Bütün ağrıların adını bildim
Türk
dünyasının böyük şairi Zəlimxan Yaqub
ağır cərrahiyə əməliyyatından sonra Vətənə döndü.
Ziyarətinə getdik, görüşdük.
Yeni şeirlərini istədik. Etiraz etmədi. Buda həmən
şeirlərdir.
VAXT
Sularda üzdün, yetər,
Göylərdə süzdün,
yetər.
Torpaqda gəzdin,
yetər,
Könül,
getmək vaxtıdır.
Yol uzun, ömür gödək,
Olma heç kəsə yedək.
Gedək, ey könül, gedək,
Daha getmək vaxtıdır.
Bürün beş arşın
ağı,
Kəsmə Tanrıdan
bağı.
Allaha qovuşmağı
Qəbul etmək vaxtıdır.
BİZƏ
ŞÜKÜR, İLAHİ
Hər insanın öz yolu var,
öz cığırı, öz
izi,
Düz seçilən yola
şükür,
izə şükür,
İlahi!
Sarsıntılar
sınağından
sağ-salamat
çıxmışam,
Qarşıdakı dağa
şükür,
düzə şükür,
İlahi!
Mənim adım yaradılan,
sənin adın Yaradan,
Ulu sevgi hər gün təzə
körpü salır aradan.
Dolaşmadıq, vədəsində
ağı seçdik qaradan,
Həqiqəti doğru görən
gözə şükür,
İlahi!
Göydə idik, özün oldun
bizi yerə göndərən,
Hərəkətə, bərəkətə,
xeyrə-şərə göndərən.
Eşqi oda, ruhu səsə,
sözü şeirə döndərən,
Sən bizimsən, biz də sənin,
bizə şükür, İlahi!
GƏLƏR
Bir dünya sevginin ilki,
mayası,
Bir sağlam toxumdan, bir dəndən
gələr.
Arının vətəni güldü,
çiçəkdi,
Bülbülün cəhcəhi çəməndən
gələr.
Sevgi gah istidi, gah
da ki, sərin,
Kimiyə dayazdı, kimiyə
dərin.
Eşqin dastanına çevrilənlərin,
Sorağı Bağdaddan, Yəməndən
gələr.
Ürək yarpaq kimi asılar
dardan,
Düşərsən uzağa anadan,
yardan.
Bəd xəbər həmişə
qürbət diyardan,
Şad xəbər həmişə
Vətəndən gələr.
SUAL
Gələnin getməyi varmış
Ölənin itməyi varmış.
İtənin torpaq altında
Yenidən bitməyi varmış.
Səndə nə var Allahındı,
Məndə nə var Allahındı.
Görəsən
yazıq insanın,
Bəs dünyada nəyi
varmış?
DÖRDLÜK
Bir dağam bu dağlar
silsiləsində,
Öz zirvəm, öz
qarım, öz qartalım var.
Dərman tanımayan, haram bilməyən,
Qaya koğuşunda halal
balım var.
VƏTƏN
İmandan su içəndə
əqidəsi,
məsləki,
Min illik palıd kimi
yüksələn,
bitən olur
Ruh bədənin sirdaşı,
bədən
ruhun qardaşı,
Onda insanın gücü
hər
şeyə yetən olur.
Yaşamaq meydanı var
torpaqdan
Aya kimi,
Həyat hər an qaynayır,
çalxanır
dərya kimi.
Kim durmağı
bacarmır
tufanda
qaya kimi,
Toz kimi əl-ayaqda
dolaşıb
itən olur.
Dövlət kimi azad ol,
millət
kimi hürr yaşa,
Sənə verilən ömrü
adam
kimi sür, yaşa.
Zəlimxan, yurd eşqinə
uca
bir ömür yaşa,
Qürbətdə
də şairin
dayağı
Vətən olur.
İMTAHAN
Ürək, böyrək, baş, bədən
səni
sınağa çəkdi,
Bu gün qan sınağıdı,
qana
da imtahan ver.
Ruh tələb edir - yaşa,
can tələb - edir gedək,
Ruhdan icazə istə,
cana
da imtahan ver.
Əcəl çox hay-küy salıb
yaxasını
cırmasın,
Dinən şair qəlbidi,
o telləri qırmasın.
Ölümün
sualları
qoy
səni çaşdırmasın,
İncik salma özündən,
ona
da imtahan ver.
Şah damarı dağıdıb
axan
qanda nə tapdı,
Dərd içində qovrulub
yanan
canda nə tapdı.
Nə itirmişdi dünya,
Zəlimxanda nə tapdı,
Əvvələ
də cavab ver,
sona
da imtahan ver.
BORÇALI
Sənin müqəddəs adın
başımın
qızıl tacı,
Baş qoyub ayağına
gəlirəm,
ay Borçalı.
Qürbət mənə heç nə yox,
acı
göz yaşı verdi,
Mən onu dəftərimdən
silirəm,
ay Borçalı.
Sənə sarı gələndə
haqq
evinə varmışam,
Dünyanın
hər yerinə
səndən
eşq aparmışam.
Dağdan ağır dərdləri
parça-parça
yarmışam,
Mən Fərhadam, dərd qaya
dəlirəm,
ay Borçalı.
Bəxtin tükdən asıldı,
taleyin
darda qaldı,
Dondu çox arzuların,
boranda,
qarda qaldı.
Gedənlərin
dalınca
gözün
yollarda qaldı,
Başın gör nələr çəkib,
bilirəm,
ay Borçalı.
Həyat eşqin sönməsin,
ocağı,
piri qalsın,
Dodaqlarda saz-sözü,
ürəkdə
yeri qalsın.
Təki sənin varlığın
əbədi
diri qalsın,
Qəm yemə şair desə
ölürəm,
ay Boraçlı.
AĞRIYA
SÖZÜM
Heç nəyi görmək istəmirsən,
Gözündə bir korluq
var.
Heç nəyi eşitmək istəmirsən,
Qulağında bir karlıq
var.
Heç nəyi duymaq istəmirsən,
Qəlbində bir darlıq
var.
Heç nəyi dərk etmirsən,
Unutma ki, səndən yuxarıda
Əbədi bir varlıq
var.
Nəsə səndən şübhələnmişəm,
Sənin ruhunda
Allahın xəbəri olmayan
Bir saxtakarlıq var!
ZOR
İŞ
Bütün ağrıların adını
bildim,
Bütün dərmanların dadını
bildim,
Bütün insanları süzdüm, ələdim,
Doğmasını
bildim, yadını bildim,
İnsanla danışmaq zor imiş, Allah!
Dərdin dənizində üzdüm,
yaşadım,
Bütün bəlalara dözdüm, yaşadım,
Bütün ağrları canıma çəkdim,
Ağrıya-ağrıya
gəzdim, yaşadım,
Ağrıyla yaşamaq zor imiş, Allah!
Qovuşdum aylara, çatdım illərə,
Gəmitək yan aldım gen sahillərə,
Ağlım açar saldı bağlı dillərə,
Hamıyla dil tapdım, dindim, danışdım
Səninlə dil tapa bilmədim,
Allah
Hamıyla dil tapıb danışmaq olar,
Səninlə danışmaq zor imiş, Allah!
YOXDUR
Eşq olan yerdə Allah var,
Allahlıqda riya yoxdur
Şeytanlıqda
bircə damla,
Halallıqdan maya yoxdur.
Tanrı kimi çıx meydana,
Cansızları
gətir cana.
Başını
qoşma şeytana,
Onda abır-həya yoxdur.
Göyü uca, yeri dərin,
Ruhu sakit, qəlbi
sərin.
Haqqa doğru gedənlərin
Dilində bəd dua yoxdur.
AĞRILI
MİSRALAR
Hər şey hesablanıb
bizdən
xəbərsiz,
Hər bahar gələndə
yada
yar düşər.
Hesablaş zamanla,
vaxtla,
vədəylə,
Hər payız gələndə
dağa
qar düşər.
Ey şair! Özünü
yığışdır
daha,
Bəxtinə saralmış
şeir
dəftəri,
Yadına ağrılı
misralar
düşər.
TƏMƏNNALI
DÜNYA
Təmənnalar,
təmənnalar,
Qəlbiniz boş, içiniz dar
Dartın, yığın harda nə var,
Siz varsınız, mənasızdı
Bu qədər
mənalı dünya,
Ah bu təmənnalı dünya.
Gülü yoxdu, dərən ola,
Xan taxtına sərən ola.
Çətin ona indən belə,
Gəlib üz göstərən ola.
Atırsan keçə yerinə,
Köhnələndə
xalı dünya,
Ah bu təmənnalı dünya.
Demirsən qızıl yallıydı,
Demirsən ifçin nallıydı.
Yerlə, göylə əlləşərdi,
Göylər qədər xəyallıydı.
Köhlən
at qocalan kimi,
Sökdürürsən
nalı, dünya,
Ah bu təmənnalı dünya.
Ağrı nədir, azar nədir,
Ürək hardadı, bilmirdim.
Ciyər necə nəfəs alır,
Böyrək hardadı, bilmirdim.
Taleyimə, qismətimə,
Duzaq harda qurulacaq,
Kələk hardadı bilmirdim.
Məndən ötrü təbiətin
Zəhər oldu balı,
dünya.
Ah bu təmənnasız ömrüm,
Ah bu təmənnalı dünya!
SUAL-NİDA
Eşitmisənmi yetimin ağlamasını?
Görmüsənmi qəribin göynəməsini?
Duymusanmı ağrıların illətini?
Eşitməyəydim!
Görməyəydim!
Bilməyəydim!
Kaş bu ağır sınaqlarla
İmtahana çəkilməyəydim!
(Davamı növbəti şənbə
sayımızda)
Zəlimxan YAQUB,
Xalq şairi
Şərq.-
2012.- 31 mart.- S. 17.