MƏSƏLƏ HƏM QƏLİZDİR, HƏM DƏ VACİB...

Dövlət pul ayırır ki, ciddi mövzulara müraciət edin, amma telekanallar yüngül mövzulu seriallara üstünlük verir

Elə bilirsiniz, dünya Çaplini ancaq insanları güldürdüyü üçün sevirdi? Xeyr, gülüşlə tərbiyə etdiyi üçün...

 Yazıya başlayanda, ha fikirləşdimsə də, "Bəyin oğurlanması”nda, mərhum Səməndər Rzayevin təkrarsız səsi ilə dediyi və artıq etalon halına gəlmiş "Əə, ay camaat, bu kino ki var, çox qəlizdi. Həm qəlizdi, həm də vacib” sözlərindən yan keçə bilmədim. Hazırkı vəzifəsində nə qədər tənqidlərə məruz qalmasına baxmayaraq, Azərbaycan kino tarixinə "Bəyin oğurlanması” kimi unikal bir əsər bəxş etdiyi üçün kinorejissor Vaqif Mustafayevə hədsiz "sağ ollar düşür. Keçək mətləbə.

Milli Teleradio Şurası milli serialları yenə tənqid etdi. MTRŞ-nin Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında deyib ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına daha çox ailə-məişət, sevgi mövzusunda seriallar çəkilib: "Seriallar nisbətən yüngül mövzularda çəkildi. Biz daha ciddi, milli-mənəvi, tariximizi özündə əks etdirən serialların çəkilməsini gözləyirdik. Ona görə də biz yüngül mövzularda çəkilən serialları tənqid etdik. Növbəti mərhələlərdə çəkilən seriallarda bu amillərin nəzərə alınacağını gözləyirik”.

Şöbə müdiri telekanallara yol da göstərib: "Kanallar öz hesablarına, müəyyən reytinq xətrinə, tamaşaçı cəlb etmək üçün yüngül mövzularda seriallar çəkə bilər. Amma dövlət tərəfindən ayrılmış maliyyə ilə daha ciddi mövzulu seriallar çəkilməli idi”. T.Dadaşov hazırkı teleseriallarda narahatlıq doğuran məqamlar olduğunu, bəzi seriallarda Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun olmayan, yalnız ucuz gülüş xətrinə müəyyən məsələlərin əksini tapdığını deyib.

Rəsmi açıqlamadan görünür ki, məsələ həqiqətən də qəlizdi. Həm vacib.

Bada gedən 3 il, havaya sovrulan pullar

Yerli teleserialların çəkilməsinə 2012-ci ildən başlandı. Dövlət tərəfindən vəsait ayrıldı. Milli Teleradio Şurası da özəl yayımçıların hər birinə konkret məbləğdə maliyyə yardımı ayrılmasına qərar verdi. 2014-cü ildə bu məbləğ 200.000 AZN təşkil etmişdi. Özəl yayımçılarınsa dövlət dəstəyini havaya sovurmadığını isə təəssüf ki, demək mümkün deyil.

Azərbaycan əhalisi hələ Türkiyə dizilərinin vurğunudur. Özü təkcə "Karadayı”, "Tatar Ramazantipli nisbətən ciddi dizilərin deyil. Hətta "Kurdlar vadisi - Pusukimi qırsaqqıza dönmüş, bəlkə indi yalnız Azərbaycanda izləyicisi qalmış dizilərlə yanaşı, "Çilek kokusukimi mövsümlük, hətta günlük serialların da. Demək məsələ təkcə yüngül mövzuda deyil. Mövzu yüngül ola bilər. Məsələ yüngül mövzunun ağır təqdimatını etməkdədir. Sual olunur, niyə neçə illərdir, dünya tamaşaçısı, bizimkilər içində olmaqla, Hollivud istehsalı "Gözəlçəfilminə heyranlıqla tamaşa edirlər? Orda da mövzu yüngüldür. Hətta çox yüngül. Yüngül əxlaqlı, bədənini pula satan bir gözəlin həyatıdır mövzu. Əsas obrazları Hollivud ulduzlarının canlandırması filmi baxımlı edən yalnız bir səbəb ola bilər. Sanki bütün dünya Culiya Robertslə, Riçard Girin heyranıdır?! Yox. Sadəcə, filmdə yüngül bir mövzu tam ciddiliyi ilə tamaşaçıya çatdırılır, ondan. Yüngül qazanc mənbəyi seçənlərin həyatdakı problemləri önə çəkilir, ondan.

Varmı bizdə belə mövzulu film? Doğrudur, söhbət, filmlərdən deyil, teleseriallardan gedir. Amma ciddi mövzuları da seriallara daşımaq mümkündür. Təbii, daşıyıcısı olsa.

Az pula, yaxşı film - olmaz!

Məsələyə münasibət bildirən Müstəqil Rejissorlar Gildiyasının prezidenti Hüseyn Mehdiyev milli serial uğursuzluğunun bir neçə səbəbi olduğunu deyir:

- Ayrılan vəsait keyfiyyətli film üçün, əlbəttə azdır. İkincisi, bəzən qeyri-peşəkarlara tapşırılır. Pulu verərlər bilənə. Hələ 5-6 il səhv edə-edə gedəcəklər, sonra baxacaqlar ki, harada səhv ediblər, başlayacaqlar səhvlərini düzəltməyə, buna da bir neçə il vaxt gedəcək. Zaman baxımından 5-6 ili itirməyə bu qədər maliyyə vəsaiti sərf etməyə dəyməzdi. Maliyyə vəsaiti ayrılanda, doğrusu, əvvəlcə mən elə bildim, bu pul ilkin mərhələdə layihələrin hazırlanması üçündür. Növbəti vəsaitlər çəkiliş üçün nəzərdə tutulacaq. Sonra gördüm ki, yox, birbaşa film çəkilişlərinə başlanıldı. Eşitdiyimə görə , filmlərin çəkilişinə sərf olunan vəsait faktiki maliyyədən yüksəkdir. Deyirlər, serialların çəkilişi üçün 200.000 manat ayrılır. Bu pul çox azdır. Bu pula keyfiyyətli məhsul ortaya qoymaq olmaz. Aralarında bir balaca professional olanları hiss edilir. Hiss olunur ki, nəsə edə bilərlər. İnkişaf prosesi gedə bilər. Estetika hiss olunur. Kinodan bir balaca başı çıxan adam bunu görür. Amma ümumilikdə, hamısı zəifdir, üzəçıxarılası deyillər. Serial çəkmək çox çətindir. Serialın öz qanunları, öz üslubu var. İşə həqiqətən professionallar cəlb olunsa, bu sahədə inkişafa nail olunar.

Özgəyə 100.000, özümüzünkünə 53 manat

Səhv etmirəmsə, bir müddət əvvəl seriallarla bağlı fikirlərini bölüşən aktyor Anar Heybətov seriallarda çəkilməyə görə, aktyorlara çox az məvacib verildiyini demişdi. Aktyor bildirmişdi ki, teleserialın bir bölümü üçün oyunçu heyətinə 53 manat verilir. Bunun 3 manatı nahar puludur. Qalır 50 manat. Həftədə bir bölüm çəkilsə, ayda 3 bölüm edir, deməli, aktyor bir aya 150 manat qazanır. Amma məsələn, "Qaranlıqlar çiçəyiserialına Türkiyədən "İsgəndər Böyük” - Musa Uzunlar dəvət edilir, cəmi 1-2 gün çəkilişlərdə olur, "ölür-dirilir”, hardasa 100.000 manatı cibinə qoyub ölkəsinə qayıdır. Deyəcəksiniz, Musa Uzunlar hara, bizimkilər hara?! olub ki, bizimkilərə? Kimdən artıqdı, Musa Uzunlar? Özgəyə can yandırmaq çoxdankı şakərimizdi!.. Yaxşı serial ortaya çıxarmaq, həqiqətən tamaşaçı toplamaq, yalandan yox, doğruçu reytinq əldə etmək üçün seriallara əməlli-başlı maliyyə ayrılmalı, aktyor, aktrisalara haqq etdikləri qədər məvacib ödənməlidir.

Məlum məsələdir, qədər çox vəsait qoyulacaqsa, məhsul da bir o qədər yaxşı, rəngarəng olacaq. Amma hələ ki, bizimkilər teleserial sahəsində təcrübə qazana bilməyiblər. Teleserialı bir kənara qoyaq. Serialın təqdimatını da doğru-düzgün etmirlər. Məsələn, "Bir ailəm varserialının yeni sezon üçün reklamı verilməyə başlanıb. Bir uşaq qaranlıq dəhlizdə tövşüyə-tövşüyə qaçır, bir-bir qapıları açır, bir qapının arxasından Xalq artisti Hacı İsmayılov "çıxır”, uşaq yenidən nəfəsi kəsilə-kəsilə o tərəf-bu tərəfə qaçır, bu dəfə qapının arxasından qadın aktrisalardan biri çıxır. Bu nədi? Bu reklama baxan o seriala heç baxmaq istəməz. Elə əvvəldən bağrı yarılar. Yaxud, serialın təqdimatını mütləq "Möhtəşəm yüz il”ə bənzətmək, aktyorları məhz bu dizidə olduğu kimi sıraya düzmək kimin ağlının məhsuludur? Yəni, təkrarçılıqdan, "kopyaçılıqdanəl çəkmək bu qədər çətindir? Ya da, Türkiyənin "Cocuqlar duymasın”ını Azərbaycan efirində kopyalamaq bizimkilərə ucuz reklamdan başqa bir şey qazandırmır. Burada da yüngül təlxəklikdən savayı heç görünmür. İnsanları güldürmək, ağlatmaqdan daha çətindir. Çünki dərd çoxdur. Hər kəs bir dərdlidə öz dərdini görür.

Çətin olan insanları güldürməkdir. Onu da bizim ssenaristlər aktyorlar bacarmır. Elə sanırlar ki, şit-şit hərəkətlər edib, göbək atmaqla tamaşaçını güldürürlər. Tamaşaçı gülmür, sadəcə, əylənir. hətta rişxənd edir. Çox da ki, MTRŞ rəsmisi "əyləncəli seriallar da çəkilməlidirdeyir. Əylənmək mənalı, məntiqli olmalıdır. Elə bilirsiniz, dünya Çaplini ancaq insanları güldürdüyü üçün sevirdi? Xeyr, gülüşlə tərbiyə etdiyi üçün. Bəlkə elə ssenarilər yazasınız, elə seriallar çəkəsiniz ki, sevilsin, baxılsın, "Brodyaqademiş, azı 40 dəfə!.. Özümdən asılı olmadı; yenə qayıtdım "Bəyin oğurlanması”na - Əsəd müəllimlə Mustafa Tağının elçilikdəki dialoquna:

- Əsəd müəllim, bəlkə öz ssenarimizlə çəkək?

- Öz ssenarimiz ssenaridi ki!

- Əvvəldən bilmirdin, niyə razı olurdun, bu qədər pul xərcləmişik...

Məncə, bu film, bütün digər yüksək məziyyətləriylə yanaşı, həm kinomuzun, serial qarışıq, əsl durumunu göstərir. Elə indi .

 

Məlahət Rzayeva

Şərq.- 2015.- 23 sentyabr.- S. 8