Mir Cəfər Bağırov haqqında daha bir kitab nəşr edildi...

Görkəmli dövlət xadimi, uzun illər Azərbaycan Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışan Mir Cəfər Bağırovun biblioqrafı Fazil Məmmədovun 2016-cı ilin ilk həftələrində "Şəms" nəşriyyatında M.C.Bağırova həsr etdiyi növbəti kitabı işıq üzü görüb.

Fikrimizcə, F.Məmmədovun "Azərbaycan SSR-inonun siyasi rəhbəri M.C.Bağırovun Böyük Vətən Müharibəsi illərində SSRİ-nin müdafiəsində müstəsna rolu" (22 iyun 1941-9 may 1945) kitabı oxucular üçün böyük maraq kəsb edir.

Kitabın annotasiyasında yazılır: "Kitabda oxuculara ilk dəfə olaraq - Bolşevizm mütəşəkkilliyi və intizamlığı. Qələbə uğrunda ümumxalq səfərbərliyi. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı altında ümumxalq yarışının təşkili. Ölkəyə və cəbhəyə daha çox neft və kənd təsərrüfatı məhsulları verilməsi. Bakı silah və hərbi sursat istehsalı. Sayıqlıq müharibə zamanının sarsılmaz qanunudur. Bakının müdafiəsi. Bakı ölkənin arxa cəbhədə hospital bazası kimi. Köçkünlərə və ölkənin qardaş xalqlarına kömək. Xalqın qorunması, mədəni həyat və bütöv Azərbaycan uğrunda mübarizə-kimi tarixi-talehəlledici məsələlər haqqında ətraflı məlumatlar verilir".

Müəllif qeyd edir ki, kitab müdrik sərkərdə, uzaqgörən partiya, dövlət xadimi, SSRİ Müdafiə Komitəsinin, Zaqafqaziya Cəbhəsi Hərbi Şurasının üzvü, Sovet İttifaqı Marşalı Mir Cəfər Abbas oğlu Bağırovun əziz və unudulmaz xatirəsinə ithaf olunur.

"Azərbaycan SSR-inonun siyasi rəhbəri M.C.Bağırovun Böyük Vətən Müharibəsi illərində SSRİ-nin Müdafiəsində müstəsna rolu" (22 iyun 1941-9 may 1945) kitabı müqəddimədən və bir neçə bölmədən ibarətdir. Burada M.C.Bağırovun İkinci Dünya Müharibəsindəki fəaliyyətindən, gördüyü işlərdən, misilsiz xidmətlərindən geniş söhbət açılır.

Qeyd edək ki, 312 səhifədən ibarət olan kitabın redaktoru Hacı Mansur, nəşriyyat direktoru Ələsgər Hüseynoğlu, texniki redaktor Aygün Hüseynova, operatoru isə Səyalə Baxışovadır...

Biz kitab haqqında təqdim etdiyimiz kiçik informasiya ilə kifayətlənməyib növbəti sayımızda nəşr barədə daha geniş yazmaq fikrindəyik.

İradə SARIYEVA

Şərq.- 2016.- 2 fevral.- S.14