“ATƏŞKƏS” SƏNƏDLİ
FİLMİ AZƏRBAYCAN DİLİNDƏ İLK DƏFƏ
NÜMAYİŞ OLUNUB
Macarıstanlı
rejissor Erik Boqnarın Qarabağ həqiqətlərindən bəhs
edən "Atəşkəs” sənədli filmi fevralın
17-də Nizami Kino Mərkəzində Azərbaycan dilində
ilk dəfə nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin çəkilişi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən reallaşdırılıb. Filmin təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən BAMF-ın sədri Umud Mirzəyev film haqqında ətraflı məlumat verib. Bildirilib ki, iki il müddətinə ərsəyə gələn film Macarıstanın məşhur "Oriqo” studiyasında macar dilində çəkilib. Film macar və Azərbaycan jurnalistlərinin Qarabağ həqiqətlərindən bəhs edən ilk birgə işidir. Ekran əsərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün ayrı-ayrı mərhələləri, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, o cümlədən xalqımızın tarixi-mədəni irsi və ənənələri, digər kulturoloji aspektlər yer alıb. Azərbaycanın tarixən üzləşdiyi ədalətsizliklər, soyqırımları, Qarabağ müharibəsinin törətdiyi fəlakətlər, Xocalı faciəsi filmin leytmotivini təşkil edir.
Macar Turan Fondunun sədri Andros Bironun ssenarisi əsasında çəkilən
filmin direktoru Qabor Szabodur. Film 2015-ci ilin
dekabrında Budapeştdə
macar dilində təqdim edilib və ölkədə ciddi rezonans doğurub. Filmin premyerasında Macarıstan
Parlamentinin spikerinin baş müşaviri, deputatlar, hökumət nümayəndələri, tanınmış
ictimai-siyasi xadimlər,
elm adamları, jurnalistlər
iştirak ediblər.
Diqqətə çatdırılıb ki,
ekran əsəri Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının dəstəyi
ilə BAMF tərəfindən
Azərbaycan dilinə
dublyaj edilib. Sənədli
film Avropada nümayiş
olunması nəzərdə
tutulan tarixi, mədəni, etnokulturoloji
faktlarla zəngin ilk yaradıcılıq məhsuludur.
Sonra film nümayiş
olunub.
Qarabağ həqiqətlərindən bəhs
edən filmdə Azərbaycanın müasir
tarixinə dair faktlar, eləcə də işğal nəticəsində doğma
yurdlarından köçkün
düşən insanların
acı həyatı əksini tapıb. Filmə işğaldan
əvvəl Dağlıq
Qarabağda yaşayan
azərbaycanlıların həyat
tərzindən, Şuşada
keçirilən toy mərasimlərindən
ilk dəfə olaraq unikal kadrlar daxil edilib. Ekran əsərində macar, alman, fransız, amerikan ekspertlərinin münaqişənin həlli
ilə bağlı fikir və rəyləri,
həmçinin bu hadisələrin canlı şahidlərinin ifadələri
yer alıb.
Böyük maraqla qarşılanan filmin təqdimatından sonra Macar Turan
Fondunun sədri Andros
Biro Azərbaycan və
macar xalqlarının
dostluq əlaqələrindən
söz açıb. Filmin dünyaya
bir mesaj olduğunu söyləyən
fondun sədri bildirib ki, ekran
əsərində əksini
tapan hadisələr insanlığın faciəsidir.
Avropada
ilk dəfə Azərbaycan
xalqının faciələrini,
əsl həqiqətləri
sənədli filmdə
toplayaraq dünyaya çatdırmasından qürur
duyduğunu söyləyən
Andros Biro bundan sonra da əməkdaşlığı
davam etdirəcəyini
bildirib.
Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə
Dövlət Dəstəyi
Şurasının sədri,
Milli Məclisin deputatı Azay Quliyev sənədli filmin "İşğalın
qurbanı” layihəsi
çərçivəsində çəkildiyini diqqətə
çatdıraraq bu işdə əməyi olan hər kəsə
minnətdarlıq edib. Vurğulayıb ki, dünyaya həqiqətən bir sülh mesajı olan film çox uğurlu alınıb.
Filmin ərsəyə
gəlməsində əməyi
olanlara minnətdarlığını
bildirən Prezidentin ictimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənov ekran əsərinin əhəmiyyətindən danışıb,
yaradıcı kollektivin
real həqiqətlərə söykənən sülhə
çağırış ideyasını yüksək
qiymətləndirib.
Sonda filmin
hazırlanmasında xüsusi əməyi
olan Macar Turan Fondunun sədri Andros Biroya və
BAMF-ın sədri Umud Mirzəyev Azərbaycan
Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının
diplomları təqdim olunub.
Şərq.-
2016.- 18 fevral.- S.9