"Xocalıya ədalət"
kampaniyasının istifadəyə veriləcək saytında
soyqırım üzrə aksiyalara qoşulmaq olar
Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fevralın 18-də Dövlət İdarəçilik Akademiyasında (DİA) tələbə və müəllim heyətinin iştirakı ilə tədbir keçirilib.
Qeyd edək ki, "Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi dövlət qurumları və ictimai təşkilatlar tərəfindən aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması və bu fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi məqsədilə dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edir.
Trend-in məlumatına görə, DİA-da keçirilən tədbir zamanı "Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barəsində məlumat verilib. Qeyd edilib ki, kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub.
DİA-nın rektoru Urxan Ələkbərov bildirib ki, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işində dövlət strukturları ilə yanaşı, ictimai birliklər də mühüm rol oynayır: "Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə misilsiz xidmətlər göstərir”.
U.Ələkbərovun sözlərinə görə, bu kampaniya yalnız beynəlxalq ictimaiyyəti Xocalı faciəsi barədə məlumatlandırmaq deyil, həm də dünyada oxşar hadisələrin baş verməməsinə çağırış məqsədi daşıyır.
Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.
Xocalı soyqırımına beynəlxalq səviyyədə
siyasi-hüquqi qiymət verilməsi istiqamətində
aparılan işlər, hazırlanan müxtəlif təbliğat
və maarifləndirmə vasitələri barədə məlumat
verilib. Bildirilib ki, yaxın günlərdə "Xocalıya ədalət”
beynəlxalq kampaniyasının faciə barədə müfəssəl
məlumatların toplandığı, resurs
bazası olan saytı istifadəyə
veriləcək. Sayt internet
istifadəçilərinə, o cümlədən
gənclərə kampaniyanın gedişatında iştirak etmək imkanı yaradan
interaktiv platforma rolunu oynayacaq. Hər bir kəs "Xocalıya ədalət” beynəlxalq
kampaniyasınakönüllü kimi qoşulmaqla yanaşı, bu
sayt vasitəsilə həyata keçiriləcək
müxtəlif aksiyalarda da
fəal iştirak edə bilər.
Şərq.-
18 fevral.- 2016.- S.7