Televiziyalarda müqəllif proqramları
niyə yoxdur?
Tofiq Abbasov: “Jurnalist auditoriyanı düşündürməlidir”
İlhamiyyə Rza: “Müəlliflə işləmək
sıradan birisi ilə işləmək qədər rahat deyil”
Azərbaycanda söz və məlumat azadlığının,
KİV müstəqilliyinin təmin edilməsi dövlət siyasətinin
prioritet istiqamətlərindən
ən mühümüdür. Prezident İlham
Əliyevin də bəyan etdiyi kimi, azad, plüralist,
güclü media olmadan
cəmiyyətin demokratik
inkişafını, şəffaflığını
təmin etmək mümkün deyil. Hazırda ölkəmizdə
KİV-in fəaliyyətini tənzimləyən, bu və ya digər
şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılıb.Azərbaycan çox nadir ölkələrdəndir
ki, mətbuatın inkişafına dövlət
dəstəyi həyata
keçirilir, KİV-lərin
İnkişafına Dövlət
Dəstəyi Fondu siyasi mövqeyindən asılı olmayaraq müəyyən texniki şərtlərə uyğun
gələn bütün
qəzetlərə yüksək
məbləğdə maliyyə
vəsaiti ayırır.
Azərbaycan Prezidentinin sərəncamı
ilə jurnalistlərin
sosial müdafiəsinin
gücləndirilməsi yönündə
birdəfəlik maliyyə
yardımı ayrılır.
Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində tədbirlər
görülür. Bütün bunlar
Azərbaycanda medianın
ümumi mənzərəsini
və vəziyyətini
aydın göstərən
vacib şərtlərdir.
Amma təəssüflə qeyd
etməliyik ki, Azərbaycanda bəzi telekanalların durumu arzuolunmaz səviyyədədir
və bu cür televiziyalar tamaşaçıların maraqlarını
ifadə edə bilmir. İzləyicilərin dünyagörüşünün
zənginləşməsi, maariflənməsi ilə bağlı bir sıra problemlər mövcuddur. Ümumiyyətlə, ölkədə televiziya yayımlarında hər kəsi narazı salan ciddi qüsurlar
çoxdur. Telekanallar cəmiyyətdə
baş verən dinamik hadisələri tam işıqlandırmaqda çətinlik
çəkir. Tamaşaçı və cəmiyyətin marağı çox bəsit formada təqdim olunur. Xəbər proqramları Azərbaycanda
aşağı səviyyədədir.
Telekanallarımızda daha çox
səviyyəsiz, bayağı
şou verilişləri
dəbdədir. Debatlar,
tok-şoular, dialoqlar və ən əsası müəllif
proqramlarına çox
az rast
gəlinir. Maraqlıdır, görəsən, telekanallarımızda müəllif
proqramlarının sayı
niyə azalıb?
Bu tip proqramların sayının
çoxaldılması üçün
kadr potensialı çatışmır, yoxsa
telekanallar bunda maraqlı deyil?Suallarımızı
cavablandıran tanınmış
telejurnalist Tofiq Abbasov "Şərq”ə
bildirib ki, müəllif jurnalistikası
jurnalistikamızın simasını
müəyyən edir:
"Azərbaycan jurnalistikası
inkişaf edir dedikdə, o inkişafın
meyllərini həmin müəlliflərin adları
ilə əsaslandırmalıyıq.
Bilməliyik ki, inkişaf
haqda danışdıqlarımız
mif deyil. Bir növ milli jurnalistikamızın publisistik
cərəyanı özünü
doğruldur. Bunlar bilavasitə
simalarla əlaqədardır.
Simalar özlərində o kadr enerjisini yaşatmalıdırlar.
İndi jurnalistlərimiz biri-birindən
mövzu götürüb,
inkişaf etdirirlər.
Amma müəllif jurnalistikası odur ki, burada hər
iş həmin müəllifin üzərinə
düşür. Belə
olan halda müəllif işinin məsuliyyətini hiss edir,
duyur. Aktual mövzuda yazan,
danışan, film çəkən,
reportaj hazırlayan müəllifi hamı izləyir. Hamı hər şeyi
görə bilmir.
Amma gərək müəllif
təqdim etdiyi mənzərənin içərisində
xırda detallara da toxunsun ki,
öz missiyasını
doğrultmuş hesab olunsun. Jurnalist auditoriyanı düşündürməlidir.
Onunla dialoq aparmalıdır.
İnsanların fikir və diqqətini çatışmayan
cəhətlərə yönəltməlidir.
Jurnalistin ortaya qoyduğu
məhsul müxalifətin,
hökumətin və
rəsmi dairələrin
diqqət mərkəzində
olur. Müəllif daha çox
mövzunun aktuallığı,
məsələyə sağlam
yanaşma və verdiyi təkliflərlə
diqqət çəkməlidir.
Bizdə
isə bu azdır. Yəni hazırda müəllif jurnalistikasında durğunluq
dövrü yaşanır”.T.Abbasov
hesab edir ki, jurnalistikada kadrların sayının artması, keyfiyyətə
müsbət təsir
göstərmir: "Kəmiyyət
çox ola
bilər, amma keyfiyyət yüksək deyil. Arada deyirik ki, çox böyük sayda gənc nəsil jurnalistika sahəsinə axın olub, özünü sınayır. Onların içərisində
orta və yaşlı nəslin nümayəndəsi də
var. Bir qayda olaraq jurnalistikadan tələb olunan odur ki, qaldırdığı
məsələlər və
yazdığı mövzular
həmişə aktual
olsun. Aktual odur ki, o mövzu bizi düşündürür. Kimsə nəyisə görə bilmirsə, müəllif ona bələdçilik edir. İnsanların fikirlərini o məqama
yönəldir. Düşünürəm ki, müəllif jurnalistikasının əsas
bəlası, nöqsanı
orijinal düşünən,
yazan, özünü
daha yaxşı ifadə edə bilən müəlliflərin
azlığı ilə
bağlıdır. Və bununla
da barışmaq olmaz”."Hazırda diktofon jurnalistikası formalaşıb” iddiasına
diqqət çəkən
ekspert qeyd edib ki, diktofon
jurnalistə kömək
edir: "Müsahibə
götürürsən və
danışıq əsnasında
nəyisə tuta bilmirsən. Sonra yenidən o audio yazıya
qulaq asdıqdan sonra hər şey aydınlaşır.
Diktofon jurnalistə kömək edir. Amma kim nə
deyirsə, onu olduğu kimi köçürüb vermək
də doğru yanaşma deyil. Jurnalistin borcu odur ki,
araşdırdığı mövzu ilə bağlı özü düşünsün, oxucu
və dinləyiciləri
düşündürsün. Bir elementin içərisində
bu iki məqam
biri- birini tamamlayanda onda müəllif özünü
doğruldur. Bizim jurnalistikamızın
tarixi var. Bizim klassiklərimizin -Əhməd
bəy, Üzeyir bəy və başqaları hamısı
aktual mövzuları yazırdılar. Ona görə
də, tarixdə qaldılar. Onların dəsti-xətti bizim üçün bir mayak rolunu
oynayır. Əsas
problem tam yetkin müəlliflərin
az olması ilə bağlıdır”.Yetkin
müəlliflərin azlığının
səbəbinə gəlincə,
ekspert əlavə edib ki, yaradıcı
məsələlərdə öyrətmək çətindir:
"Məsələn, tələbə
özü bu sahəni öyrənmək
istəyirsə, onu öyrətmək asandır.
Yəni kimisə zorən jurnalist edə bilmərəm. Yəni
kimsə ali
məktəbə sənədlərini
verib, balı hüquq fakültəsinə
çatmadığına görə,
jurnalistikaya gəlirsə
və jurnalistikaya istəmədən gəldiyini
deyirsə, onu zorən jurnalist etmək çətindir. Burada yaradıcı peşədən
söhbət gedir.
İnsanın özündə öyrənmək həvəsi
varsa, onu öyrətmək olar.
Amma şəxsin özü öyrənmək istəyirsə,
onunla işləməyə
dəyər. Burada əsas
məsələ odur ki, gənclər bu sənətə hansı istəklə gəlir. Biri deyir ki, özümü ancaq televiziya jurnalistikasında
görürəm. Orda mənim
görüntüm olsun
və məni tanısınlar. Bu adam jurnalistikaya xidmət etmək istəmir. Belələri istəyir ki,
jurnalistika ona xidmət göstərsin.
Onu tanısınlar və populyarlıq qazansın.
Onun özünü sonradan necə ifadə edəcəyi isə məsələnin ikinci tərəfidir. Biri də
var ki, insanlar
sakit bir qəzetdə və ya elekton resursda
çalışırlar. Beyinlərinin məhsulunu bölüşürlər,
araşdırmalar aparırlar.
Onlar üçün sosial proseslərdə iştirak
etmək, siyasi məsələlərə münasibət
bildirmək daha vacibdir, nəinki onların populyarlığı.
Biri prestij üçün, biri tanınmaq, biri proseslərdə iştirak etmək üçün gəlir.
Jurnalistika sahəsinə xidmət
göstərmək həmişə
çox böyük bir missiya olub.
Təəssüflə demək
olar ki, belə adamların da sayı çox
az olur.
Jurnalistikada özünü təsdiqləmək
istəyənlərdən yaxşı
müəlliflər çıxır.
Onlar müəllif jurnalistikasının
öncülləri olur”.
Digər tanınmış telejurnalist İlhamiyyə Rza da qeyd edib ki, istər televiziyada, istər qəzet və saytlarda , istərsə də ictimai arenada müəllif jurnalistlər "iqnor” olunurlar: "Müəllif bildiyi sözə sahib çıxan deməkdir. Hamıdan fərqli və ya orijinal fikir söyləyən deməkdir. Sözünün çəkisi olan birisi deməkdir. Müəllif jurnalist verilişləri və yazılarının altından öz imzasını qoymaqla sözünə sonadək sahib çıxan insandır. Ümumiyyətlə, cəmiyyətin müəllifə ehtiyacı var. Amma müəlliflər özlərini gərəksiz hiss edir. Hazırda özünə müəllif deyə biləcək insanların böyük əksəriyyəti işsizdir. Hərçənd ki, onlar ictimai rəyə çox böyük təsir göstərirlər. Toplum onların fikirlərinə söykənib, özünə istiqamət seçir. Onlardan məsləhət alır. Bu mənada müəllif mövqeyinə normal cəmiyyətlərdə, o cümlədən bizim cəmiyyətdə də ehtiyac duyulur. Məsələn, mən müəllif mövqeyi, dəyər verdiyim insanların köşə yazıları və onların sosial şəbəkədəki statusları ilə daha çox maraqlanıram, nəinki şablon xəbərlərlə. Amma nə yazıq ki, müəlliflərə sifarişlər yoxdur. Televiziyalarda müəllif verilişlərinin az olması ilə bağlı sualı mənə deyil, telekanalların rəhbərlərinə ünvanlamaq lazımdır. Onların mənə sifarişi olmasa, mən müəllif verilişini harada hazırlaya bilərəm? Heç yerdə. Məsələn, hansısa qəzet rəhbərinə köşə yazısı lazım deyilsə, mən o yazını harada verə bilərəm? Devalvasiyaya qədər ən azından kənar müəlliflərlə işləyən qəzet və sayt rəhbərləri vardı. Televiziyalarda iş olmayanda onlarla əməkdaşlıq edirdik. Köşələr yazırdıq. Ən azından çörək pulumuzu çıxarırdıq. İndi hansı qəzet kənar müəllifə pul verir? Müəllifin onsuz da sosial şəbəkədə hesabı var. Sözünü orada da deyir. Amma qəzet və sayt rəhbərlərinin onları yaşatmaq arzusu yoxdursa, onların rəhbərlik etdiyi media quruluşlarının səhifələrində müəlliflər görünməyəcək. Müəlliflə işləmək sıradan birisi ilə işləmək qədər rahat deyil. Müəllifin çəkisi var, onunla bəzən hesablaşmaq lazım olur. Müəllifə ağıl öyrətmək olmur axı. O, artıq müəllifdir. Ona görə də müəllifə meydan verməli olan adamlar üçün müəlliflərlə işləmək rahat deyil. Müəllif şəxsiyyətdir. Şəxsiyyətlə işləmək üçün şəxsiyyət olmaq lazımdır. Görünür rahat deyil. Şəxsiyyətlə işləyən adamın gərək özü də şəxsiyyət olsun. Piyadalarla işləməyə nə var ki. Əmr verirsən yerinə yetirir. Amma müəllif səninlə polemikaya girir. Səndə yanlışlıq varsa, sənə bunun daha yaxşı yolunu izah etməyə çalışır”.Telekanal rəhbərlərinin "müəllif verilişləri reytinq gətirmir deyə reklam şirkətləri həmin verilişlərə reklam vermir” iddiasına gəlincə, müsahibimiz bunun bəhanə olduğunu söyləyib: "Mən sizə əsas səbəbləri dedim. Qalan bütün izahlar, iddialar səbəb deyil, bəhanədir”.
Ayyət Əhməd
Şərq.-
2016.- 27 aprel.- S.11