Hüseyn Cavid
işığında üç gün
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer
üzünü...”
Bu sətirlərin müəllifi
20-ci əsr Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, ömrü
xalqının maariflənməsi
yolunda mübarizəyə
həsr edən və buna görə
də sürgün həyatı yaşamağa
məhkum olan şair və dramaturq Hüseyn Caviddir. Ötən ay Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
anadan olmasının
130 illiyi qeyd olunan bu böyük
şəxsiyyətin yaradıcılığı
eyni zamanda beynəlxalq ədəbi mühitin diqqət mərkəzindədir. Çünki Hüseyn Cavid yaratdığı əsərləri
ilə bir xalqın yox, bəşərin şairi
olduğunu sübut edib. Şair həm də
öz türkçü
ideyaları ilə bütün türk dünyasının sevimlisi
idi. Bu da
səbəbsiz deyildi.
Çünki H.Cavidin ömrünün
müəyyən hissəsi
Türkiyə ilə bağlı olub, bu dövlətin ən məşhur İstanbul Universitetində
təhsil alıb.
Elə onun türkçü olması, türk ideyalarını aşılaması
sovet imperiyasını
qəzəbləndirmiş və bu səbəbdən
37-ci illərin repressiyasından
qurtara bilməmişdir.
Ancaq Hüseyn Cavid özündən sonra elə bir ədəbi
irs qoymuşdur
ki, hələ neçə yüzilliklər
nəinki Azərbaycan,
Türk dünyası,
habelə, beynəlxalq
ədəbi mühit ondan bəhrələnəcəkdir.
Ona görə də şairin 130 illik yubileyi dövlət səviyyəsində, prezident
sərəncamı ilə
qeyd olunurdu.
Məlum
olduğu kimi 2012-ci ilin oktyabrın 24-də Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
böyük şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 ili tamam oldu (1882-1941).
Dərin
fəlsəfi-estetik məzmuna
malik yaradıcılığı
ilə ədəbiyyatımızda
yeni bir mərhələnin başlanğıcını
qoymuş, romantizm ənənələri zəminində
bəşəriyyətin mənəvi
həyatı ilə bağlı axtarışlarının
ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramlar yaratmış, qiymətli söz inciləri kimi xalqımızın zəngin
bədii fikir xəzinəsində layiqli
yer tutmuş Azərbaycan ədəbiyyatının
inkişafında müstəsna
xidmətləri olan Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsini təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin imzaladığı
16 fevral 2012-ci il tarixli 2051 ¹li və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 2012-ci il tarixli 156s ¹li və Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət
Heyətinin 11 iyul
2012-ci il tarixli 135 ¹li sərəncamları əsasında AMEA Hüseyn
Cavidin Ev Muzeyi 2012-ci il oktyabr ayının
22-24-ü tarixlərində “Hüseyn Cavid yaradıcılığı çağdaş
təfəkkür işığında”
adlı beynəlxalq elmi konfrans təşkil
etmişdir.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşkil
etdiyi konfransa Azərbaycan Respublikasının
dövlət və hökumət rəsmiləri,
tanınmış mədəniyyət,
elm və təhsil xadimləri, Türkiyə
Cümhuriyyətinin Azərbaycandakı
Səfirliyinin nümayəndələri,
Özbəkistanın Azərbaycandakı
Səfirliyinin nümayəndələri
və başqa qonaqlar dəvətli idilər.
Konfrans başlamamışdan
öncə Rəyasət
Heyətinin foyesində
AMEA MEK tərəfindən hazırlanmış, dramaturqun
həyat və yaradıcılığına həsr
olunmuş sərgi nümayiş etdirildi. Yüksək zövqlə təşkil
edilmiş və zəngin materiallardan ibarət olan sərgi xarici qonaqlarda xoş təəssürat yaratdı.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və
Hüseyn Cavid ev muzeyinin
təşkilatçılığı ilə oktyabrın
22-24-ü tarixlərində keçən beynəlxalq
konfrans hələ də ədəbi mühitin müzakirə predmetidir. Həm AMEA-nın prezidenti Mahmud Kərimov, həm də Hüseyn Cavid ev
muzeyinin direktoru Gülbəniz Babaxanlının
yorulmaz səyi nəticəsində konfrans
çox yüksək
səviyyədə keçdi.
Konfransı giriş sözü
ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açaraq dramaturqun həyat və yaradıcılığı, zəngin
ədəbi irsi haqqında ətraflı məlumat verdi.
Tədbirin AR Prezidenti
cənab İlham Əliyevin “Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, böyük
şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinin keçirilməsi
haqqında” 16 fevral
2012-ci il tarixli Sərəncamına
müvafiq olaraq keçirildiyini söyləyən
Mahmud Kərimov Hüseyn
Cavidin Azərbaycan ədəbiyyatının parlaq
simalarından biri olduğunu, onun sənətinin bütün
zamanlar üçün
əbədiyaşarlığını vurğuladı.
AMEA-nın nəzdində olan Hüseyn Cavidin Ev Muzeyinin
direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı
təməli ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş Hüseyn Cavidin şəxsiyyətinə
və sənətinə
verilən yüksək
qiymətin nəticəsi
olaraq, prezident İlham Əliyev cənablarının Hüseyn
Cavidin anadan olmasının 130 illiyinin
keçirilməsi ilə
bağlı imzaladığı
sərəncamdan irəli
gələn tədbirlərin
artıq start götürdüyünü
qeyd etdi. Gülbəniz xanım Cavid
yaradıcılığına həsr olunmuş məlum konfransda Azərbaycan alimləri, tədqiqatçıları ilə
yanaşı dünyanın
bir çox ölkələrindən cavidşünasların
uzun yollar qət edərək Cavid işığına
toplaşdıqlarını qeyd etdi.
Tədbirdə çıxış edən, Hüseyn Cavidlə qohumluq əlaqəsi olan Bakı Metropoliteninin rəisi Tağı Əhmədov Heydər Əliyev və onun siyasi kursunun
layiqli davamçısı
Prezident İlham Əliyevin Hüseyn Cavidə, Cavidlər ailəsinə göstərdikləri
yüksək diqqət
və qayğıdan söhbət açdı.
Dramaturqun repressiya illərindəki
həyat və yaradıcılığı haqqında
məlumat verən T.Əhmədov Hüseyn Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılıq
irsinin zaman keçdikcə daha çox aktuallıq kəsb etdiyini bildirdi.
Konfransda
ABŞ-ın Masaçuset
Amherst Universiteti Tarix Fakültəsindən Prof. Audrey L.Altstadt, Almaniyanın
Berlin şəhərindən Türk-Azərbaycan Ədəbiyyatı
ve Xalq Bilimi
“MUĞAM” Mədəniyət Mərkəzinin direktoru Abdulkadir İnaltekin, Özbəkistanın Təsviri
İncəsənət Qalereyasının
direktor müavini, sənətşünaslıq doktoru
Kamola Akilova, Özbəkistan - Azərbaycan
dostluq cəmiyyətinin
icraçı direktoru,
Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetin kafedra müdiri, tarix elmləri doktoru Nuriddinov Erkin Zuxriddinoviç, Özbəkistanın Namanqan
Dövlət Universitetinin
aspirantı Nigora Ohundedayeva, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetin baş müəllimi, filologiya elmləri namizədi, dosent Aşurova Gülbahar, Özbəkistan
- Azərbaycan dostluq cəmiyyətinin üzvü
Abdurasilova S.F.
Türkiyənin İzmir şəhərindəki
Ege Üniversitesinin Türk Dünyası Araştırmaları İnstitundan
Doç. Dr. Ali Erol,
Türkiyənin Balıkəsir
Üniversitetinin Ədəbiyyat
Fakültəsi Tarix Bölümündən Doç.
Dr. Sebahattin Şimşir,
Türkiyənin Abant İzzet Baysal Üniversitetindən Yrd.
Doç.
Melek Şahindokuyucu, Türkiyənin
Trabzon şəhərindən Duygu və Fatma
Karahasanoğlu bacıları,
Türkiyenin Marmara Üniversiteti
Türkiyat Araştırmaları
İnstitundan Yardımçı
Doç. Dr. Mehdi
Gəncəli, Türkiyənin
Ardahan Universitetindən
Yardımçı Doç.
Dr. Sevil Piriyeva, Türkiyənin Nevşehir
Üniversiteti Sosial Bilimler İnstitundan Gamze Akbaş və başqa xarici ölkələrdən
gəlmiş qonaqlar və cavidşünaslar çıxış etmişlər.
Tədbirdə AMEA Hüseyn Cavidin
Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı
“Şeyx Sənan” faciəsində dünyəvi
və ilahi eşqin təqdimi”,
ABŞ-ın Massaçusets
Amherst Universitetinin professoru
Audrey L.Altstadt “Hüseyn
Cavid və Azərbaycan Yazıçılar
Birliyi”, Türk-Azərbaycan
Ədəbiyyatı və
Xalq Yaradıcılığı
“Muğam” Mədəniyyət
Mərkəzinin (Almaniya)
direktoru Abdulkadir İnaltekin “Hüseyn Cavid əsərlərində
Türkiyə türkçəsi”,
Türkiyənin Balıkesir
Universitetinin doktoru Sebahattin Şimşir “Rza Tevfikin fikir
dünyası içində
H.Cavidin Türkiyə
illəri (1905-1910)”, Özbəkistanın
Təsviri İncəsənət
Qalereyasının direktor
müavini, sənətşünaslıq
elmləri doktoru Kamola Akilova “Hüseyn Cavidin yaradıcılığı XX əsr Şərq mədəniyyətinin mənəvi
mühitində” mövzusunda
məruzələrlə çıxış
edərək, Hüseyn
Cavidin keşməkeşli
həyat yolu, çoxşaxəli yaradıcılığı,
XX əsr Azərbaycan
dramaturgiyasının inkişafındakı
əvəzsiz xidmətləri
haqqında məlumat verdilər.
***
Konfrans gedən günlərdə
fasilələr zamanı
qonaqlar şəhərimizin
gözəllikləri ilə
tanış olmuş, onların mədini istirahəti yüksək səviyyədə
təmin edilmişdir.
Konfrans oktyabrın 24-ü saat
12:00-da ənənəvi olaraq
Hüseyn Cavidin abidəsi önündə
keçirilən “Cavid
poeziya günü” ilə davam etdirilmişdir.
Tədbirə elə həmin
gün saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin anadan olmasının 130 illiyinə
həsr edilmiş təntənəli yubiley gecəsi ilə yekun vurulmuşdur.
Konfrans günlərində
qonaqların xoş və mənalı istirahəti üçün
hər cürə şərait yaradılmışdır. İnanırıq ki, “Hüseyn Cavid yaradıcılığı
çağdaş təfəkkür
işığında” adlı
beynəlxalq elmi konfransda iştirak edən qonaqlar paytaxtımızdan gedərkən
özləri ilə Cavid işığından
götürdükləri bir
zərrəni və odlar yurdu vətənimizdə
keçirdikləri mənalı
üç günü
heç vaxt unutmayacaqlar.
Elçin MƏMMƏDLİ,
Elbar ŞİRİNOV
Təzadlar.-2012.- 17
noyabr.- S.11