Nizami rayonunda jurnalistlər mükafatlandırıldı

Qaliblər sırasında “Şərq”in əməkdaşı da var

 

Mərasimdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Rüfət Quliyev, Rasim Musabəyov, Flora Qasımova, eləcə də rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının, ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. A.Qasımov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Nizami rayonunun sürətli inkişaf yolu keçdiyini vurğulayıb.

İcra Hakimiyyətinin başçısı 2015-ci ildə rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətləri statistik rəqəmlər əsasında diqqətə çatdıraraq, tədbir iştirakçılarını rayonun sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən filmə baxmağa dəvət edib. Hesabat xarakterli filmdə qlobal böhran şəraitində ötən il rayon iqtisadiyyatının müxtəlif sahələrində əldə olunmuş mühüm uğurlardan, sahibkarlığın inkişafına xidmət edən tədbirlərdən, iri istehsalemal müəssisələrinin fəaliyyətindən bəhs olunub. T.Tağıyev də ötən ilin respublikamız üçün uğurlu olduğunu, müxtəlif sahələrdə mühüm nailiyyətlərin qazanıldığını konkret faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırıb, habelə Nizami rayonunda görülmüş işləri yüksək qiymətləndirib.

 

Daha sonra söz V.Səfərliyə verilib. İcraçı direktor tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə əksini tapmış makroiqtisadi göstəricilər Nizami rayonunun ötən il sürətli inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. Tarixə çevrilmiş 2015-ci ilin Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar olduğunu deyən V.Səfərli ölkəmizdə ilk Avropa Oyunlarının təşkilini, Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlarla milli mətbuatın 140 illik yubiley tədbirlərinin təşkil olunduğunu, 180 nəfər jurnalistin fəxri ad, orden, medal və fəxri diplomlarla təltif edildiyini diqqətə çatdırıb. İcraçı direktor Fondun 2015-ci ildə KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial vəziyyətlərinin yaxşılaşdırılması və digər prioritet istiqamətlərdə gerçəkləşdirdiyi layihələr barədə ətraflı məlumat verib. V.Səfərli qeyd edib ki, fərdi jurnalist yazıları müsabiqələrin təşkilində məqsəd mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əlaqələrin genişləndirilməsi, görülən işlərin ictimaiyyətə dolğunobyektiv şəkildə çatdırılması, habelə jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılmasıdır. Fondun Nizami RİH-lə birgə indiyədək 4-cü dəfə fərdi jurnalist yazıları müsabiqəsi təşkil etdiyini diqqətə çatdıran Vüqar Səfərli 2015-ci il noyabrın 25-dən 2016-cı il yanvarın 21-dək davam etmiş sonuncu müsabiqəyə 27 kütləvi informasiya vasitəsindən 48 yazının təqdim edildiyini bildirib. İcraçı direktor ekspertlərin rəyinə əsasən, müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu qeyd edib.

 

V.Səfərli çıxışının sonunda Fondla səmərəli əməkdaşlığına görə, Nizami RİH-in rəhbərliyinə minnətdarlığını bildirib, habelə belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb. Ardınca müsabiqənin qaliblərinə diplommükafatlar təqdim edilib. Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

 

Ayyət Əhməd

Şərq.- 2016.- 11 fevral.- S.4