Professor Valeh Hacılar zirvəsi
Bu il aprelin
19-21-də Gürcüstanda dördgünlük "Valeh
Hacılar" günləri keçirilib.
Bu möhtəşəm tədbirə
dünyanın bir çox
ölkələrindən 300-ə yaxın tanınmış elm və təhsil adamı qatılıb...
Kimdir Valeh Hacılar?
Haqqında keçmiş zamanda danışılması mümkün
olmayan, həyatda mənə əziz olan insanlardan biri, sözün həqiqi
mənasında, dost, büllur
kimi saf bir insan idi
Valeh Hacılar! O, 1951-ci ildə dünyaya gəlib. Çox
az, amma olduqca mənalı və şərəfli ömür sürüb. Cəmi-cümlətanı
59 il yaşayıb. Filologiya
elmləri doktoru, professor,
Gürcüstan Ədəbiyyatşünaslıq
Akademiyasının həqiqi üzmvü idi. Bunlardan başqa, çoxlu sayda xarici akademiyalar,
universitetlər, vəqflər ona fəxri
adlar, mükafatlar və
titullar verib. Həddən
artıq sadə və təvazökar insan
idi. O, həmişə deyərdi: "Əlövsətciyim,
bunların hamısı boş şeylərdir,
insan üçün
ən yüksək mükafat
"İNSANLIQ" ödülüdür"
...
Onunla ilk tanışlığım...
Dəqiq yadımdadır, Valeh müəllimlə
ilk tanışlığım 40 il əvvəl - 9-cu sinifdə oxuyarkən olub. O, Bakıda ali
məktəbin (indiki Azərbaycan Dillər Universitetinin) sonuncu kursunda oxuyurdu. Öz müəllimi (həm də mənim müəllimim) -
Məlik Nəbizadəni
ziyarətə gəlmişdi.
Mən də orada idim.
Xeyli məni sorğu-suala tutdu. Söhbətimiz
o qədər maraqlı
keçdi ki, ilk gündən simmsar olduq...
Valeh Hacılar qüdrəti
Valeh müəllim
uzun müddət xəstə oldu, amma xəstəliyə təslim olmadı, yorğan-döşəkdə yatmadı.
Ruhən
çox sağlam yaşadı. Ömrünün son günlərinədək elmdən,
təhsildən ayrılmadı,
Tbilisi Dövlət Pedaqoji
Universitetində kafedra
müdiri vəzifəsində
çalışdı. Gürcüstanda yaşadı, orada
dilimizin, dinimizin və Türk dünyasının keşiyini
çəkdi. Yaşadığı müddətdə türklərin
bir qolu olan Borçalı Qarapapaqları ilə bağlı dünyanın
müxtəlif arxivlərində
fundamental araşdırmalar apardı və araşdırmalarının nəticələrini
məqalələr və
kitablar şəklində
çap etdirdi. Bu gün onun
elmi nəticələrindən
bir çox dünya alimləri və tədqiqatçıları
geniş istifadə edirlər. 2010-cu il yanvarın 23-də
dünyasını dəyişən
Valeh Hacılar öz doğma kəndində torpağa tapşırıldı. O zamanlar
onun ölümünə
kiçicik bir xatirə yazmışdım.
Həmin
xatirəni Türkiyəli
tədqiqatçılar Semra
və Cengiz Alyılmazlar Ankarada nəfis şəkildə
çap etdirdikləri
"Valeh Hacıların
ardından" adlı
kitablarına daxil ediblər. Həmin xatirə ilə
oxucuları baş-başa
buraxıram.
Borçalı dağının
əzəmətli zirvəsi
Valeh Hacıların
vaxtsız vəfatından
necə üzüldüyümü
qələmə almaqda
çətinlik çəkirəm.
Valeh müəllim Borçalı
adlı bir dağın bütün Türk dünyasından görünən əzəmətli
zirvəsi idi. Böyük alim, təcrübəli müəllim,
istedadlı şair kimi tanınan bu nurlu şəxsiyyət,
həm də etibarlı dost, nümunəvi
ailə başçısı,
haqqın, ədalətin
aynası idi. Gerçəkmdən dost olduğumuz
uzun illər ərzində mən onun, bir dəfə
də olsun, rəngləri dəyişik
salmağının, ağa
qara, yaxud qaraya ağ
deməsinin şahidi olmadım. Valeh müəllim mənim
üçün doğma
Gürcüstanda elə
bir düzgün və işıqlı bələdçi idi ki, oralarla bağlı
aydın olmayan məsələlərdə onun
rəyini öyrənmədən,
mənim addım atmağım çətin
idi. Bizi bir-birimizə bağlayan ruhani tellərsə qətiyyən eyni yörənin adamı olmağımız, eyni sudan içməyimiz,
eyni orta məktəbi bitirməyimizlə
ilgili deyildi. Sadəcə,
sözün əsl mənasında, o bir VALEH idi. Doğma yurduna, gerçək dostluğa, həqiqi elmə, mənsub olduğu millətlə birgə bümtün bəşəriyyətə valeh
idi VALEH müəllim!
Gürcüstan
Türklərinin, Borçalı
adlı mənəvi dağımızın bütün
Türk dünyasından
görünən zirvəsi
idi VALEH HACILAR və bu zirvədən əsən sərin meh onun fiziki
yoxluğu səbəbindən
yanıb-qovrulan qəlbimizi
daim sərinlədəcək,
özünün laylayabənzər
səsi kimi, ruhumuzu hər zaman oxşayacaqdır.
Allah Valeh müəllimə qəni-qəni
rəhmət eləsin!
Əlövsət Osmanlı,
riyaziyyat üzrə
fəlsəfə doktoru
Şərq.-
2012.- 5 may.- S.21.