"Xarici ölkələrin jurnalistika tarixi"

 

     BDU-nun professoru Həmid Vəliyevin kitabı jurnalistlər üçün qiymətli mənbədir

 

     Layihənin istiqaməti: "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi"

 

     Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin "Xarici ölkələrin jurnalistika tarixi" adlı kitabı çapdan çıxıb. Dərslikdə qədim dövrdən 20-ci əsrin axırlarınadək olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs olunur, kütləvi informasiya vasitələrinin tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilir.

      Dərslik universitetlərin jurnalistika fakültələrinin, filologiya fakültələrinin və humanitar fakültələrin jurnalistika şöbələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistikası tarixini tədris edən müəllimlər, habelə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub. Qeyd edək ki, jurnalistika fakültəsində dərslik məsələsi hər zaman problemli olub. Bu baxımdan respublikanın qabaqcıl təhsil işçisi H.Vəliyevin "Xarici ölkələrin jurnalistika tarixi" dərsliyi fakültənin müəllimləri və tələbələri üçün çox əhəmiyyətlidir. Müəllif kitabın girişində qeyd edir ki, "Xarici ölkələrin jurnalistikası tarixi" kursu jurnalistika təhsili sistemində ixtisas fənlərinin tərkibində xüsusi əhəmiyyət kəsb edir. Kursun əsas məqsədi dünyanın müxtəlif ölkələrində keçmişin mədəni irsində, mətbuatında əhəmiyyətli, ideya-siyasi və ədəbi mübarizədə onun rolunu, inkişaf etdirilməsi sahəsində qazanılmış nailiyyətləri aşkara çıxarmaqdır. H.Vəliyevin yenicə çap olunmuş bu kitabı mətbuatın yaranması və inkişafı tarixini lap qədimdən 20-ci əsrin axırlarınadək izləmək, inkişafın qanunauyğunluqlarını göstərmək, qədim Yunanıstan və Romadan tutmuş Almaniyanın, İngiltərənin, Fransanın, İtaliyanın, İspaniyanın, Portuqaliyanın, Amerikanın, Rusiyanın, Türkiyənin ən mühüm dövri nəşrlərinin istiqaməti və məzmununu işıqlandırmaq yolu ilə tələbələri qəzet-jurnalların inkişaf dinamikası, dünya mətbuatının ən görkəmli publisistləri və jurnalistlərinin əsərləri ilə tanış edir. Aydın məsələdir ki, sovet dövründə marksist, bolşevik, partiya-sovet mətbuatı tarixinin öyrənilməsi əsl mətbuat tarixinin öyrənilməsinə xidmət etmirdi. Azərbaycan jurnalistikası tarixi də marksizm-leninizm metodologiyası əsasında öyrənildiyindən tələbələrin biliyinin səthiliyi, məhdudluğu ilə nəticələnirdi. Amma ölkəmizin müstəqilliyini bərpa etməsi, dünyada baş verən qlobal dəyişikliklər bu cür məsələlərə yeni münasibət bəslənilməsini tələb edib. İndi Azərbaycanda fəaliyyət göstərmiş bütün siyasi partiyaların mətbuat tarixinin obyektiv öyrənilməsi və tədqiqi diqqət mərkəzindədir. Bu, xarici ölkələrin jurnalistikası tarixinin öyrənilməsinə də bütünlüklə şamil edilir.

       "Xarici ölkələrin jurnalistikası tarixi" kursu ali məktəblərimizdə çoxdan tədris edilsə də, indiyədək Azərbaycan dilində fənnin dərsliyinin və ya dərs vəsaitinin olmaması təəssüf doğururdu. Ancaq ədalət naminə demək lazımdır ki, müasir Azərbaycan jurnalistlərinin müəllimi Şirməmməd Hüseynov bolşevik mətbuat tarixini araşdırmış, professor Cahangir Məmmədli bir neçə il bundan əvvəl bir-birinin ardınca çap etdirdiyi üç fundamental kitabında yeri gəldikcə, xarici mətbuat məsələlərinə də toxunmuş, təcrübəli pedaqoq Akif Rüstəmli "Jurnalistika" kitabında xarici mətbuat tarixinin bəzi məqamlarından qısaca da olsa bəhs etmişdi. Həmçinin Nəsiman YaqublununAkif Rüstəmlinin 2007-ci ildə Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə çap olunmuş "Xarici ölkələrin jurnalistikası" kitabı dünya mətbuatı haqqında ensiklopedik bilikləri özündə ehtiva edir.

      H.Vəliyev qeyd edir ki, "Xarici ölkələrin jurnalistikası tarixi"ni yazmaq o qədər də asan məsələ deyil. Xarici ölkələrin mətbuat tarixi ilə bağlı çoxlu əsərlər və kitablar çap edilsə də, nə Rusiyada, nə Türkiyədə, nə də Azərbaycanda bu sahədə dərslik yoxdur. Məhz bu səbəbdən də bu ağır yükün altına girməyə özündə cəsarət tapıb. Onu da deyək ki, H.Vəliyevin "Xarici ölkələrin jurnalistikası tarixi" kursunun proqramları əsasında yazılmış ilk dərslikdir.

      Professor dərslikdə jurnalistika termininin izahını əhəmiyyətini verib. Onun sözlərinə görə, jurnalistika bu sosial institutun normal fəaliyyət göstərməsi üçün zəruri olan fəaliyyət növlərinin sistemidir, öz fəaliyyətinin bütün sahələrini təmin etmək üçün peşələrin məcmusudur. Eyni zamanda jurnalistika, əsərlər sistemidir. Bunun hazırlanması üçün özünəməxsus biliyə, vərdişlərə, qabiliyyətə malik müxtəlif peşə sahibləri tələb edilir.

      H.Vəliyev kitabda mətbuatın yaranması inkişafı məsələsinə toxunub: "17-ci əsrdə ölkənin hər yerində dövri mətbuat yaranmışdı. İlk mətbuat orqanları da məhz bu ağır əsrdə meydana çıxdı. Marqot Lindemannın məlumatına görə, 17-ci əsrdə Almaniyada artıq 135 qəzet çıxırdı. 15-16-cı əsrlərdə informasiyanın yayılması son dərəcə böyük səmərə verən işə çevrilib. Əvvəlcə İtaliyada, sonra isə Almaniyada meydana çıxan informasiyalar "Qazeta"da öz əksini tapıb. Sadəcə olaraq, Almaniyada "Qazeta"nın adı başqa cür idi: "Novo", "Avsio", "Pagell", "Zeddel". Lakin "Zeitung" adından daha çox istifadə edilirdi.

      H.Vəliyev Böyük Britaniya mətbuatının tarixinə ingilis yazıçısı Con Miltondan gətirdiyi sitatla başlayıb: "İnsanlar təbiətdə azad doğulurlar; onların bütün digər canlılar qarşısında üstünlükləri vardır: itaət etmək, boyun əymək üçün deyil, idarə etmək üçün doğulmuşlar". Professor İngiltərədə mətbuatın yaranması tarixi ilə bağlı müxtəlif fikirlərin mövcud olduğunu deyib. Eyni zamanda, professor, İngiltərədə burjua inqilabı dövründə mətbuatın yaradılması prosesinin sürətləndiyini vurğulayıb: "Con Milton şair yazıçı, publisist siyasi xadim olub, İngiltərədə burjua cəmiyyətinin təşəkkül tapması dövründə yaşamış, ölkədə baş verən inqilab illərində hadisələrin içərisində olması onun daha da məşhurlaşmasına şərait yaradıb. Siyasi pamfletləri onu İngiltərə inqilabı ideoloqların birinciləri sırasına çıxarmışdı. C.Miltonun yaradıcılığı haqqında danışarkən onun 1644-cü ildə senzuranın icazəsi olmadan nəşr etdirdiyi "Mətbuat azadlığı haqqında" İngiltərə parlamentinə nitq (Areopagitika) pamfletindən söhbət açmamaq ədalətsizlik olardı. Müəllif antik publisistlərin, ən əvvəl İsokratın yaradıcılıq irsinə əsaslanaraq senzuranı qəzəb nifrətlə pisləmiş, onun zərərliliyini, azad fikrin inkişafına mane olmaqda gücsüzlüyünü sübut etmişdir. C.Milton yazırdı ki, senzura haqqında qanun xeyirxahlığa kömək edə bilməz; bu qanun elmə alimlərə edilən ən böyük zülmdür, təhqirdir. C.Milton bu əsəri ilə mətbuat azadlığını müdafiə edərək yazırdı: "Bir insanı öldürmək, düşünən bir canlını yox etməkdir. Lakin yaxşı bir kitabı qadağan etmək, şəxsi, ağlın özünü məhv etməkdir".

      H.Vəliyev qeyd edib ki, Azərbaycanda C.Milton yaradıcılığına müxtəlif illərdə bəzi tanınmış ziyalılarımız müraciət etmişlər. Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində "İtirilmiş cənnət" əsərində bir parçanı dilimizə çevirərək çap etdirmiş, M.Ə.Rəsulzadə 1911-ci ildə "Mətbuat azadlığı" məqaləsində C.Miltonun mətbuat azadlığı haqqında qeydlərinə maraq göstərmişdir. BDU-nun Beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədlinin isə 2011-ci ildə "C.Milton" onun "Aeropagitika" əsəri çapdan çıxmışdı.

      "Xarici ölkələrin jurnalistikası tarixi" kitabında qeyd olunub ki, Fransa jurnalistikası öz görkəmini daim dəyişən təlatümlü dənizə bənzəyir: "Fransız mətbuatı özünün gözəlliyi, kəskinliyi, temperamenti təqlidsiz sənəti ilə ingilis mətbuatından fərqlənir". Görünür, elə məhz bu cür keyfiyyətlərinə görə bu mətbuat özünün ilk inkişaf mərhələsini alman ingilis mətbuatından daha tez daha asan keçmişdir. Fransanın ilk çap qəzeti olan "La qazet" ölkənin ictimai-siyasi həyatında böyük rol oynamış dünya jurnalistikası tarixində uzunömürlü nəşrlərdən biri olmuşdur. Hətta bu mətbuat orqanının çox böyük nüfuz şöhrət qazanması onun yaradıcısı ilhamverici redaktoru Teofrast Renodonu da ölməzliyə qovuşdurmuşdur. Mətbuatda söz fikir azadlığına qarşı maneələri, təzyiqləri pisləyən H.Vəliyev dərslikdə qeyd edib ki, dünyanın bütün ölkələrində zaman-zaman jurnalistlərin fəaliyyətinə maneələr yaradılmasının, söz mətbuat azadlığına məhdudiyyətlər qoyulmasının, bu ya digər "xətalara görə" mətbuat işçilərinin cəzalandırılmalarının hətta ölkədən sürgün edilmələrinin, qəzet jurnalların nəşrinin dayandırılmasının, cəmiyyət üçün "zərərli kitabların" tonqallarda yandırılmasının şahidi oluruq. Görürük ki, mətbuat yarandığı gündən etibarən jurnalistlərlə hakimiyyət orqanları arasında münaqişə törəyir, müxbirlər gördüklərini, cəmiyyətdəki eybəcərlikləri əks etdirmək istəyir, imperatorlar, krallar, çarlar, sultanlar... buna imkan verməmək üçün senzuranın gücündən istifadə edirlər. Jurnalistlərin yerli-yersiz təqib edilmələri, mətbuatda senzuranın gücləndirilməsi onların mətbuat söz azadlığı uğrunda mübarizəsinin mütəşəkkil şəkil almasına gətirib çıxarırdı.

      Qeyd edək ki, professor Həmid Vəliyevin "Xarici ölkələrin jurnalistikası tarixi" kitabı Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 aprel 2011-ci il tarixli 671 saylı əmri ilə dərslik kimi təsdiq edilib. Dərsliyin elmi redaktorları professor Nəsir Əhmədli, dosent Vüqar Əliyev, rəyçiləri isə professor Vaqif Arzumanlı, dosent Sabir Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Musayev pedaqogika üzrə fəlsəfə doktoru Knyaz Aslandır. Kitab "Tuna" mətbəəsində çap olunub.

     Həmid Vəliyev 1939-cu ildə Gürcüstanda anadan olub. ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsini, Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin jurnalistika fakültəsini bitirib. "Sovet Gürcüstanı" qəzetində korrektor, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışmış, "Yurd" jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş, "El", "Mübarizə" "Borçalı" qəzetlərinin baş redaktoru olub. Tbilisidə Bakıda çap olunmuş bir neçə kitabın, 300-dən çox elmi elmi-publisistik məqalənin, "Dünya informasiya agentlikləri", "Beynəlxalq jurnalist təşkilatları" adlı dərsliklərin müəllifidir.

      1992-ci ildən BDU-da elmi-pedaqoji işlə məşğuldur. 2004-cü ilin dekabrında 2011-ci ilin iyulunda BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri seçilib. "Əməkdə fərqlənməyə görə" "Tərəqqi" medalları, habelə Gürcüstan SSR Ali Sovetinin Rəyasət Heyətinin fəxri fərmanı ilə digər mükafatlarla təltif olunub.

 

 

                 Şəymən Aşırlı

 

                 Şərq.-2013.-7 fevral.-S.-11.