İTİRİLMİŞ YURDUN QEYRƏTLİ EL QƏHRƏMANI

Abbasqulu bəy Şadlinski - 130

 

1917-ci ilin fevralında çar Rusiyası imperiyasının dağılmasından sonra Azərbaycanın bütün ərazisində olduğu kimi Qərbi Azərbaycanda da (indiki Ermənistan Respublikası) vəziyyət son dərəcə gərginləşmiş, silahlı daşnak erməni quldur dəstələrinin İrəvan, Naxçıvan, Zəngəzur və Göyçə mahallarında dinc azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırım və qətliamları başlamışdı.

Millətçi erməni cəlladları soydaşlarımızı öz tarixi ata-baba yuurdlarından qovub çıxarmağa çalışır və burada monoetnik bir dövlət yaratmaq istəyirdilər. Daşnak erməni quldurlarına hər cür silahlı yardım göstərən bölgədəki ingilis qubernatorluğu və ağqvardiyaçılar, hakimiyyətin burada bolşeviklərin əlinə keçməməsi üçün səylə mübarizə aparırdılar. 1918-ci ilin ağır günlərində Vətəni daşnak erməni zülmündən qurtarmaqyurdu vəhşi qaniçən dığalardan təmizləmək üşün Vedibasar mahalının tanınmış igid oğlu, Abbasqulu bəy xalq mübarizəsinə qoşulduözünün yaratdığı "Qırmızı taborla düşmənə ciddi itgilər verdi.Abbasqulu bəy Şadlinski 1886-cı il fevralın 24-də Vedibasar mahalının Böyük Vedi kəndində dünyaya göz açıb. Uşaq yaşlarında ikən atasını itirən Abbasqulu, ikisinifli rus-tatar (Azərbaycan) məktəbində oxumuş, məktəbi bitirdikdən sonra bir müddət mirab (suvarma işlərinə nəzarət edən) vəzifəsində çalışmışdır. Abbasqulu bəy 1902-ci ildən etibarən atasından qalma kiçik torpaq sahəsində əkinçilik edərək güzaran keçirmiş, təsərrüfat işləri ilə məşğul olmuşdur.

1905-1907-ci illər rus burjua və 1905-1911-ci illər İranda məşrutə inqilabları A.Şadlinskinin siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmiş, 1917-ci il fevral inqilabından sonra isə, həyatını xalq işi uğrunda mübarizəyə həsr edib kommunistlərə rəğbət bəsləmişdir.

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımları baş alıb getdiyi bir dövrdə Abbasqulu bəy erməni quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi - "Qırmızı taboru yaratdı və üç il əzində tabora komandirlik etdi. "Qırmızı taborçular AndranikDronun başçılıq etdiyi daşnak quldur dəstələrinə qarşı igidliklə vuruşur, düşmənə xeyli itkilər verərək onların azərbaycanlılar yaşayan kəndlərə soxulmasının qarşısını alırdılar. Azğın ermənilər "Qırmızı taborun güc və qüdrətini yaxşı bildiyindən çox zaman bu mübariz dəstə ilə üz-üzə gəlməyə, qarşılaşmağa cürət etmirdilər. 1918-1919-cu illərdə erməni daşnak hissələri dəfələrlə Vedibasara hücum etməyə cəhd göstərsə də "Qırmızı taborun” sayıqlığı və dəyanəti nəticəsində düşmənlər hər dəfə xeyli itki verərək geri oturdulmuşdu. Taborun əldə etdiyi bütün uğur və qələbələrdə A.Şadlinskinin böyük xidmətləri var idi. O, bacarıqlı və cəsur komandan olmaqla yanaşı, həm də tədbirli bir rəhbər idi. "Qırmızı taborun döyüşlərdə mümkün qədər az itki verməsi və düşmənə hər dəfə sarsıdıcı zərbələr endirməsi üçün Abbasqulu bəy müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirirdi. 1919-cu ilin yayında öz himayədarları tərəfindən çoxlu sayda silah-sursatla təmin olunmuşxeyli gücləndirilmiş daşnak ordusu ilə açıq hərbi əməliyyata girməmək üçün Abbasqulu bəy yerləşdyi kəndi taboru ilə birlikdə döyüşə-döyüşə tərk edərək, Vedi və Zəngibasar əhalisinin əksər hissəsi ilə birlikdə İran ərazisinə keçmiş, əvvəl Xoy, sonra isə Mərənd şəhəri yaxınlığında mövqe tutmuşdu. 1920-ci il 28 iyulda Naxşıvanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Hərbi İnqilab Komitəsi və şəxsən N.Nərimanovun dəvəti ilə A.Şadlinski sentyabrın 17-də 200 nəfərlik "Qırmızı taboru ilə Naxçıvana gəldi və oradakı qırmızı qvardiyaçılala birləşib vahid komandanlıq altında fəaliyyət göstərdilər. A.Şadlinski ilk vaxtlar Naxşıvanın sərhədlərinin qorunmasına, sonralar isə öz dəstəsi ilə birlikdə daşnak hissələrinə qarşı fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onun komandanlıq etdiyi hərbi dəstə qaniçən Dronun daşnak birləşmələrini darmadağın edərək Naxçıvanda Sovet hakimiyyətini qurduburada fəaliyyət göstərən ingillis-daşnak işğalına son qoydu. Göstərdiyi igidlikböyük xidmətlərinə görə A.Şadlinski Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri N.Nərimanov tərəfindən "Qırmızı Ulduz” medalına layiq görüldü."Qırmızı taborun daşnak-erməni millətçilərinə qarşı apardığı silahlı mübarizənin tarixi əhəmiyyətindən söz açarkən bir məsələni də xüsusi olaraq qeyd etməliyik ki, bu amansız döyüşlər ilk növbədə öz ata-baba yurdunda yaşayan türk-müsəlman əhalini azğın daşnak canilərinin qanlı hücumlarından qorumaq üçün aparılırdı. Əsasən müdafiə xarakteri daşıyan bu hərbi əməliyyatlar daşnaklardan fərqli olaraq heçdinc əhaliyə qarşı deyil, müxtəlif cinayətlərdə əli qana bulaşmış bilavasitə silahlı daşnak canilərinə qarşı yönəlmişdi. AndranikDronun başçılıq etdiyi daşnak quldur dəstələri ingilislislər və agqvardiyaçılardan daimi hərbi dəstək alsa da, "Qırmızı taborçular demək olar ki, yerli azərbaycanlı əhalinin cüzi köməyi sayəsində taboru silah-sursatla təmin edirdilər. Çünki Azərbaycan hökumətinin uzaqda fəaliyyət göstərməsi və ingilis general-qubernatorluğunun burada daşnakların xeyrinə syasət yürüdərək bölgəni daim nəzarət altında saxlaması, ordunun kənardan təminatı məsələsini mümkünsüz edirdi. 1921-ci ilin fevral-aprel ayının əvvəllərində İrəvanda daşnaklar siyasi hakimiyyəti ələ keçirmək üçün kütləvi qiyam qaldırmışdı. Həmin qiyamın yatırılmasında A.Şadlinskinin başçılıq etdiyi "Qırmızı tabor” yaxından iştirak etmiş, cinayətkar millətçi ermənillərin bütün hərbi müdaxilə cəhdlərinin qarşısı alınmışdı. "Qırmızı taborçular daşnaklarla döyüşlərdə göstərdiyi böyük igidlik və şücaətə görə Ermənistan Sovet Respublikası rəhbərliyi tərəfindən A.Şadlinskidaxil olmaqla taborun 19 nəfər döyüşçüsünü "Qirmızı bayraqordeni ilə təltif etmişdi. "Qırmızı taborda erməni quldurlarına qarşı Abbasqulu bəylə çiyin-çiyinə vuruşmuş adlı-sanlı igidlərdən Xəlil bəy, Nəsrulla bəy, Qəmlo, Mehdi bəy və s. adları bütün Vedibasar mahalında məşhur idi. 1921-ci ilin yayında A.Şadlinskiniin rəhbərlik etdiyi hərbi dəstə Dərələyəz və Zəngəzurda daşnak quldurların darmadağın edilməsində böyük qəhrəmanlıqlar göstərdi. 1922-ci ildə Ermənistanda daşnak fitnəkarlığına son qoyulduqdan sonra Naxçıvana dönən cəsur sərkərdə, burada sərhədlərin qorunması xidmətinin komandiri olmuşdur. Həmin ilin sonlarında o Vediyə qayıdaraq 1928-ci ilə kimi Ermənistanda müxtəlif təsərrüfat müəssisələrində məsul vəzifələrdə çalışmış, Dəvəli sement zavodunun tikintisinə rəhbərlik etmişdi. 1930-cu ilin fevral ayında A.Şadlinski Vedidə düşmənlər tərəfidən qətlə yetirildi. Onun ölümü Vedibasar mahalında ümumxalq matəmi kimi qarşılanmış və bütün el-oba bu böyük qəhramanın dəfnində iştirak etmişdi. Vətəni və xalqı üçün canını fəda etmiş, son nəfəsinədək daşnak erməni millətçilərinə qarşı mətanətlə vuruşmuş Abbasqulu bəyi Azərbaycanda da çox sevir xatirəsini əziz tuturlar. Onun igidliyinə əsərlər yazılmış, film çəkilmişdir. Yenilməz qəhrəmanın uyuduğu qədim Vedibasar mahalı və bütün İrəvan elləri erməni tapdağı altında inləsə də, Abbasqulu bəyin parlaq xatirəsi və qırmızı taborçuların şanlı döyüş salnamələri hər birimizi bu gün o ulu Vətənə qovuşmağa və düşməndən intqam almağa səsləyir.

 

Zəfər Kərimov

Şərq.- 2016.- 5 aprel.- S.12