“MƏN AZDRAMANI SAÇIMLA
SÜPÜRMÜŞƏM”
Amaliya Pənahova: “Bu
gün şəxsən mənə heç nə lazım deyil.
Bir teatr binası istəyirəm,
onu da bu
kollektiv üçün”
Xalq artisti
Amaliya Pənahovanın 70 illik
yubiley gecəsi keçiriləcək. Mərasim
iyulun 3-də Heydər Əliyev
Sarayında baş tutacaq.
Qeyd edək ki, aktrisa 1964-cü ildən bu
günədək teatr və kino sahəsində beş
yüzdən artıq obraz yaradıb. O, Tomris,
Natəvan, Medeya, Burla Xatun, Məhsəti,
Larisa, Ofeliya, Linza kimi rolları ifa edib.
Teatr və kino sənətinin inkişafındakı böyük
xidmətlərinə görə,
ona 1974-cü ildə Respublikanın Əməkdar
artisti, 1985-ci ildə isə Azərbaycan SSR-nin Xalq artisti
fəxri adı verilib.
O, həmin aktrisa idi ki, tamaşaçı
məhz onun ifasına baxmaq üçün bu böyük sənət məbədinə gələrdi,
o da məlahətli səsi, şaqraq gülüşləri ilə
o möhtəşəm səhnənin
divarlarını lərzəyə
gətirər, anşlaq
tamaşaları ilə
teatr sənəti tarixinə yeni bir səhifə yazardı.
İllər keçdi... Bu gün aktrisa 70 illiyini qeyd edir.
- Təbrik edirik, Amaliya xanım. Necəsiz?
- Çox sağ
olun. Şükür. Yaxşıyam. Yaxşı deyək ki,
yaxşı olaq.
70 illiyiniz qeyd edilir. Bu illərə bir də nəzər
salanda Amaliya Pənahova sənətə
gəldiyinə peşman
deyil ki?
- Qətiyyən. Baxmayaraq ki, aktrisa kimi
əziyyətim də
az olmayıb.
Mən hazıra nazir olmamışam. Azdramada olarkən
mən oranı saçımla süpürmüşəm.
Fəhlə kimi işləmişəm.
Çalışmışam ki, heç
bir obrazım digərindən geri qalmasın. Bilirsiz, o illərdə tanınmaq,
sevilmək o qədər
də asan deyildi. İndikilər kimi efirə
qalmaqalla çıxmırdılar.
Sənəti olanlar teatrda
dözümlə çalışa
bilirdi. Tamaşaçı sevgisini də
zərrə-zərrə qazanmışam.
Mən birdən-birə Amaliya Pənahova olmamışam.
- Heç peşmansız ki, Akademik Milli
Dram Teatrından uzaqlaşmısız?
- Mən illərini səhnəyə verən
aktrisayam. Birdəki mənim yaratdığım,
ömrümün bir hissəsini verdiyim, mənim üçün körpə balam qədər dəyərli
olan Bələdiyyə
Teatrını yaratmışam.
Mən orada arzularımı reallaşdırmağa
çalışmışam...
- Arzularınız köçəri,
binasız fəaliyyət
göstərən teatr
idi?
- Doluxsunur. Mən bu teatrı rəhmətlik Yusif müəllimlə birgə
yaratmışam (Red: - dünyasını
dəyişən həyat
yoldaşını nəzərdə
tutur). Bələdiyyə Teatrı yarandığı
gündən - 1992-ci ildə
bizi "Şəhriyar”
adına kluba yerləşdirdilər ki,
bura sizin teatr olacaq. 15 il sərasər
orada fəaliyyət göstərdik. Kollektivimiz təkcə Bakıda
yox, ölkənin hüdudlarından kənarda
da teatr mədəniyyətimizi təbliğ
edərək, böyük
uğurlarla qayıdırdı.
Amma bizi "Şəhriyar” adına
klubdan çıxarandan
sonra bir adam belə maraqlanmadı ki, görən bu teatr hardadır? Elə ki, mən səsimi
ucaltdım, onda da bəziləri məsələ qaldırdı
ki, əgər bu teatrın binası yoxdursa, gəlin bağlayaq.
Təsəvvür edin ki, bu
boyda kollektivi, o cür uğurları olan yüzlərlə insanı küçəyə
atmaq istəyirdilər. Nə yaxşı
ki, cənab Prezident İlham Əliyev bu məsələnin qarşısını
vaxtında aldı.
- Həyat sizi yorub?
- Mən Yusif müəllim sağ olanda bunu hiss etməmişdim. İndi
hiss edirəm ki, yorulmuşam. Sadəcə,
adam öz
gözündə alçalır.
Bu gün şəxsən
mənə heç nə lazım deyil. Bir teatr binası
istəyirəm, onu da bu kollektiv
üçün. Rəhmətlik
Yusif Muxtarovla düz 47 il
birgə ömür yaşadıq. İnstituta daxil olanda mənim heç 17 yaşım yox idi. O isə artıq bir ali təhsil
almışdı. Və
institutun qarşısında
məni görəndən
sonra sənədlərini
bizim instituta verərək, mənə
görə 4 il də orada təhsil aldı. O illərdən başlayaraq biz ömür
yollarında bərabər
addımladıq. O, sözün
həqiqi mənasında
mənim yarım idi. Böyük sənətkar idi: filmlərə çəkildi,
30 il Azərbaycan
radiosunun diktoru oldu. Azərbaycan dilinin gözəlliyini
mənə öyrətdi.
Nizaminin
"Xəmsə”sini əzbərdən
bilirdi. Bu teatrı da bərabər yaratdıq.
20 il mənimlə
çiyin-çiyinə bu
teatrda rəhbərlik
etdi. Burada onun da əziyyəti, zəhməti
və ruhu var. Demək, nə qədər ki, mən sağam, bu teatr yaşamalıdır.
- Yusif müəllimsiz yubiley keçirmək çətin olar yəqin?
- Yusif bəyin mənə sevgisi ilə yanaşı, böyük hörməti
var idi. O məni qadın kimi, sənətkar kimi dəyərləndirə
bilirdi. O mənə hər zaman mənəvi dəstəyini
göstərirdi. Aktrisa
kimi də uğurlarımda onun payı var. Çünki mənim yaradıcı dünyamı hiss edirdi. O mənə qadağa qoymazdı. Əksinə, mənə hər
zaman kömək edərdi. O mənim həm də ən böyük pərəstişkarım idi.
İnanın, bu gün onun yoxluğunu
daha çox hiss edirəm. O mənim dünyam idi. Kimsəylə bölüşə bilmədiyimi onunla bölüşə bilirdim.
Amma bu gün o dostum
yanımda yoxdu. Yusif mənə təkcə həyat yoldaşı olmayıb. O mənim
həyatda inandığım
dostum olub. Ümumiyyətlə, Yusif yaxşı
ata, gözəl baba idi. Aynurun oğluna - Aydına çox bağlıydı.
8 yaşından ona maşın sürməyi öyrətmişdi.
"Baba” sözü uşağın dilindən
düşmür. Yusifin yoxluğunu
hələ də ona bildirməmişik.
Elə bilir harasa gedib,
qayıdacaq. İnanın,
hərdən mənə
də elə gəlir ki, bir gün qayıdıb
yenidən əlimi tutacaq və mənə deyəcək ki, sən tək
deyilsən, sən həmişə mənimləsən!
- Aktrisa gəlini qəbul etmək asan olmayıb, deyəsən...
- Hə... Qohum-əqrəbaları razı deyildilər.
Amma atası bizi bir dəfə görmüşdü, deyibmiş
ki, ay arvad, Yusifi bir qızla
gördüm, biri-birinə
elə yaraşırdılar
ki, elə bil ay parçaları idilər. Bizim evlənmək məsələmiz
qalxanda qayınanam qohumlara deyib ki, kim nə deyir, desin, mən razıyam, çünki onu rəhmətlik kişi də görüb, bəyənmişdi.
Sizə bir etiraf edim: mən
47 ildir sənətdəyəm.
Amma bir dəfə də olsun, gedib Sabirabadda çıxış etmədim.
Hətta
bədii rəhbəri
olduğum Bələdiyyə
Teatrı da heç vaxt orada qastrolda olmadı.
- Küsmüşdüz...
- Küsmədim. Əksinə, mən onların
ailəsinə, nəslinə
hörmət etdim.
İstəmədim, desinlər
ki, budu ey, filankəsin gəlini gəldi burda teatr göstərdi...
Necə ki, qayınanam mənim üçün hamıya sinə gərdi, mən də onun adını
həmişə uca tutdum.
- İstedadlı insanların
da ətrafında həmişə söz-söhbətlər
dolaşıb, yaman dillər danışıb...
- Mənim talismanım Yusif idi. O, bədniyyətli
insanların qarşısında
böyük sipər idi. Bəlkə elə artıq
söz-söhbətlər olmasın
deyə, mən bu 47 ildə hər yerdə onunla oldum. Ona görə yox ki, ya
o mənə, ya da mən ona
inanmırdım...
Mən qastrollara
da uşaqlarımla gedirdim. O darısqal mehmanxana
otaqlarında bişirirdim,
yuyurdum, uşaqlarımı,
yoldaşımı yedirdib,
axşam səhnəyə
çıxırdım. Çalışırdım, hər şey
yerli-yerində olsun.
- Amaliya Pənahovanın
yubileyi dövlət səviyyəsində təşkil
edilir. Qonaqlarınız kimlər olacaq?
- Mən dövlətimin, cənab prezidentimizin hər zaman diqqət və qayğısı ilə əhatə olunmuşam. Çox təşəkkür edirəm
ki, mənə, sənətimə hər zəaman dəyər verilib. İnşallah, Sarayda təşkil
ediləcək tədbirə
bir çox sənət dostlarım, ziyalılarımız dəvət
olunacaq. Bir-bir ad çəkmək
istəmirəm. Kimisə unuda
bilərəm. Amma inşallah,
qonaqlarım çox olacaq.
Tahirə
Şərq.-2015.-18 iyun.- S.14.