JURNALİSTİKAYA MARAĞIN
AZALMASI YALNIZ TƏHSİLLƏ BAĞLI DEYİL
Ekspertlər hesab
edir ki, bu peşəni seçən insanlar
daha çox
dolanışıqlarından narahatdırlar
Jurnalistikaya cəmiyyətdə marağın olmaması, bu peşənin sahibi olmaq istəyən abituriyentlərin sayında kəskin azalma, mətbuatla yanaşı, sosial şəbəkələrdə də ciddi müzakirələrə yol açıb. Bir müddət əvvəl ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanlar bu il ayrılan yerlərin sayından da xeyli az olub. Əvvəllər jurnalistikaya maraq həddindən artıq çox idi. Gənclər bu ixtisasa sahiblənmək üçün əllərindən gələni edirdilər.
Ancaq bu il qəbul imtahanının nəticələrindən bu peşəyə marağın azaldığını açıq şəkildə görmək mümkündür. 2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində "Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılmasına baxmayaraq, bu ixtisas üzrə imtahan verənlərin sayı cəmi 163 nəfər təşkil edib. Qabiliyyət imtahanının nəticəsinə görə isə 57 nəfər məqbul qiymət alıb.
Bu, nədən qaynaqlanır? Jurnalistika peşəsinə maraq azalıb, yoxsa başqa səbəblər var?
Qeyd edək ki, bununla bağlı fikirlər fərqlidir. Baş redaktorlar, ekspertlər vəziyyətdən çıxış yolu ilə bağlı fərqli mövqelər sərgiləyiblər.
7-8 il bundan əvvələ qədər qəbul imtahanları zamanı ən böyük müsabiqənin jurnalistika fakültəsində olduğunu xatırladan Bakı Dövlət Universitetinin Nəzəriyyə və təcrübə kafedrasının müdiri Cahangir Məmmədlinin sözlərinə görə, zaman keçdikcə, jurnalistika yeniləşib və bəzi ünsürlər bu sahəyə ayaq açmağa başlayıb: "Ola bilər ki, bu səbəbdən jurnalistikaya maraq müəyyən mənada azalsın. Bunu inkar etmirəm. İndi elə bir mühit yaranıb ki, əksəriyyət sosial şəbəkələrin də jurnalistikanın bir qolu olduğunu düşünür. Oradakı qeyri-peşəkarlıq, bayağılıq isə istər-istəməz gənclərin jurnalistikaya olan həvəsini öldürür. Amma belə davam etməyəcək. Bir müddətdən sonra cəmiyyət başa düşəcək ki, əsl jurnalistika heç də sosial şəbəkələrdən ibarət deyil. Jurnalist olmaq üçün mütləq bu sahənin incəliklərinə bələd olmalısan. Bunun yolu da təhsildən keçir. Əslində jurnalistikaya gəlmək istəyən abituriyentlərin sayı bir o qədər də azalmayıb. Sadəcə, qabiliyyət imtahanının prosedurları ağır olduğu üçün sənəd verən uşaqlar məqbul qiymət ala bilmədilər və nəticə ürəkaçan olmadı”.
Təsadüfi insanların jurnalistikada təhsil almasının qarşısını almaq üçün imtahanların müsabiqə yolu ilə keçirilməsinin tərəfdarı olduğunu vurğulayan Cahangir müəllim zaman-zaman bununla bağlı təklif irəli sürdüklərini də vurğulayıb: "Biz hamımız cəhd göstərdik ki, jurnalistika fakültəsinə qabiliyyət imtahanları tətbiq olunsun. Əslində, yaradıcılıq tələb edən ixtisas olduğuna görə qabiliyyət imtahanı lazımdır. Aidiyyəti qurumlar da bizim təkliflərimizə müsbət reaksiya verdilər və jurnalistika fakültəsinə qəbulun qabiliyyət imtahanı ilə aparılması prosesi başladı. Amma jurnalistika ixtisasına qəbul prosesində həyata keçirilən qabiliyyət imtahanından az sayda abituriyentin keçməsi bu vasitənin özünü doğrultmadığını göstərib.
Çünki qabiliyyət imtahanının qiymətləndirmə meyarı çox mürəkkəbdir. İmtahan götürən insanlar jurnalistikaya həvəslə gələn abituriyentlərdən çox yüksək, az qala özlərinin səviyyəsində peşəkarlıq tələb edirlər.
1-2 orfoqrafik səhvə görə, abituriyentin qiymətini kəsmək məqsədə uyğun deyil. Biz də belə bir qənaətə gəldik ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi ilə danışaq, bəlkə şərtlərin müəyyən qədər yüngülləşdirilməsinə nail ola bildik. Dekanımız Şamil Vəliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu fikirdədir ki, qabiliyyət imtahanının qiymətləndirmə meyarı abituriyentlərin irrudisiyasına, ifadə qabiliyyətinə uyğun olmalıdır. Jurnalistikaya gələn tələbə ilk növbədə hadisələri duymağı və müşahidə etdiyi hadisəni ifadə etməyi bacarmalıdır. Özünəməxsus yazı üslubu olmalıdır. Xırdalıqlara qədər varmağa nə ehtiyac var?”.
Jurnalistikanın xüsusi qabiliyyət tələb edən sahə olduğunu vurğulayan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev də hesab edir ki, özünü ifadə edən, analitik qabiliyyəti yüksək olan abituriyentlər qabiliyyət imtahanından keçməlidir: "TQDK-nın qabiliyyət imtahanları üçün tərtib etdiyi şərtlər məqsədəuyğun deyil, çox ağırdır. Orada orta məktəb qrammatikasının tələblərinə uyğun yanaşmalar vardı. İlk növbədə gərək mövzu əhatə olunsun, faktlara, sitatlara üstünlük verilsin, orfoqrafik səhv sayı 5-dən az olmamalıdır. Çox olarsa, bu, "0”la qiymətləndirilir. Ümumilikdə, bu şərtlər dəyişilməli və yeni qaydalar tətbiq olunmalıdır. Artıq bu istiqamətdə mütəxəssislər arasında müzakirələr aparılır. Çox güman ki, jurnalistikaya qəbul qaydalarının təkmilləşdirilməsi ilə bağlı Mətbuat Şurası adından Tələbə Qəbulu üzrə Dövlət Komitəsinə müraciət olacaq.
Müasir jurnalistikanın özəlliyini, keyfiyyət göstəricilərini ifadə edən insanları bu məsələ qayğılandırır və hər bir mütəxəssis öz təklifini irəli sürəcək.
TQDK-nın isə həmin təkliflərə
müsbət reaksiya verəcəyinə
şübhə etmirəm. Bu, kiminsə şəxsi problemi deyil. Burada söhbət jurnalistikanın
inkişafından gedir.
Jurnalistika isə elə
bir sahədir ki, cəmiyyətin intellektual səviyyəsini
özündə əks
etdirir. Ona görə də
biz jurnalistikada özünü
tapa bilən, doğru sözün, dəqiq informasiyanın keşiyində duran insanların bu sahəyə gəlməsinin
tərəfdarıyıq. Əslində bu gün jurnalistika sahəsinə meyl, həvəs hər zamankindən daha çoxdur. Hər nə qədər son zamanlar bu sahəyə
qeyri-peşəkar, söz
azadlığından sui-istifadə
edən adamlar ayaq açıb, özlərini jurnalist elan eləsələr də, bu, heç
bir halda cəmiyyətin jurnalistikaya
olan marağını
azalda bilməyib.
Jurnalistika bu gün də cəmiyyətin ən nüfuzlu fəaliyyət sahələrindən
biridir”.
Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu isə bu sahəyə gələnlərin sayının
azalmasının peşəkarlıq
baxımından yaxşı
əlamət olduğunu
deyib: "Mən deməzdim ki, jurnalistika Azərbaycanda təhlükəli peşə
sayılır. Çünki jurnalistika ilə bağlı problemli məqamlar ötən illərdə qalıb.
Yəni jurnalistika siyasi və kriminal baxımından təhlükəli
sahə sayılmır.
Jurnalistikaya marağın
azalmasının bir səbəbi maddi məsələlərlə bağlı
ola bilər.
Bu peşə çox da gəlirli
sahə sayılmır.
Jurnalistika peşəkar
fəaliyyət, göstəricilər
tələb edən və bir az da romantikası
olan bir sahədir. Burada yalnız bu
peşəni sevənlər
və özünü
bu peşəyə həsr edən insanlar daha çox
uğur qazanır.
Əvvəllər Azərbaycanın digər sahələrində
peşəkar fəaliyyət
təhsil və diplom üzərində qurulurdu. İş, karyera qurmaq
və sairə məsələlərdə xeyli
çətinliklər var
idi. Amma son illərdə ali
təhsil diplomu ilə öz peşəsi üzrə fəaliyyət göstərən
gənclərimizin sayı
azdır. 15 il
bundan əvvəl inşaat mühəndisi və yaxud da
bir kənd təsərrüfatı mühəndisi
ixtisası alan gənclər diplomu alırdılar, onu kənara qoyub gedib bazarda hansısa
işin qulpundan yapışmağı daha
uyğun bilirdilər.
O zaman həmin ixtisaslara demək olar ki, yer
yox idi. Amma indi getdikcə bu sahələrə ehtiyac duyulur. Ona görə də jurnalistikaya ötən illərdə məcburi meyl var idi.
İndi bu faktor aradan
qalxıb. Digər sovet
ölkələrində olduğu
kimi Azərbaycanda da jurnalistlər imtiyazlı təbəqə
sayılırdı. Bu
peşə bir növ qeyri-rəsmi ictimai nəzarət funksiyası daşıyan
bir orqan idi. Bəzi jurnalistlərin qanuni
olmayan yollarla yaşama imkanları təmin olunurdu. Hətta sovet hökumətinin dağıldığı və
Azərbaycanın müstəqilliyinin
qurulduğu ilk illərdə
də vəziyyət
o cür idi. Amma indi o məsələ də ortadan qalxıb. Yəni jurnalist əlavə
imtiyazlara, hüquqlara
malik deyil. Hesab edirəm ki, jurnalistikaya gələnlərin
azalması çox xeyirlidir. Getdikcə azalan rəqəmlər
onu deyir ki, 4-5 ildən sonra biz artıq jurnalistikada onu peşə olaraq seçən, bütün
mənfi və müsbətləri ilə
qəbul edən şəxsləri görəcəyik”.
Jurnalistikaya marağın azalmasının təhsillə bir əlaqəsinin olub-olmamasına gəlincə isə Q.Abbasoğlu auditoriyada jurnalistin yetişmədiyini deyib: "Faktiki vəziyyət ondan ibarətdir ki, jurnalistika diplomunu alıb redaksiyaya bizim yanımıza işləməyə gələn insanlara biz ilk növbədə inşa yazmağı öyrətməyə məcbur oluruq. Jurnalistika sahəsi üzrə təhsil verən ən iri ali məktəb sayılan Bakı Dövlət Universitetində çox istedadlı jurnalistika müəllimləri var. Onların biliyinə, savadına böyük hörmətim olsa da, orada təhsil sistemi və mexanizmi düzgün qurulmayıb; nəzəriyyə var, praktika yoxdur. Ölkənin media mətbəxində nələrin baş verdiyini jurnalistika fakültəsinin uşaqları bilmir. Bu, müəllimlərin və ya universitet rəhbərliyinin günahı deyil. Bütövlükdə jurnalistikaya bir siyasət olaraq baxılmalıdır və sistem dəyişilməlidir, başqa cür qoyulmalıdır. Laboratoriya buradadır, tələbələr isə auditoriyada. Auditoriyada jurnalist yetişmir”.
Şəymən
Şərq.-
2015.- 15 dekabr.- S. 14