Qəhrəmanlıq ücün
ölümə bir atılış gərəkdir
Aprel ayının əvvəlində cəbhəboyu istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı şəhid olan Milli Ordunun zabiti, "Mİ-24” helikopterinin pilotu mayor Musazadə Təbriz bizim, yəni Xətai rayonunda yerləşən 165 saylı orta məktəbin məzunudur. Təbrizdə vətənə sevgi, xalqa məhəbbət ta uşaqlıqdan formalaşmışdı. O, həddindən artıq vətənpərvər idi.
Təsadüfi deyil ki, Təbriz hələ 7-ci sinifdə oxuyanda Hüseyn Atsızın "Qəhrəmanlıq” şeirini əzbərdən bilirdi:
Qəhrəmanlıq nə yanlız
bir yüksəliş deməkdir,
Nə də şimşəklər kimi,
parlayıb sönməməkdir,
Bunun üçün ölümə
bir atılış gərəkdir.
Atıldıqdan sonra da
bir daha dönməməkdir.
Onda hələ 1994-cü il idi. Torpaqlarımızın mənfur düşmənlər
tərəfindən işğalının
ilk illəri idi.
Kiçik uşaq qəlbi
ilə çox vətənsevər idi.
Vətənin, torpağın azadlığı
üçün hər
an hər şeyə hazır idi.
Musazadə Təbriz Taryel oğlu 1981-ci ildə Gürcüstanın Dmanisi
rayonunda anadan olub. 1 və 2-ci sinifləri Dmanisi rayonunda oxuduqdan sonra təhsilini 165 saylı məktəbdə
davam etdirib. Şəhidimiz orta məktəbi bitirdikdən
sonra 1996-99-cu illərdə
Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə
H.Əliyev adına
Ali Hərbi Təyyarəçilik
Məktəbində təhsil
alıb.
2002-ci ildə hərbi
təyyarəçi kimi
vətənimizin səmasını
qoruyub. Təbriz Taryel atanın,
Tovuz ananın yeganə oğlu, Afidənin yeganə qardaşı idi. Borçalıda doğulsa da,
onun üçün Borçalı, Zəngəzur,
Təbriz, Qarabağ -
bütöv Azərbaycan
vardı. Yeganə amalı
isə Vətən torpaqlarının işğaldan
azad olması idi. Aprel ayının 2-də illər
öncə əzbərlədiyi
şeirin misralarını
bir daha təkrar edərək erməni işğalında
olan Lələtəpə
uğrunda döyüşə
atıldı və ...
Bu gün isə o cür övlad itirən Taryel ata, Tovuz ana
"Övladımız vətən
uğrunda şəhid
oldu”,- deyirlər.
Çünki biz ona belə
tərbiyə vermişdik.
Başqa cür ola bilməzdi.
Şəhidimizin ailəsi Prezidentimizin,
Mehriban xanımın şəhid ailələrinə
qayğısından son dərəcə
razıdırlar. Taryel atanın,
Tovuz ananın yeganə arzusu Təbrizin təhsil aldığı, ata evinin lap yaxınlığında
yerləşən, 165 saylı
məktəbə onun
adının verilməsidir.
Hesab edirəm ki, onların bu istəyi gerçəkləşsə,
bu şəhidimizin ata-anası üçün
böyük təsəlli
olar. Taryel atanın da
dediyi kimi, Təbrizin vətənpərvər,
dürüst, mərd
bir oğul kimi yetişməsində
165 saylı məktəbin
də böyük rolu olub. Ona görə də, onlar istəyir ki, 2016-2017 dərs ili başlayanda
165 saylı məktəbin
şagirdləri Təbrizin
adını daşıyan
məktəbə qürurla
daxil olsunlar və Təbrizin şərəfli həyat
yolunun davamçısı
olsunlar.
Aliyə Gəncəliyeva
Şərq.-
2016.- 27 aprel.- S.12