TARİXÇİ-ALİM
CƏBHƏ BÖLGƏSİNDƏN QAYIDIB
“Ağdamda
əhali ilə söhbət zamanı məğlubiyyət sindromunun tamamilə
sındırıldığını gördüm”
Aprelin ilk günlərində cəbhə xəttində atəşkəs rejiminin pozulması və işğalçı Ermənistan ordusunun törətdiyi təxribatlara Silahlı Qüvvələrimizin layiqli cavab verməsi, hərbçilərimizin şücaəti və igidliyi bütün ölkə əhalisində böyük ruh yüksəkliyi yaradıb. Cavandan-qocaya kimi xalq bir yumruq kimi birləşib əsgərlərimizə dəstək aksiyaları keçirdilər.
Millət vəkilləri, ictimaiyyət üzvləri təmas xəttinə yaxın bölgələrə səfər edərək yerli camaatla həmrəy olduqlarını nümayiş etdirdilər. Və bu proses hələ də davam etməkdədir. Elə bu günlərdə cəbhə bölgəsindən qayıdan Bakı Dövlət Universitetinin dosenti, tarixçi-alim Boran Əzizli də səfər təəssüratlarını "Şərq”lə bölüşüb. Zabit və əsgərlərimizin, eyni zamanda yerli sakinlərin, yüksək əhval-ruhiyyə ilə postlarında dayandıqlarını vurğulayan alimin dediyinə görə, xalqın ruhunda bir ay bundan əvvələ nisbətən xeyli dəyişiklik var: "Hamı bir nəfər kimi ordumuzun gücünə, döyüş əzminə və artıq qələbənin bizlərdən çox da uzaq olmadığına inanır. Azərbaycanın işğal olunmuş torpaqları uğrunda gedən mübarizə bizə 90-cı illərin əvvəllərindəki məğlubiyyətlərimizi unutdurdu və xalqımızı sadəcə qələbəyə köklədi. Fərd olaraq yox, xalq olaraq ordumuzun uğurlarını bölüşdük, geri qaytarılan torpaqlarımızın sevincini birlikdə yaşadıq.
Ağdamda əhali ilə söhbət zamanı məğlubiyyət sindromunun tamamilə sındırıldığını gördüm. İnsanların ürəyi səngərdə keşik çəkən əsgərlə birlikdə döyünür, xalq ordusuna arxalanır. Əvvəlki illərə nisbətən bütün bunlar müsbət haldır. Hansı ki, son hadisələrə qədər bir çoxları ordumuzun gücü, bütün qoşun növlərinin müasir silahlarla silahlanması, döyüşə hazırlıqlı olması ilə bağlı açıqlamalara inanmır, deyilənlərin pafosdan başqa bir şey olmadığını düşünürdülər. İndi gördük ki, Azərbaycan ordusu istənilən hərbi əməliyyatı yerinə yetirməyə hazırdır. Hətta düşmən də ordumuzun belə güclənməsindən ciddi narahat olub. Hay-küy salırlar.
- Yerli camaatda narahatlıq hiss olunurdu?
- Əksinə, mülki
əhali silahlanıb orduya qoşulmaq üçün can atırdı. Ötən
illərdə cəbhə
xəttində gərginlik
yaranan zaman dinc əhali haqlı olaraq, pulemyotların, qratların
düşmə ehtimalı
olan ərazilərdən
çıxır, ara sakitləşənə
qədər təmas xəttindən uzaq evlərdə məskunlaşırdılar.
Ancaq indi tamamilə fərqli mənzərə
ilə qarşılaşdım.
İnsanlar hansısa vasitə
ilə orduya dəstək olmağa çalışırdılar. Bu son dərəcə qürurverici bir haldır. Əsgərlərə dəstək məqsədi
ilə keçirilən
aksiyalar, bütün Azərbaycanın öz bayrağına sarılması
kimi faktlar da xalqın əhval-ruhiyyəsinin yüksək
olduğunu göstərir.
Cəbhə xəttində olmaq
və yerli əhali ilə söhbət etmək mənim özümdə belə daha xoş ovqat yaratdı. Sözün açığı, cəbhə bölgəsinə
getməkdə məqsədim
döyüş zamanı
evi yandırılan, atılan atəş nəticəsində ciddi ziyan görən ailələrə evimin qapısını açmaq
idi. Ancaq dediyim kimi, dinc əhalini yaşayış məntəqələrini
tərk etməməkdə
çox israrlı gördüm. Cəbhə xəttində
müşahidə etdiyim
bir hal da
insanların ayıq-sayıq
olması idi. Tanış gəlməyən, hərəkətləri
şübhə doğuran
insanların kimliyi ilə maraqlanır, onun hansı məqsədlə kəndə
gəldiyini öyrənirdilər.
Bu isə erməni
kəşfiyyatından qorunmaq
üçün zəruri
addımdır.
- Bir sözlə, Azərbaycan sadəcə hərbi yox, mənəvi-psixoloji cəhətdən
də müharibəyə
hazırdır...
- Tamamilə doğrudur, Azərbaycan cəmiyyəti
Ermənistana qarşı
müharibəyə hazırdır.
Azərbaycan və Ermənistanın
atəşkəsin bərpası
ilə bağlı razılığa gəlməsinin
insanlarımızı necə
məyus etdiyi gördük. Sözün açığı,
ordumuz bu qədər irəliləmişkən
atəşin dayandırılması
mənim özümü
də pəjmürdə
etdi. Biz gərək atəşkəs
siyasəti altında erməni havadarlarının
erməni ordusunun yenidən təşkil olunmasına şərait yaratmaq, onlara arxa çıxaraq əraziyə yeni qüvvələri cəlb
etmək üçün
vaxt qazanmaq siyasətinə uymayıb,
hücumu davam etdirəydik.
- Boran müəllim, ordumuzun keçirdiyi hərbi əməliyyatları
qələbə kimi dəyərləndirənlərlə yanaşı, "iki təpəyə görə
bu qədər şəhid verməyə
dəyərdimi” sualını
verənlər də
var. Siz necə düşünürsünüz?
- Könül istərdi ki, geri qaytardığımız
təpələrin sayı
daha çox, şəhidlərimizin sayı
isə daha az olaydı.
Amma biz müharibə reallıqlarını
unutmamalıyıq. Geri
qaytarılan yüksəkliklərin
çox böyük strateji əhəmiyyəti
var. Təkcə Lələtəpə
yüksəkliyi ordumuza
Horadiz və Füzuli rayonunu nəzarətdə saxlamağa
imkan verir və o istiqamətdən yarana biləcək təhlükələrin qarşısını
alır. Hər şeydən
əvvəl bu təpələrin Silahlı
Qüvvələrimizin nəzarətində
olması gələcəkdə
atılacaq addımlar
üçün bir stimuldur. Bu iki təpə havadarlarına
arxalanan ermənilərin
məğlubedilməzliyi ilə
bağlı bütün
narahatlıqlara son verdi. Son illərdə
Dağlıq Qarabağ
problemi beynəlxalq güclər, siyasi təşkilatlar tərəfindən
dondurulmuş münaqişə
kimi adlandırılmaqda
idi. Ancaq ordumuzun həyata
keçirdiyi əməliyyatlar
onların bu yanaşmasını yalanladı.
Eyni zamanda Ermənistan və onun havadarlarının
Qarabağ sevdasının
üzərindən bir
xətt çəkdi.
Son illərdəki susqunluğumuz onlarda artıq torpaqlarımızdan
əlimizi üzdüyümüzə
dair rəy yaratmışdı. İgid oğullarımızın
bu təpələri işğaldan azad etdiyi fonunda biz düşmənə torpaqlarımızda
müvəqqəti olduqlarını
bir daha xatırlatmış olduq.
Biz nə torpaqlarımızdan
imtina etmək, nə onu kimlərəsə
bağışlamaq, nə
də onun uğrunda döyüşməkdən
vaz keçəcəyik.
- Bəs, tarixə "üçgünlük müharibə”
adı ilə yazılan bu əməliyyatlar danışıqlar
prosesinə necə təsir edəcək?
- Birmənalı şəkildə
Azərbaycanın növqeyini
gücləndirəcək. 1-ci Qarabağ müharibəsindən
üzü bu yana Azərbaycan
danışıqlar masasında
məğlub tərəf
olaraq əyləşirdi,
ancaq bundan sonra əlimiz gücləndi. Yuxarıda da qeyd etdiyim kimi, qısamüddətli
döyüşlər beynəlxalq
ictimaiyyətə Qarabağ
münaqişəsinin "donmadığını”, Azərbaycanın
müharibə qabiliyyətinin
daha da yüksək
olduğunu sübut edib, torpaqların azad olunması üçün artıq səbir etmək niyyətində olmadığını
göstərdi. Azərbaycan üçgünlük
döyüşlərdə strateji gücün ələ alınmasının
əsasını qoydu,
bundan sonra vəziyyətin əvvəlki
kimi olmayacağı dəqiqdir.
Şəymən
Şərq.-
2016.- 14 aprel.- S.7