TÜRK DÜNYASININ AĞSAQQALI KÖÇDÜ

 

91 yaşlı Süleyman Dəmirəl Azərbaycanın da böyük dostu idi

 

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl ötən gün gecə saatlarında müalicə aldığı Ankara Güvən Xəstəxanasında 91 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb nəfəs yolu infeksiyası və ürək çatışmazlığı göstərilir. Türkiyənin siyasi həyatında mühüm rol oynamış eks-prezidentin dəfn ediləcəyi yer də artıq məlum olub. Dəmirəl şənbə günü İspartada 65 illik həyat yoldaşının yanında torpağa basdırılacaq. Sabiq rəhbərin cənazə namazı cümə günü Kocatepe məscidində qılınacaq. Eks-prezident üçün hazırlanan yer "Anıtkabir”dən sonra Türkiyənin ikinci ən böyük xatirə məzarıdır. Onun vəfat mərasiminə xaricdən çox sayda dövlət başçısı və siyasətçinin gəlməsi gözlənilir. Eks-prezidentin vəfatı ilə bağlı Türkiyədə 3 gün matəm elan edilib.

Süleyman Dəmirəlin siyasi fəaliyyəti...

Süleyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta vilayəti Atabəy rayonunun İslamköy kəndində dünyaya göz açıb. Dəmirəl 1965-1993-cü illər arasında 7 fərqli hökumətin 10 il 5 ay baş naziri olub. O, İsmət İnönü və Rəcəb Tayyib Ərdoğandan sonra ən uzun müddət baş nazir olmuş siyasətçidir. 31 yaşında baş direktor, 40 yaşında partiya sədri, 41 yaşında baş nazir olub. Türkiyənin çoxpartiyalı sistemə keçməsindən sonra ölkədə ən çox hökumət quran siyasətçi ünvanına sahib olub. Fərqli vaxtpartiyalarda 7 dəfə hökumət quraraq 7 dəfə baş nazir olub. 1964-cü ildə "Ədalət” Partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib. 1975-1980-ci illərdə yenidən fasilələrlə koalisiya hökumətinin baş naziri vəzifəsində çalışmağa başlayıb. 1980-ci ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən uzaqlaşdırılıb. 1987-ci ilədək isə siyasətlə məşğul olmayıb. 1987-ci ildə Doğru Yol Partiyasının rəhbəri seçilib. 1990-1993-cü illərdə yenidən baş nazir təyin olunub. 12 ilə yaxın baş nazir postunda qalan S.Dəmirəl Türkiyənin inkişafı ilə bağlı çox mühüm addımlar atıb. O, həm də ölkənin ən gənc baş naziri olub. 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib. Dəmirəl 1999-cu ildə Azərbaycan Mühəndis İnşaat Universitetinin fəxri doktoru seçilib. 2013-cü ildə isə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə, "Şərəf” ordeni ilə təltif edilib.

Türk siyasi tarixində dərin izlər buraxan lider..

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkənin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfat etməsi ilə bağlı başsağlığı verib. Bu barədə özünün "twitter” hesabında yazan baş nazir Dəmirəl haqqında öz təəssüratlarını bölüşüb: "Türk siyasi tarixində çox dərin izlər buraxmış 9-cu prezidentimiz Süleyman Dəmirəlin vəfat etməsi xəbərini üzüntü ilə öyrəndim. Əzizlərinə, yaxınlarına millətimizə başsağlığı verirəm. O, özünəməxsus üslubu uzun müddətli siyasi həyatında ölkəmizə verdiyi xidmətlərə görə daim xatırlanacaq bir siyasətçidir. Demokratiyanın üzərinə qara buludlar çökəndə Dəmirəl heç nədən çəkinmədən təkbaşına mübarizə aparıb. Siyasi tariximizdə dərin izlər buraxıb.

"Xidmətləri unudulmayacaq

Türkiyə prezidenti R.T.Ərdoğan Süleyman Dəmirəlin həyatını itirməsi ilə bağlı başsağlığı verib. Prezident deyib ki, Dəmirəlin xidmətləri siyasətdəki rolu türk milləti tərəfindən gələcəkdə ediləcək: "Türk siyasi tarixində özünəməxsus xidmətləri olan, ölkəmizin inkişafı üçün mühüm işlər görən Süleyman Dəmirəl, dövlət siyasət adamı olaraq siyasi tariximizin önəmli isimləri arasında hər zaman öz layiqli yerini alacaq. Millət onun dövlət xalq üçün etdiklərini, fədakarlıqlarını heç vaxt unutmayacaq daim ürəklərində yaşadacaq”.

"Dəmirəl qibtə ediləcək adam idi

Milliyətçi Hərəkət Partiyasının lideri Dövlət Baxçalı da Süleyman Dəmirəlin ölümü dolayısı ilə açıqlama verib. MHP sədri sabiq rəhbərin hər zaman xatırlanacağını bəyan edib: "Onun ölümü millətimiz adına böyük bir itkidir. Arxasında böyük izlər xoş xatirələr buraxan Dəmirəl millətimiz tərəfindən hər zaman sayğı ilə yad ediləcək. İllərlə apardığı demokratiya mübarizəsinə görə, qibtə ilə xatırlanacaq. Çünki Türkiyənin inkişafında onun misilsiz xidmətləri olub. Mərhum Dəmirələ Allahdan rəhmət diləyirəm. Möhtərəm ailəsinə əziz millətimizə başsağlığı verirəm”.

"Sevgili babamızı itirdik

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Süleyman Dəmirəlin ölümü ilə bağlı duyğulu mesaj paylaşıb. Tatlısəs Dəmirəl üçün "sevgili babamızı itirdikdeyib: "Türkiyənin başı sağolsun. Süleyman Dəmirəl çox gözəl insan idi. Yaşlı xəstə halına baxmayaraq, vurulduğum zaman dərhal xəstəxanaya gələn ilk insanlardan oldu. O, əsl baba idi. Hazırladığım "İbo Show” proqramını hər zaman izləyər, sonra zəng edib məni təbrik edərdi. Allahın rəhməti onun üzərində olsun. Millətimizin başı sağolsun. O, sadəcə baş nazir, ya da Prezident deyil, Türkiyənin dadı idi. Biz dadımızı itirdik”.

"Dəmirəl Azərbaycan xalqının böyük dostu idi

Türk siyasətçisi Süleyman Dəmirəlin ölüm xəbəri Azərbaycan ictimaiyyəti tərəfindən məyusluqla qarşılanıb. Millət vəkili Aydın Mirzəzadə dünyasını dəyişmiş Süleyman Dəmirəllə bağlı fikirlərini paylaşarkən təkliflə çıxış edib. Deputat deyib ki, Süleyman Dəmirəlin adı Azərbaycanda əbədiləşdirilməyə layiqdir: "Bakıda onun büstünün qoyulması, adına orta məktəblər, küçələr verilməsi, adlı təqaüdün təsis edilməsi bu böyük türk dövlət xadiminin sonsuz zəhmətinə böyük hörmət olardı”. A.Mirzəzadə Türkiyənin eks-prezidentinin vəfatının ağır xəbər olduğunu bildirib: "XX əsrin ən nüfuzlu siyasətçilərindən dövlət xadimlərindən biri olan Türkiyə Respublikasının IX prezidenti Süleyman Dəmirəlin həyatını dəyişməsi bu günün ən ağır xəbəri oldu. Onun fəaliyyəti Türkiyənin möhkəmlənməsində, dövrünün ağır problemlərinin həllində böyük rol oynayıb. Prezidentliyi dövrünün SSRİ-nin dağılması yeni müstəqil dövlətlərin meydana gəlməsi vaxtına düşməsi həqiqətən tarix üçün böyük bir şans oldu. S.Dəmirəl yeni türk dövlətlərinin ayaq üstə durmasına misilsiz kömək etdi, yeni siyasi düzənin arxitektorlarından biri oldu. O, Azərbaycanın, Azərbaycan xalqının Böyük Dostu idi. Hər bir kəs onun Azərbaycanı dəstək üçün etdiyi böyük işləri xatırlayır. O, uğurumuza sevinir, dərdimizə dərindən şərik olurdu. Dəmirəl öz xarizması müdrik siyasəti ilə adını tarixə yazdı. İnanıram ki, hələ uzun müddət siyasətdə Dəmirəl yanaşması xətti aparıcı xətlərdən biri olacaq”.

"Ulu Öndər Heydər Əliyevlə Dəmirəl arasında səmimi dostluq var idi

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Süleyman Dəmirəlin öz dövrünün ən görkəmli siyasətçilərindən olduğunu deyib. Dəmirəlin ölüm xəbərindən kədərləndiyini ifadə edən Q.Hüseynli onun güclü siyasi lider olduğunu vurğulayıb: "Dəmirəl seçiciləri ilə işləməyi bacarırdı. Onların dilini asanlıqla tuturdu. Yadımdadır ki, ilk dəfə hakimiyyətə gələndə hamıya vəd etdi ki, iki otaqlı ev uzun müddətlik maşın veriləcək. Yəni, yeri gələndə populizmdən məharətlə istifadə edirdi. 5 dəfə baş nazir olan Dəmirəl koalision hökumətlərlə çox ustalıqla işləyirdi”. Politoloq həmçinin, Azərbaycanla Türkiyə arasında münasibətlərin formalaşmasında sabiq prezidentin rolunun böyük olduğunu deyib: "Heydər Əliyev ilə S.Dəmirəl arasında çox böyük dostluq var idi. Bu dostluğun bünövrəsi Heydər Əliyevin SSR Nazirlər Soveti sədrinin birinci müavini olarkən qoyulub. Heydər Əliyevin təkidi ilə Dəmirəl ilk dəfə SSRİ dövründə Azərbaycana gəlib. Bu dostluq Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən davam edib.

Mən deyərdim ki, H.Əliyev hakimiyyətinin Amerika ilə münasibətlərinin tənzimlənməsində məhz Süleyman Dəmirəl çox böyük rol oynayıb. Mən bu hadisələrin şahidi kimi deyirəm”. Politoloq mərhum prezidentlə bağlı maraqlı bir məqamı da dilə gətirib: "Mənim üçün maraq kəsb edən məqam budur ki, hələ prezidentlik dövründə Süleyman Dəmirəl ata-baba yurdunda özünə qəbir yeri götürüb, başdaşı qoydurmuşdu. Bu adamın böyük həyat eşqi olmasına baxmayaraq, ölümə belə hazır idi”.

 

İsmayıl

Şərq.-2015.-18 iyun.- S.8.