının daha
bir önəmli xüsusiyyəti mənzil hüququ pozulan
yüzlərlə insanın hüququnun təmin edilməsi ilə
bağlıdır. Faktdır ki, bəzi məcburi
köçkün ailələri öz doğma
yurd-yuvalarını tərk etdikdən sonra elə məcburiyyət
qarşısında başqa insanlara məxsus mənzillərdə
məskunlaşdılar. Bu da həmin insanların mənzil
hüquqlarının pozulması ilə nəticələndi.
Lakin indi bu məsələnin həllində praktik addımlar
atılır. "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"na
edilən yeni əlavələrə müvafiq olaraq
2012-2014-cü illər ərzində Bakı və Sumqayıt
şəhərlərində başqa vətəndaşlara məxsus
olan mənzillərdə və evlərdə müvəqqəti
məskunlaşmış 5445 nəfərdən ibarət 1210
məcburi köçkün ailəsi üçün
Bakı, Sumqayıt şəhərləri və Abşeron
rayonu ərazisində çoxmərtəbəli
yaşayış binaları tikiləcək və həmin ailələrin
bu binalara köçürülməsi təmin olunacaq. Bu da
1210 insanın mənzil hüququnun təmin olunması deməkdir.
2011-2014-cü illərdə
Ağcabədi rayonunun Taxta Körpü ərazisində
yeraltı qazma və daxmalarda xüsusilə ağır şəraitdə
yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi
köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi
üçün ayrılmış torpaq sahələrində
yaşayış evlərinin tikilməsi və ya qəsəbələrin
salınması, eyni zamanda, Gəncə şəhərinin Kəpəz
rayonunda, Hacıkənd qəsəbəsində müvəqqəti
məskunlaşmış 2595 nəfərdən ibarət 519 məcburi
köçkün ailəsi (Xocalı rayonundan olan 1665 nəfərdən
ibarət 333 ailə, Kəlbəcər rayonundan olan 930 nəfərdən
ibarət 186 ailə) üçün Göygöl və
Goranboy rayonları ərazilərində qəsəbələrin
salınması və həmin ailələrin bu qəsəbələrə
köçürülməsi reallaşacaq.
Bütün bunlar təbii
olaraq daha on minlərlə məcburi köçkünün mənzil-məişət
şəraitini daha da yaxşılaşdıracaq, onların
sosial vəziyyətinin əhəmiyyətli dərəcədə
yüksəlməsinə imkan verəcək. Bu həm də
Azərbaycan Prezidentinin qaçqın və məcburi
köçkünlərə yüksək diqqət və
qayğısının növbəti bariz təzahürüdür.
Prezidentin siyasətini hər zaman dəstəkləyən və
onun ətrafında sıx birləşən qaçqın və
məcburi köçkünlər yurd həsrətinə son
qoyulacaq günün uzaqda olmadığına qəti əmindirlər.
Çünki dövlətin, onun rəhbərinin bu istiqamətdə
atdığı addımları, həyata keçirilən məqsədyönlü
siyasətin uğurlu nəticələrini aydın
görürlər.
İsmayıl
Şərq.-
2012.- 7 iyul.-S.11.