Gənc alimimiz uğura imza atıb
Yusif
Alıyev İstanbulda beynəlxalq elmi konfransda iştirak edib
29 aprel - 4 may 2012-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin
İstanbul şəhərində
keçirilən fizikanın ifratkeçiricilik
və magnetizm sahəsinə həsr olunmuş "3rd İnternational
Conference on Superconductivity and Magnetism - İCSM-2012" konfransında
dünyanın yüzdən çox
ölkəsindən 1500 alim iştirak edir.
2008-ci ildən başlayaraq iki ildən bir təşkil
olunan "İnternational
Conference on Superconductivity and Magnetism" konfransı elmi
yenilik səviyyəsinə və nəticələrinin
etibarlılığına, sənayedə, istehsalatda
tətbiqi baxımından xüsusi əhəmiyyətə
malikdir. Dünyanın bir çox ölkələrinin
aparıcı elmi mərkəzlərində
araşdırılması böyük
aktuallıq kəsb edən müxtəlif tərkibli maqnit keçiricilər və
ifratkeçiricilərin tədqiqi ilə məşğul olan tanınmış alimlərin (xüsusən
gənc alimlər üstünlük təşkil
edir) tədqiqat işlərinin yeniliyinin təqdimatı məhz ilk olaraq bu
konfransda - İCSM nümayiş
olunur. Həmçinin yeni innovativ texnologiyaların
da nümayişi həyata
keçirilən bu beynəlxalq elmi konfransda cari və perspektiv elmi problemler də
müzakirə olunur.
Azərbaycan da bu
beynəlxalq elmi konfransda
2008-ci ildən təmsil olunur və təşkilat
olaraq Azərbaycanı AMEA Fizika
İnstitutu təmsil edir.
Azərbaycanlı alim, Fizika
İnstitutunun aparıcı elmi işçisi, Ankara Universitetinin professoru İman Əsgərbəyli
İCSM-2012-nin təşkilat komitəsinin üzvüdür.
Fizika İnstitutunun böyük
elmi işçisi,
Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təbiət elmləri
kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Yusif Alıyev ilk dəfə bu mötəbər
elmi konfransda iştirak etmiş və gənc
alim olaraq Azərbaycanı
təmsil etmişdir. Belə
ki, 2008-ci ildə Türkiyə
Cümhuriyyətinin Antalya şəhərində
keçirilən "İCSM-2008" Beynəlxalq elmi konfransında Yusif
Alıyev tərəfindən "The structure and magnetic
properties of
Fe1.2In1.87Se4 single crystals"
adlı elmi-tədqiqat işi məruzə
olunmuş və nəticələri
yüksək qiymətləndirilərək dünyaca nüfuzlu elmi jurnal olan
"Æournal of Physics,
153, 2009" çap olunmuşdur.
Həmçinin azərbaycanlı alimlərin tədqiqat
işləri dünya alimlərinin diqqətini
çəkmiş və birgə əməkdaşlıq
haqqında razılığa gəlinmişdir.
Son illər AMEA Fizika
İnstitutunun bir qrup alimi CuFeSe2 maqnit kristalı üzərində geniş rentgen-tədqiqat işi
aparırlar. Bu tədqiqatlar nəticəsində
alınmış bəzi elmi yeniliklər
ümumiləşdirilərək məruzə halında İstanbulda keçiriləcək İCSM-2012
elmi konfransına təqdim edilmişdir.
Həmin məruzə "İnvestigation of thermal expansion of magnetic
semiconductor crystall CuFeSe2 using high temperature
rontgen-diffraction" adı
altında AMEA Fizika İnstitutunun gənc alimi, fəlsəfə doktoru Yusif Alıyev
tərəfindən 03 may 2012-ci il tarixində
məruzə edilmişdir.
Məruzə zamanı və
məruzədən sonra
bir sıra elmi diskusiyalar olmuşdur. Azərbaycanlı alimlər tərəfindən
aparılan elmi tədqiqat işləri haqqında dünya elm mərkəzləri məlumatlandırılmış
və qarşılıqlı
əlaqələr baxımından
bir sıra addımlar atılmışdır.
Əhatəli işləmək baxımından İCSM-2012 konfransının
əhəmiyyəti çox
önəmlidir. Həmçinin bu konfranslar vasitəsilə müasir innovasiya texnologiyalarının
Azərbaycana yönəldilməsi
kimi aktual işlər də ön planda olur.
Konfransın təşkilat
komitəsi növbəti
konfransın 2014-cü ildə
yenidən Türkiyədə
keçirilməsini qərara
almışdır.
Şərq.-2012.-
8 may.- S. 12.