Müalicəvi Naftalan neftinin nadirliyi turistləri Azərbaycana cəzb edir
Naftalan Azərbaycanın
analoqu olmayan müalicəvi turizm mərkəzlərindən biridir. Naftalanda xüsusi
iyə malik qara-qəhvəyi və qonur rəngli qatı maye-naftalan neft yatağı yerləşir. Naftalan neftinin
nadirliyi, yüksək
təsiri bir çox elmi tədqiqat və xəstəliyin müalicəsində
100 ildən artıq istifadə təcrübəsi
ilə təsdiq olunub. Bu gün
Naftalan özündə
təbii amilləri, tibbi kurort nailiyyətlərini
birləşdirən, Avropa
komfortunu, Azərbaycanın
qonaqpərvərliyini özündə
cəmləşdirən, əlverişli
qiymətlərə malik
müasir istirahət və müalicə mərkəzidir. Onu da qeyd edək ki, bu diyarın
təbiəti çox
zəngindir, bu yer təbiət landşaftlarının gözəlliyi
ilə seçilir.
Bura gələn qonaqlar da bu gözəlliyə
heyran olduqlarını
deyirlər. Ümumiyyətlə, Naftalana yalnız sağlamlıq üçün
yox, həm də uzun illər
yadda qalan parlaq xatirələr və gözəl əhvali-ruhiyyə ardınca
gəlirlər. Naftalan Şəhər
İcra Hakimiyyətinin
nümayəndəsi Ülfət
Əliyevin “Zaman-Azərbaycan”
qəzetinə verdiyi məlumata görə, son
illər nadir müalicəvi
xassəli nefti ilə məşhur olan Naftalan şəhərinin
beynəlxalq səviyyəli
turizm mərkəzinə
çevrilməsi məqsədilə
genişmiqyaslı işlər
həyata keçirilib.
Ölkə başçısının tapşırığına uyğun
olaraq, Naftalan şəhərində turizm
sahəsində aparılmış
islahatlar, bu şəhəri nəinki
ölkəmizdə, eləcə
də yaxın və uzaq xaricdə
məşhurlaşdırıb. Burada beynəlxalq səviyyəli
yeni istirahət və sağlamlıq mərkəzləri tikilib
istifadəyə verilib.
Təbii ki, müalicə və istirahət üçün
də bütün imkanlar var. İcra Hakimiyyətinin nümayəndəsi
onu da bildirdi
ki, 2015-ci il
şəhərdə turizm
sektoru üçün
çox uğurlu olub. Bu dövrdə şəhərə gələn
xarici və yerli turistlərin sayı 16 min nəfəri
ötüb, yəni
son 5 illə müqayisədə
6 dəfə artıb.
Eyni zamanda xarici qonaqların Naftalana gəlməsində də
müsbət dəyişikliklər
müşahidə olunub:
“Belə ki, 2015-ci ildə Naftalana dünyanın bir çox ölkələrindən
- Rusiya Federasiyası,
Özbəkistan, Türkmənistan,
Qazaxıstan, Qırğızıstan,
Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Dominikan, Birləşmiş
Ərəb Əmirliyi
və digər ölkələrdən, ümumilikdə
3000 nəfər xarici
turist gəlib”.
Onu da qeyd edək ki, qış ayları olmasına baxmayaraq, Naftalanın “Çinar” otelində 150-dən
çox turist var idi. Fürsətdən istifadə edib turistlərlə həmsöhbət
olduq. Moskvadan olan turistlər ər və arvad Aleksandr Nikolayeviç Sitov və onun həyat
yoldaşı Olqa xanım artıq 4 ilə yaxındır ki, hər il Naftalana gəlir və burada fəaliyyət göstərən oteldə
həm Naftalan vannası qəbul edir, həm də gözəl istirahət edirlər: “Mən bu şəfa
ocağı haqqında
internetdən oxumuşdum.
İdmançı olduğuma görə
bütün ölkələri
gəzirəm. Azərbaycan haqqında
təsəvvürlərim çox
yaxşıdır. Çünki burada biz qonaqpərvərlik,
insanların isti münasibətini görürük.
Artıq
4 ildir ki, bu məkanda müalicə alırıq.
Özümüzü çox
yaxşı hiss edirik.
İnsan
yaşlandıqca müxtəlif
xəstəliklər onu
tapır. Buranın
neft vannasını qəbul etdikdən sonra özümüzü
çox gümrah hiss
edirik”.
Digər turistlərdən Xankərəm
Vəliyev, İlyas Məmmədov və başqaları neft vannasının insan sağlamlığına xeyrindən,
otellərdəki yüksək
xidmətlərdən, sərfəli
qiymətlərdən danışdılar. Bildirdilər ki, qış ayında burada dincəlməyin başqa ləzzəti var.
Sonda onu da qeyd
edək ki, hazırda Naftalanda fəaliyyət göstərən
turizm obyektlərində
gün ərzində
2000 qonaq qarşılamaq,
onlara yüksək səviyyədə xidmət
göstərmək mümkündür.
Esmira Hidayətova,
Rövşən Məmmədov Naftalan
Zaman.-
2016.- 19 fevral.- S.-5