QUMAR OYUNUNDA QIZINI UDUZAN ATALAR VAR”

Ombudsmanın sensasion açıqlamasına ekspertlərdən cavab

Azərbaycanda çox problemli bir sahə olan insan hüquqları, xüsusilə qadın hüquqları onların pozulması geniş vüsət alıb. Məişət zorakılığı, qadın hüquqlarının pozulması, gender bərabərsizliyi, erkən qeydiyyata alınmayan nikahlar, cinsi ayrıseçkilik, təcavüz kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir.

Cəmiyyətdə bu cür halların artması səbəbindən məsələ Milli Məclisdə keçirilən "Ailə institutunun formalaşmasında adət-ənənələrimizin roluadlı tədbirdə geniş müzakirə edilib. Tədbir zamanı çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə xüsusən qeydiyyatsız nikahların sayının artmasından da ciddi narahat olduğunu deyib.

Ombudsmanın sözlərinə görə, bu hal kəndlərdə rayonlarda daha çox olur. Kimisə zorla ərə verirlər nəticə etibarilə ortaq məxrəcə gələ bilmirlər. Ailə institutunun formalaşdırılmasına əngəl törədən problemlər məhz bunlardır.

E.Süleymanova ailələrin dağılmasına səbəb olan hadisələrin içərisində narkomaniya, içki qumar aludəçiliyi kimi ciddi problemlərin rol oynadığını qeyd edib: "Son vaxtlar bizə ərizələrlə müraciət edirlər ki, qumar oyununda qızını uduzan atalar peyda olub”.

Ombudsman Azərbaycanda əxlaqsızlıq yuvalarının çoxluğundan da şikayətlənib: "Ailə institutunun dağılmasında bunun da xüsusi rolu var. Qızlara ailədə ayrı-seçkilik çox qoyulur. qədər bunu inkar etsək , reallıq belədir. Ana bətnində olanda dölün cinsini müəyyən etmək mümkündür. Ailə övladın qız olduğunu biləndə onu tələf etdirir. Statistik rəqəmlərə nəzər yetirdikdə görərik ki, dünyaya gələn körpələr arasında qızların göstəricisi 46, oğlanların sayı isə 54 faiz təşkil edir. Bu da böyük demoqrafik dəyişikliklərə səbəb olur”.

Məsələ haqqında "Şərq”ə danışan "Təmiz Dünyaİctimai Birliyinin sədri Mehriban Zeynalova ailə institutunun dağılmasına tək qeydiyyatsız nikahların deyil, başqa ciddi amillərin təsir etdiyini deyib: "İllərdir bu məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Artıq avropalaşma istiqamətinin geniş yayılması milli-mənəvi dəyərlərin nisbətən sıradan çıxmasına səbəb olur. Nəticədə bu prinsip üzərində qurulan ailə institutunun da dağılması prosesi başlanır. Problemin həlli, münasibətlərin düzgün tənzimlənməsi üçün yeni ailə modeli yaradılmasına ehtiyac yaranır”.

Ölkəmizin Qərb Şərq mədəniyyətinin kəsişməsində olduğunu vurğulayan M.Zeynalovanın sözlərinə görə daxili problemlərimizin həllində ikili fikirlərin yaranmasına səbəb budur: "Qanunvericilik sistemini müasir şəkildə həyata keçirmək üçün qərb prinsiplərini əsas götürür, müxtəlif beynəlxalq konvensiyalara qoşuluruq. Daxili məsələlərdə isə daha çox adət-ənənələrə üstünlük verilir. Təzadlı yanaşmanın yaranması bundan başlanır. Ailə institutunun yenidən gücləndirilməsi məqsədilə ilk əvvəl biz hansı modelə əsaslanmalı olduğumuzu bilməliyik. Azərbaycan üçün hər iki mədəniyyətin müsbət mənfi cəhətləri olduğundan ortaq məxrəcə gəlmək düzgün variantı qanunvericilikdə tənzimləmək vacibdir. Mövcud vəziyyətdə biz ailələrimizi köhnə qaydalarla, ifrat adət-ənənələrlə idarə edə bilmərik. Müsbət dəyişikliyə nail olmaq istəyiriksə, cəmiyyətdə ilk öncə ailəyə, qadına münasibət düzgün bərqərar olunmalıdır. Bunu təmin etdiyimiz zaman artıq formalaşdırdığımız ideal ailə modelinə uyğun institutlarımızın inkişaf etdirilməsindən danışmaq olar”.

 

Keçmişdə rəsmi nikah yox idi, lakin insanlar uzun illər bir yerdə yaşaya bilirdi. Səbəb sadəcə ailə quran şəxslərin ailəyə münasibəti öhdəliklərindən, inam, etibar kimi dəyərlərin ön planda olmasından ibarət idi. Müasirləşmə prosesinə qədər tamam adət-ənənələrin himayəsində olan ailələrin dağılması halları az baş verirdi.

"Təklif edirəm ki, ailə institutunun möhkəmləndirilməsi üçün qeydiyyata alınmayan nikahları qeyd etmək əvəzinə, ailəyə, qadına münasibəti ön plana çəkib, bu istiqamətdə müəyyən tədbirlər görək” - deyən "Təmiz Dünyarəhbəri ombudsmanın diqqətə çatdırdığı "qumar oyunlarında qızını uduzan ataların peyda olmasıməsələsinə toxunub. Bunun kütləvi hal almadığını geniş müzakirə üçün səbəb olmadığını bildirib.

Qadına münasibətin normallaşdırılmasına, gender ayrıseçkiliyinin aradan qaldırılmasına qız uşaqlarının ana bətnində tələf edilməsi problemindən başlamaq lazımdır: "Statistika göstəricilərinə görə qızların sayı azaldılır bu, qadına münasibətin başlanğıcıdır. Süni şəkildə hansısa qanunvericiliyin dəyişdirilməsi, radikal addımlar bunun qarşısının alınmasına ciddi təsir etməyəcək. Qadına münasibət dəyişməsə, qanun abortu qadağan etsə belə, insanlar bunu qeyri-qanuni şəkildə həyata keçirəcək. Ona görə məsələni kökündən həll etmək vacibdir”.

Millət vəkili Məlahət İbrahimqızı isə ailə institutunun dağılmasının qarşısını almaq üçün cəmiyyətin özünün tənzimləməli olduğu məsələləri qeyd edib. Onun fikrincə, maarifləndirmə tədbirləri ilə yanaşı, ictimai qınaq amili vacibdir: "Ailə institutunu düzgün formalaşdırmaq üçün məişətdə baş verən mənfi tendensiyalara kəskin ictimai qınaq göstərilməsi problemin azalmasına gətirib çıxara bilər. Lakin istisnalar şəklində mövcud olan hər hansı vəziyyəti qabardıb, təhlükə hesab etmək düzgün deyil. Heç kim ailəsini belə desək, "öz kefindəndağıtmır. Ailədə ciddi problemlər yaşanırsa, dağılmağa sürüklənir. Lev Tolstoyun dediyi kimi, "Xoşbəxt ailələr hamısı biri-birinə bənzəyir, lakin bədbəxtlər hərəsi bir cür bədbəxtdir”. Doğrudan da dağılan ailələrin hərəsinin öz problemi olur. Bunu sadəcə bir neçə məsələ ilə əlaqələndirmək düzgün olmaz”.

Azərbaycanda boşanma faizi 12-13 faiz təşkil edir. İllik artımın qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirilə bilər.

 

Aysel Aslan

Şərq.- 2016.- 14 aprel.- S.11