Ziya" qəzeti
1977-ci ildə
Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini
bitirib.
1982-ci ildə Azərbaycan
Xarici Dillər İnstitutunun nəzdində 2 illik və 2010-cu
ildə İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin
1 illik fars dili kurslarını əla qiymətlərlə
bitirib, diplom və sertifikat alıb.
1977-1997-ci
illərdə "Azərbaycan məktəbi"
jurnalında, "Sovet kəndi" (sonrakı adları "Bərəkət",
"Həyat"), "Ədalət" qəzetlərində
müxtəlif vəzifələrdə işləyib.
1997-ci ildən
"Vətən uğrunda" (əvvəlki adı "Əlillər")
qəzetinin baş redaktorudur.
2005-ci ildə
"Tərəqqi" medalına layiq görülüb.
"Əkinçi"
qəzeti ilə (1875-1877) bünövrəsi qoyulan milli mətbuatımız
xalqımızın mənəvi dünyasında əsl
intibah yaratmışdır. Bu qəbildən
"Əkinçi" qəzetinin iki illik fəaliyyəti
başa çatandan sonra davamçıları meydana gəlir.
Onların sırasında 1879-cu ilin dekabrında Tiflis şəhərində
Səid Ünsizadənin təsisçiliyi və Cəlal
Ünsizadənin mühərrirliyi ilə "Ziya" qəzeti
nəşrə başlayır və cəmi bir il fəaliyyət göstərir. Müxtəlif qəzet və jurnalların fasilələrlə,
hətta axın halında nəşrləri Azərbaycan Xalq
Cümhuriyyəti dövründə pik nöqtəsinə
çatır.
Məlum
olduğu kimi, təxminən 50 ilə yaxın bir müddətdə
rus dilində çıxan mətbuat nümunələri istisna
olmaqla qalanları ərəb əlifbasında tarixə
düşmüşdür. Sonralar əlifba
islahatları milli sərvətimiz olan mətbuatımızın
kökündən, keçmişindən xalqımızı
ayrı salmışdır. İndi həmin
dövrə körpü salmaq son dərəcə aktual məsələdir.
Bunun üçün son vaxtlar "Əkinçi" qəzetinin
latın qrafikasına çevrilib nəşr
olunmasını təqdirəlayiq sayır və həmin ənənəni
digər mətbuat orqanlarımızın timsalında xronoloji
ardıcıllıqla və istisnasız davam etdirilməsini zəruri
bilirik.
Hazırda yalnız
M.F.Axundov adına Milli Kitabxanada
saxlanılan və zaman keçdikcə fiziki cəhətdən
köhnələn orijinal nüsxələri əsrlər boyu
qorumaq üçün onların latın qrafikası ilə
üzünün köçürülüb kitab şəkilində
çoxaldılması düzgün çıxış
yoludur. Beləliklə, həmin qəzet və
jurnalları ərəb əlifbasını bilməyən
müasir insanlarımızın və gələcək nəslin
istifadəsinə vermək həqiqətən dəyərli
bir xidmətdir. Bu dövlət əhəmiyyətli
problemin həllində aidiyyatı orqanların köməyinə
ehtiyac duyulur. Həmin xeyirxah işin bir hissəsi olaraq
"Əkinçi" qəzetindən sonra işıq üzü
görmüş "Ziya" qəzetini Azərbaycan Mətbuat
Şurasının tövsiyəsi ilə latın
qrafikasına çevirib öncə qəzet
oxucularının ixtiyarına veririk. Ümidvarıq
ki, tezliklə həmin qəzet "Ziya" və "Ziyaye
Qafqaziyyə" adlarında kitab şəklində də nəşr
olunacaqdır.
Qeyd: Qəzetin mətnləri
ərəb qrafikasında səsləndiyi kimi latına
çevrilmiş və ərəb-fars ifadələrinin
açması qarşısında mötərizədə
verilmişdir. Eyni sözün izahı bir dəfə
olmuşdur. Bir neçə yerdə isə
sözlər orijinalda pozulduğuna görə həmin
sözün yerində mötərizədə "oxunmur"
sözü yazılmışdır. Ümidvarıq
ki, oxucularımız mənbə ilə bağlı texniki
aşınmalar, dövrə məxsus olan qəzetin dil və
üslub məsələlərinə toxunmadan yazıları
verməyimizdən irəli gələ biləcək
"qüsur"larımızı bağışlayacaqlar.
1-ci nömrə
Yekinci səne fi 4 mahe mühərrəm
(birinci il məhərrəm ayının
4-də)
Səne islamiyyə
(İslam ili) Səne məsihiyyə
(Xristian ili)
1297 - 1879
Fi 6 mahe diqəbr pəncşənbe
(cümə axşamı dekabr ayının 6-da)
Qəzetə
omuratının müdir və mühər - riri (Qəzet
işlərinin müdir və yazarı) Cəlal Ünsizadə.
Qəzetəmizə
postalama qiyməti 6 mənat Altı aylığı 4 mənat
Bir nüsxəsi 15 qəpik
Elamnamələrin hər
bir sətri 10 qəpik
Mənfəətlu
və yəxşi xəbərlər pulsiz qəbul və təb
(çap) olunur.
Qəzetəni
virən Səid Ünsizadə. Qəzetəni
basılmaqdən ötri göndərilən kağəzləri
idarəmiz basmaqdə muxtardur.
Ziya qəzetəsinin idarəxanəsi
Varansov küçəsində
Ağa Əli
Əsğərin 35 nomrəlu xanəsindədür. Yazı işləri və qəzetəyə moteəlliq
(aid) hər bir növ kağəzlər qəzetə
müdirinin adınə göndərilor.
Həftədə bir dəfə
təb olunur
Məvadde (maddələr)
mündəricə
Tilqrafnamələr.
Məmləkət
əhvalatı.
Məskudən
(Moskvadan) bir məktub.
Paytəxt
qəzetələrinin tazə xəbərləri.
Elan.
Tilqrafnamələr
London 1 diqəbr.
Kabilin yaxınlığində ingilis
topçilərinin və süvarələrinin üstünə
əfqanlərdən on min nəfər hücum idüb arələrində
bərk müharibə olubdur. İngilislərdən hərçənd
dörd top almışsələr də yenə sonrədən
məzkur (sözügedən) topləri geru alublər. (Robirts) məlum idir ki, oranin əhalisi ingilisə
müqabilə iləməgə ittifaq idüblər.
Kalkutə
2 diqəbr. Həmin ayun əvvəlində
Ben Şah Dehendkun yanındə düşmən çox
böyük qüvvət ilə cəmiyyət əmələ
gətirüblər. (Makfirson) hərçənd
Balahəsarın üstündə öz əlində olan səngəri
saxladisə də əmma düşməni təpələrdən
bərkənar iləməkə bacarmədi. Hansiki oradə oların səngərləri çox
bərk olmaqdən başqa böyük cəmiyyətləri
dəxi varıydı. (Bikker) müraciət
idəndən (qayıdandan) sonra düşmənin
üstünə hücum idüb və onləri qovluyub Ben
Şahımı və təpələri təsərrof ilədi
(ələ keçirdi). Makfirson tərəfindən
iki adəm və üç əfsər (zabit) tələf
olub on nəfər saldat dəxi məcruh olubdur
(yaralanıbdır).
Cənəral
Robirts hər bir xətdən özinün qələbə iləməgini
məlum idüb diyor ki diqəbrin 13 mci gicəsində fikr
olunmuş idi ki özlərinin təmam gücü ilə
düşmənin üstünə hücum iləsünlər
və ittifaq ilə (birlikdə) cəm olmuş düşmənin
şəhr əhli ilə əlaqələri dəxi
varıydi. Düşmənin tələfatı
çox olub genə şəhrin ətrafində düşmənin
çapqunçisi vardur. Robirtsin qəsdi
var ki hərqah onlər öz xahişləri ilə motəfərreq
(pərən-pərən) olub dağılməsələr
onların üstünə hücum iləsün. İngilislərin bu üç gündə olan tələfatı
37 nəfər və 6 əfsər məcruh olan 60 nəfər
və 10 əfsər.
Qəndəhar
2 diqəbr. Cənəral (Ostuvart) hökm
alubdur ki Heratə ilçi göndərsün ona görə
ki Əyyubxanə məlum iləsün hərqah istiyorsə
oradə özi vali və hakim qalsun gərəkdür ki
ingilisin mənfəəti mülahizəsilə Herati saxlamaq
ilə mühafizət iləsün. İngilislərin
bu hərəkəti oni göstərür ki necəki
güman idirlər hərqah Əyyubxan ilçi ilə
sifariş olunan sözi nəzərdə dutməsə olvəqt
ingilislər Heratə pəriş idəcəklər
(atılacaqlar).
Məmləkət
əhvalatı
Tiflis 6 diqəbr.
Mütaliə. Zəmanəmizdə
bir parə adəmlər nəzərə gəlür ki qəzetələr
oxuməğə və kitablərə mütaliə iləməgə
o qədər moltəfet olmuyorlər (diqqət yetirmirlər).
Və bəzilər hərçənd oxuməğə
həvəs iləsələr də oxuduği şeyin
burasindən orasindən şüur ilə ya şüursiz
mütaliə idüb əsl mətləbdən xəbərdar
olməmiş usanıb buraxurlər. Bu halətin
səbəbi bəz kəslərə məlum olsə də
yenə mən xiyalimə gələni ərz idəcəkəm.
Oxunan kitablər
və mütaliə olunan qəzetələr kutube səmaviyə
yəni Allah təala tərəfindən nazil olan kitablərdən
olməyan vəqtdə əlbəttə insanlər tərəfindən
yazılmış bir şey nəzərə gələr.
Bu surətdə həman insanın qüvvəte
qələmi və vüsəte əfkarı (fikirlər
vüsəti) mütaliə idənlərdən ya əladur -
ya degildür. Əgər əla isə
mütaliə idənlərin hali mühərririn nəzərində
fənab surətdə görindigindən həmişə
kitabətində ona səy idəcək ki mütaliə idənləri
fənaluq halətindən qurtarub özinin dərəcəsinə
yetişdirə. Onun bu qisim səy və
himməti-ül-insan əduvva limacəhələ məzmunincə
mütaliə idənlərə ağər kələcəkdir.
Çünki bir insanın yəxşiliğinə
çalışan vəqtdə əlbəttə onun adətkərdəsi
və xahişe nəfsi olan fənalıq onun nəzərinə
veriləcəkdür. Hansıki onun nəzərində
qayətdə müstəhsin (son dərəcə bəyənilən)
və məqbuldur. Buna görə o qisim məktublərin
mütaliəsi ilə xoşlənməzlər. Və likən həqlu dekillər. Və əkər mühərrir mütaliə idəndən
əla olməyub mühərririn məlumatı mütaliə
idən içün çoxdən monkəşf (məlum)
olmuş olsə olvəqt dimək olar ki mütaliə itməməkdə
həqqi vardur və likən bu qismin sahibi çox nadirdur.
Çox yəxşi nə idək hiç bir
şeyi mütaliə itmiyəkmi. Xeyr
haşa (heç vaxt) boylə sözi dimək olməz.
Çünki qəzetələr oxuməq və kitablər
mütaliəsilə o qədər xoşnud (xoşhal) və
mənfəətbərdar olub ləzzəti aparanlər var ki
mütaliəni özləri içün bir ləzzəte məxsusiyyə
hesab idüb kitabxanəsinə girən vəqtdə ilə zənn
idir ki dünyadə qəzetələr vasitəsilə
cümlə həvadesat (bütün hadisələr) ona məruz
(nümayiş) olməqdən qət nəzər (baxmayaraq) ərbabe
fəzl (ağıl sahibi) və kəmaldən monəqed
(doğru) olmuş bir məcməe və ya ürfadən
(mistika) cəm olmuş bir məcəllə hazır olub onlərin
məqalatini istema (eşitmək) ilə mühakiməyə
başladı. Bu qisim adəmlər müddəte
ömrlərini mütaliəyə sərf iləsələr
üsulən və qətən onlarə məlal
(yorğunluq) gəlməz. Nəhayət ərbabe
mütaliədən (mütaliə sahibindən) bu xasiyyətin
sahibləri qayətdə azdur. Həqiqətdə
dünyadə həyate insaniyyə nə qədər
mühüm isə mütaliəni dəxi o qədər
mühüm dutməq lazımdur. Çünki
həyatın mühüm olməği ölümün
qorxusundən dekildür. Bəlkə bu aləmdə
müşahidəsi ilə motələzzəz olduğu (ləzzət
apardığı) şeyləri çox görüb onlərdən
gördüyü ləzzətləri çox iləməkdən
ötrüdür. Boylə isə
dürüst degil ki həyatımızın ləzzəti ancəq
istiqbalə (gələcəyə) və gözümüz
görən şeylərə məxsus idüb zəmane maziyə
(keçmişə) və nəzərimizdən qayibdə
olanlərə müraciətlə həyatimizə vüsət
virməkdə himmət göstərmiyək
(çalışmayaq).
Bizlər
ki ata və babalərimizin cümlə şeylərinə
varis olmuşuq nə səbəbə görə onlərin yəxşi
yəxşi sözlərinə və baqaidə (qaydasıyla)
olan zendeqanlıqlərinə (yaşayışlarına) və
həyate mazilərinə (keçmiş həyatlarına)
malik olməyaq. Doğridür mütaliə
ilə nə qədər ünsiyyətə dutməyib ləzzətindən
xəbərdar olmiyəsən mütaliədən darixirsən
və likən xəbərdar olandən sonra əsl ləzzət
onu hesab idirsən. Bəz kəslər
kitabxanəni həyate mazi və qəzetələri cümlə
aləmin ayinəsi və neçə dillər bilməki onun
cilası fərz iləmişlər. Xülasə
mütaliəyə məşğul olan adəmlər kitabxanələr
içində qəzetələr vərəqində elə
dostlər peyda idirlər (tapırlar) ki xəritələr ilə
yazduqləri kitablərində cümlə aləmi bir saətdə
nəzərə virurlər və yerin kürəsindən qət
nəzər aləme əflaki (fələklər aləmi) təmaşə
itdürürlər. Bağlərdən
bağçələrdən başqa güllər
yaprağını vərəq vərəq göstərərlər
necə ki elme nəbatat ailəsinin birinin oğlindən xəbər
aldilər ki biz bu gün çox yerlər gəzdük sən
nə qəyirdün. Oğlan cəvab
virdi ki mən bir sünbülün içini gəzib qutarə
bilmədim.
Bu surətdə
ələlxüsus bu zəmanədə əqlə heyrət
gətürən əcayib rəyi kəşf idən adəmlər
həyate mazidə yəni kitablər mütaliəsində və
qəzetələr mülahizəsində öz sərgüzəştini
dərk idə-idə vəqtlərini sərf idüb həman
həyatı hər şeydən müqəddəm hesab iləsələr
həqləri vardur. Boylə isə aqil
olan kəslər nəinki mütaliədən nifrət idərlər
bəlkə oniydə həyati kibi mühüm və əziz
bir şey hesab idərlər.
Baku
Bakunün qaradasqoy
duması bu ilin iyul ayının 22 sində iclas idüb qərar
qoyublər ki april ayının 2 sindən
padşah imperator həzrətlərinin böyük olan bəladan
ömrünün nicat tapmağindən ötri şəhrin mənafeindən
həmişə ildə üç yüz əlli mənat xərc
müəyyən olunsun. Baku əhlindən bir nəfər
fəqir olan şakird yuxarı böyük olan məktəbxanələrin
birində tərbiyəyə virməkdən ötri hansı
ki Baku riyalni gimnaziyəsindən birinci mərtəbədə
yəxşi olan qabiliyyət və xasiyyət ilə momtaz
olmuş (fərqlənmiş) olə.
İrəvan
İrəvandən
yazurlər ki İrəvanın qaradasqoy duması müqərrər
(qərar) və qədəğən idübdir ki oranın
meydanində buğdanın xalvari altmış mənatdan ziyadəyə
(artığa) satılmasun.
Qars
Oradə
noyəbrin 22 sində ittifaq düşən qeylü qaldən
sonra oradə sükunət idənlərdən
(yaşayanlardan) iki irməni dükkanlərindən ivlərinə
müraciət idən vəqtdə görüblər ki ivlərinin
qapuləri açıq və sənduqləri
sınmış və içindən ağır bəhalu
şeyləri hətta övrətlərinin əyin paltarləri
dəxi götürülübdür. Və
ikisinin də övrəti meyyit düşübdür. Onlərdən biri cahelə imiş ki ip ilə
boğulub o birində bir əlamət yoxmuş. Bu
işi kim idübdür və necə
olubdür bir əhvalat hələ açılməyubdur.
(Davamı var)
Müştəba
İsmayıl oğlu Əliyev
Şərq.-
2012.- 17 mart.- S.18.