Medianin dezinformasiya problemi

Yalan məlumat jurnalistika üçün ciddi nöqsandır

Arif Əliyev: “Şayiələrin yayılmasının qarşısını cəmiyyətə düzgün bol informasiya verməklə almaq olar

Yadigar Məmmədli: "Jurnalist xəbər hazırlayanda faktlara əsaslanmalıdır, hər hansı insanın dediyi sözə yox

Məmməd Gülməmmədov: "Jurnalistikada peşəkarların sayı artdıqca, bu problem öz həllini tapacaq

Mətbuatın ağrılı yerlərindən biri bəzi media qurumlarının, xüsusilə internet saytların mütəmadi olaraq dezinformasiya yaymasıdır. Dezinformasiya fərdləri cəmiyyətləri istiqamətləndirmək məqsədilə yanlış məlumat ötürmək ya həqiqətləri gizlədərək yarımçıq bilgi verməkdir. Ümumiyyətlə, yalan çaşdırıcı məlumat yaymaq mediada, siyasətdə, iqtisadiyyatda, idman hərbi sahələrdə tez-tez istifadə edilən psixoloji müharibə metodu hesab olunur.Amerika hərbi qurumları cəmiyyətləri istənilən istiqamətdə təsir altına almaq məqsədi ilə informasiya savaşından istifadə edirlər. Dezinformasiyanın təsiri düşündüyümüzdən daha çoxdur. Yanlış informasiyalardan çox zaman reytinq toplamaq, oxucu sayını artırmaq üçün məqsədyönlü şəkildə istifadə edilir. Lakin həqiqəti əks etdirməyən məlumatlar, əksinə, həmin xəbər portalını nüfuzdan salır oxucu itkisinə səbəb olur. Hətta sırf əyləncə məqsədi ilə yayılan yalan məlumatlar belə qarışıqlığa səbəb olur cəmiyyəti manipulyasiya edir. Bu səbəbdən mətbuatda, xüsusən sosial mediada yayılmış xəbərlərin doğruluğuna dərhal qənaət gətirməməli, həqiqiliyini mütləq mühakimə etməliyik. Əslində bütün zamanlarda jurnalistikada dezinformasiya olub çox güman ki, bundan sonra da olacaq. Mediamızın dezinformasiya problemi yaşadığını inkar etmək olmaz. Çünki əksər hallarda informasiya əldə edə bilməyən jurnalistlər mənbəyi bəlli olmayan xəbərlər yaymaqla məşğul olurlar. Halbuki, dezinformasiya jurnalistin peşə əxlaq kodeksinin prinsiplərinə tamamilə ziddir. Jurnalist həqiqətə xidmət etməli, informasiya mənbələrinə eyni zamanda öz şərəf ləyaqətinə hörmətlə yanaşmalıdır. Ən mühümü isə jurnalist həqiqət carçısı olmalıdır. Ekspertlərə görə, tamamilə yalan məlumatlarla yanaşı, mətnlə heç bir bağlılığı olmayan aldadıcı başlıq altında cəmiyyətə ötürülən yazılar da dezinformasiya məfhumuna aid edilməlidir. Məsələn, hansısa jurnalist yazır ki, "nazir qəzaya uğrayıb”. Oxucu məlumatı oxuyarkən aydın olur ki, hansısa başqa ölkənin nazirindən söhbət gedir. Yaxud başqa bir misal, "vəkil bildirdi ki, filankəs həbsdən azad olub”. Məlumatı oxuyanda isə görürsən ki, əslində heç kim azad olmayıb. Sadəcə, vaxtsa buraxıla bilər. Belə dezinformasiyalar insanları çaşdırır, psixoloji travmaya səbəb olur. Ən əsası isə real məlumat almaq üçün mətbuata üz tutan insanları aldadaraq mediadan uzaqlaşdırır. Şübhəsiz ki, jurnalistlər dezinformasiya çaşdırıcı xəbərlər yaymaqla oxucunu məqaləyə cəlb etmək istəyirlər. Lakin başa düşmürlər ki, əslində bu yolla oxucunu yaxınlaşdırmırlar, tam əksinə, auditoriyanın mediaya olan inamını sarsıdırlar. Bu, yolverilməzdir. Düşünürəm ki, jurnalist hər şeydən öncə məlumatın həqiqiliyinə fikir verməlidir. Bir daha xatırladaq ki, jurnalistlərin peşə əxlaq kodeksində üç prinsip var. Birincisi, həqiqətə xidmət, ikincisi, informasiya mənbələrinə hörmət, üçüncüsü isə şərəf ləyaqətə sayğı göstərməkdir. Bu ünsürlərin üçündən biri əskik olduqda peşəkar jurnalistə, dəyərlərə sahib olan qələm sahibinə çevrilmək mümkünsüz olur. Məsələyə münasibət bildirən "Yeni NəsilJurnalistlər Birliyinin sədri Arif Əliyev təsdiqini tapmayan xəbərlərin mediada dərc olunmasını arzuolunmaz hal kimi qiymətləndirib: "Dezinformasiyanın verilməsi təxribatların, propaqandaların yayılmasını daha da genişləndirir. Bu kimi xəbərlər hər hansı bir hadisə baş verdikdə zəncirvari hal almağa başlayır, günü-gündən sayları daha da artmağa başlayır”. Media eksperti hər hansı nazirin dəyişib-dəyişməməsinin bilavəsitə cəmiyyətə heç bir aidiyyətinin olmadığını deyib: "Hətta sorğu keçirsəniz, bəlkə çoxları dəyişilən nazirin adını belə bilməyəcəklər. Amma bu dezinformasiyalar insanlara psixoloji təsir göstərir onlar bu xəbərlərlə daha çox maraqlanmağa başlayırlar”. Belə informasiyaların qarşısını almaq məsələsinə gəlincə, A.Əliyev dezinformasiyaların qarşısına hər hansı bir səddin çəkilməsini mümkünsüz sayır:

"Yalan xəbərlər, şayiələr ordu deyil ki, qarşısını alasan. Dezinformasiyanı müşayiət etmək onu mövcud situasiyada dəyişmək lazımdır. Şayiələrin yayılmasının qarşısını cəmiyyətə düzgün bol informasiya verməklə almaq olar. Jurnalistlər üçün, eləcə informasiya almaq istəyən cəmiyyət üzvləri üçün lazımi şərait yaradılmalıdır ki, dezinformasiya xəbərlər yayılmasın”. Birlik sədri bəyan edib ki, dezinformasiyaların yayılmasının digər səbəbi bəzi KİV-lərin qabağa düşmək, tez tanınmaq istəməsi cəhdi daha tez informasiya verməsi ilə bağlıdır: "Əsas səbəb KİV-lərin informasiya çatışmazlığından qaynaqlanır onlar da sensasiya yaratmaq istəyi ilə çıxış edirlər. Amma bəzən informasiya hesab edilən xəbərlər, yəni bahalaşma olanda, iqtisadi cəhətdən hansısa tədbirlər görüləndə cəmiyyətə informasiya vermək adı ilə belə məlumatlar ötürülür. Dezinformasiya jurnalistika aləmində "virus” adlanır. Bu üsulla gələcəkdə qəbul olunacaq reaksiyanı müəyyənləşdirməyə çalışırlar”. Ekspertin sözlərinə görə, Azərbaycanda dezinformasiyaların çox güclü şəkildə inkişaf etməməsinə şükür etmək lazımdır: "Biz müharibə şəraitindəyik hər hansı dezinformasiya düşmənə daha vacib məlumatın ötürülməsi ilə nəticələnə bilər. Tarix boyu dünya ölkələrində dezinformasiyalar olub. Amma Azərbaycanda o qədər yüklü məlumatlar haqqında dezinformasiyalar yayılmayıb”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli dezinformasiyaların yayılmasını jurnalistika üçün çox ciddi nöqsan hesab edib: "Jurnalist xəbər hazırlayanda faktlara əsaslanmalıdır, hər hansı insanın dediyi sözə yox. Həmin faktlar da mənbələrdə öz təsdiqini tapmalıdır. Bundan sonra məlumat cəmiyyətə ötürülə bilər. Amma əfsuslar olsun ki, ölkəmizdə informasiya almaqda çox böyük çətinliklər var. Çünki informasiyanı verməli olan adamlar, qurumlar lazımi məlumatı jurnalistlərə vermirlər. Digər səbəb isə mediamızda jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. İnformasiyanı almağın üsulları var. Onlar bu üsulları öyrənmədiklərinə görə, informasiyanı dəqiqləşdirib onu daha çox genişləndirə bilmirlər. Nəticədə faktlara söykənməyən yazılar meydana çıxır ki, bu da sonda dezinformasiya yaradır. Dezinformasiyanın yaranmasında əsas səbəb jurnalistlərin faktlar əsasında işləməməsidir. Nəticədə onların sayı o qədər artır ki, artıq cəmiyyətin ümumilikdə mətbuata inamı azalır”. Y.Məmmədli son dövrlər sayı artan xəbər saytlarını da tənqid edib: "Yağışdan sonra göbələk kimi sayı artan "xəbər saytları” daha çox dezinformasiya yaymaqla məşğuldurlar. Xəbər portalı yaradan şəxs düşünməlidir ki, o artıq ciddi bir qurum yaradır, özlərində məsuliyyət hiss etməlidirlər. Amma onların bir çoxları bu şərtlərə əməl etmirlər. Nəticə isə göz qarşısındadır”. Qurum rəhbəri vurğulayıb ki, ümumiyyətlə, informasiyaların verilməsinə qadağa qoyula bilməz: "Bu, bütün dünyada da belədir. Mətbuat həmişə azad və müstəqil olmalıdır. Amma bu o demək deyil ki, dezinformasiya yayılmalıdır. Jurnalist həmişə jurnalistika qaydalarına, xəbər yazmaq qaydasına əməl etməlidir. İstənilən bir xəbərin qarşısına embarqo qoyulsa, artıq həmin media qurumu xəbər bazarına çıxa bilməyəcək və bu da onun tanınmasının qarşısını alan səbəblərdən biri olacaq”. Yalan xəbərlərin qarşısının alınmasında cəmiyyətin də daha aktiv olmasını məsləhət görən Yadigar Məmmədli yaxşını pisdən seçməyi vacib sayır: "Cəmiyyət yaxşıları qiymətləndirərsə, pislərə qarşı çıxarsa, onları qınaq obyektinə çevirərsə, belə dezinformasiya yayan KİV-lər cəmiyyət içərisində özlərinə yer tapmayıb, yox olacaqlar”.

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov deyib ki, bəziləri nə qədər dezinformasiya xəbərləri ilə ictimaiyyəti aldatmağa çalışsalar da, insanlar artıq nəyin nə, kimin kim olduğunu anlamaqdadır: "Mütəmadi olaraq dezinformasiya yayan KİV-lər düşünürlər ki, informasiya müharibəsi belə aparılır, ancaq yanılırlar. Artıq həmin xəbər portalları və qəzetlərə inam qalmayıb, öz nüfuzlarını, imiclərini itiriblər. Təsəvvür edin, "hansı nazirlərin sonu gəldi?” və ya "Filan icra başçısının sərəncamı masanın üzərindədir” kimi xəyali xəbərlər bəzi hallarda ictimai çaşqınlıq yaratsa da, sürətli informasiya dövründə artıq bir saat keçmədən yalan olduğu bilinir. Bu kimi halların qarşısını almaq üçün kifayət qədər sərt qanunlarımız var. Lakin düşünürəm ki, bu məsələlər sadəcə məhkəmələrdə həll edilməməlidir. İctimai qınaq da olmalıdır, həmin dezinformasiya aludəçiləri bu sektorda elə ilk növbədə həmkarları tərəfindən "dışlanmalıdır”.

Baş redaktor bildirib ki, bəzi xəbər portallarını açdıqda və xəbər ardıcıllıqlarına baxdıqda görürük ki, burada xoş niyyət yoxdur: "Jurnalistikadan silah kimi istifadə edirlər. Onların məqsədi bəllidir və müəyyən maddi maraqlar güdürlər. Jurnalistikanı alverə çevirmək olmaz. Bunun üçün də vətəndaş cəmiyyətləri və aidiyyəti qurumlar daimi nəzarət etməlidir. Düşünürəm ki, jurnalistikada peşəkarların sayı artdıqca, bu problem öz həllini tapacaq”.

(davamı var)

İsmayıl.

Şərq.- 2016.- 16 avqust.- S.6