VAQİF
SULTANLININ “SƏHRƏ SAVAŞI” ROMANI NƏŞR OLUNUB
Bu günlərdə yazıçı-ədəbiyyatşünas
Vaqif Sultanlının
"Səhra savaşı”
adlı kitabı nəşr olunmuşdur. Azərbaycan Dövlət
Nəşriyyatının nəfis
şəkildə çap
etdiyi kitaba müəllifin eyniadlı
romanı daxil edilmişdir.
Tənqidçi Cavanşir Yusifli
kitaba yazdığı
"Səhra metaforası”
adlı əhatəli
və nəzəri ümumiləşdirmələrlə müşayiət olunan ön sözdə romanla bağlı qənaətlərini belə
ifadə edir: "Səhra savaşı”, hər şeydən öncə mükəmməl
planının, yəni
kompozisiyasının olması
ilə fərqlənir.
...Burada kompozisiyanı
açan, onun fəlsəfəsini bəlləyən
ən önəmli cəhət isə təhkiyədə mühakimədən
çox, doğulacaq mətləbi detallarla vermək, məhz detallar arasındakı assosiativ, birbaşa və şərti-simvolik əlaqələrin qabardılmasıdır.
Qeyd etmək lazımdır ki, müəllif təhkiyədə
seçdiyi yolu əvvəlcədən nişan versə də, müəyyən mənada oxucunu da "aldadır”, bu isə üslubi
keyfiyyət daşıdığından
mətnin, onun bətnindəki bədii niyyətin obrazlara proyeksiyalanmasına, obraz və detalların daxilindəki enerjinin dışarı çıxmasına,
bu enerjinin isə nəhayətdə
səhra metaforası ilə çulğaşmasında
önəmli rol oynayır”.
Şərti-metaforik üslubda qələmə
alınmış romanda
təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina
edərək keçmişə
üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə aşkarlanması müəllifə
insan və dünya haqqında fəlsəfi düşüncələrini
əks etdirməyə
imkan vermişdir.
"Səhra savaşı”
çağdaş dünyaya
hakim olan özgələşmə,
yaddasızlaşma, biganələşmə,
gərəksizləşmə kimi mənəvi çöküş və
humanitar deformasiya probleminə etiraz ruhu ilə seçilməkdədir. Süjeti fəlsəfi-mifoloji
düşüncədən qaynaqlanan romanın ədəbi-estetik fikrin və geniş oxucu kütlələrinin
diqqət və marağını çəkəcəyi
şübhə doğurmur.
Şəymən
Aşırlı
Şərq.-
2016.- 9 yanvar.- S.14